XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 06:32

Dünyaya bu cür Avropa lazımdırmı? – Baxış bucağı

Xalqın idarəçilikdə və siyasi institutlarda fəal iştirakı Avropanın süqutuna aparacaq

Başlığa çıxarılmış sual Avropanın heç bir biçimdə görmək istəmədiyi ölkələrdən (məsələn, Türkiyə) daha çox Avropa Birliyinin (AB) daxilində səslənir. Biz hazırda yeni “dönüş məqamı”ndan keçirik və bu cür vaxtlarda insanlar ən radikal suallar verirlər.

Mənim təsəvvürümdə türk elitasının “Türkiyənin modernləşdirilməsi”nin əsas resepti kimi qavradığı “AB ilə inteqrasiya prosesi” artıq ölkəmizin fəaliyyətindən asılı deyil. O daha çox Avropanın “dövri şəkildə təkrarlanan süqut prosesinin” qurbanına çevrilir.

Elitar hərəkatın sonu?

Gənc oxucuların diqqətini önəmli bir tarixi fakta cəlb etmək istərdim: AB inteqrasiya forması kmi qitədə baş qaldıran “ictimai dalğa”dan törəməyib, “siyasi elitalar” tərəfindən yaradılıb. Buna görə də AB-nin mövcudluğu xalqların birlik daxilində siyasi üstünlük verdiyi necəsə bir quruluş kimi yox, Brüssel və Strasburqda məskunlaşmış və tədricən “bütün qitənin qəyyumuna çevrilmiş elitar dairələr”in nəzarəti altındakı qurum kimi günümüzə qədər gəlib çıxıb.

AB-nin yaranmasındakı “elitar ənənə” üzv ölkələrin əhalisinin yox, texnokrat və bürokratların arzularını ön plana çıxartdı. Soyuq müharibədən sonra siyasi sərhədlərin genişlənməsi xatirinə NATO-nun himayəsi altında başlanan AB-nin genişlənməsi prosesi həmincə elitanın icadı idi. Bu elita iqtisadiyyatca zəif Kipr, Bolqarıstan, Rumıniya üçün qapıları açıb hətta Avropa xalqlarından soruşmadan Türkiyəni divarın o üzündə qoymağı qət etdi.

İndi isə divara yaxınlaşmışıq, ona dirənmişik. Həm də AB-yə gedən yoldakı divar hətta haçansa Berlində ucalan və qitəni parçalayan divardan da hündür çıxdı.

Süqutun səbəbi – demokratiya?

Herfrid Münkler görkəmli alman politoloqudur. Onun Berlində Humboldt adına universitetdəki mühazirələri bu gün akademik dairələrdə ən çox müzakirə edilən mövzulardan biri olub. Diskussiya üçün səbəb bu olub ki, onun Avropanın gələcəyi haqda məqalələr silsiləsindən birinin adı “Demokratikləşmə Avropanı xilas etməyəcək: hakimiyyətin mərkəzləşdiriləmsi vaxtı yetişib”.

Münkler AB-nin elitar hərəkat olduğunu etiraf edib qeyd edir: birlik üzv ölkələrin siyasi elitalarını çiynində saxlamağa qadirdir, xalqın idarəçilikdə və siyasi institutlarda fəal iştirakı isə onun süqutuna aparacaq.

Növbəti məqam özəlliklə önəmli görünür: politoloq Fransa-Almaniya oxunu mərkəzdə yerləşdirir, eyni zamanda yeni üzvlər, hər şeydən əvvəl Şərqi Avropanın bütün ölkələri periferiyaya sıxışdırılır.

Münklerin fikrincə, xalqın üstünlüyünə diqqət AB-nin süquqtuna aparacaq, buna görə də “institusional sistemin demokratikləşməsi” böyük səhv olar.

Humboldt adına universitetin tələbələri bu ideyanı diqqətdən kənarda qoymadılar. Onlar xüsusi bloq yaradıblar və müəllimlərinin “elitar” mühazirələrinə qarşı çıxış edirlər. Və ən maraqlısı buradan başlanıb: gözlənilmədən bu tələbələr qrupuna qarşı yönəlmiş şərhlər alman mətbuatını başına aldı və onların son yayınladığı məlumatı isə (artıq beş gün keçsə də) heç bir alman yayım qurumu qeyd etmədi.

Belə bir şəraitdə Merkelin ölkəsinin Berlində qiyamçı əs-Sisinin ayaqlarının altına xalça açmasına, qiyamyanlı məhkəmənin qərarı ilə Misirin müxalif jurnalistini həbs etməsinə təəccüblənməyinə dəyməz.

Ərdoğanın haqlı sözləri

“Kürəsəl sistem” dediyimiz anlayış – seçkinlərin necəsə bir birliyidir. Buna görə Münklerin siyasətə yanaşmalarında fərqləri və məsələn, hansısa bir “ağ türk”ü tapmaq asan iş deyil. Tutaq ki, seçkilərin nəticələri onları qane etməsə, hər ikisi bu qənaətə gələ bilər: səsvermə ilə hər şeyi həll etmək olmaz.

Məhz bu ziddiyyət Ərdoğanı xüsusən də Misirdəki çevrilişdən sonra AB-ni ikiüzlülükdə ittiham etməyə vadar etdi. Avropa elitası heç də Misir xalqı ilə deyil, elita ilə əməkdaşlıq etməyə üstünlük verdi.

Getdikcə daha aydın şəkildə görürük ki, Avropanın demokratiya konsepsiyası kütləvi informasiya vasitələrinin köməyi ilə formalaşdırılır, imkan daxilində xalqın aşağı səviyyədə qatılımı ilə səciyyələnir və “elita”nın tələblərini ödəyir.

öz xalqının seçimindən narazı türk ziyalıları isə (!) Avropa elitalarının qapılarını cırıldadır və öz ölkəsindən gileylənir. Bu, çarəsizlik deyil, “sinfi həmrəyliyə” üz tutmaqdır.

Söhbət xalqların səsverməsinin Avropa siyasi sərhədləri daxilində nə iləsə təhlükəli olan düşüncədən gedir. Bu düçüncə Mursinin və Ərdoğanın başına daha nə oyunlar açmaz?

Bu mövzunu beş il əvvəl fransız siyasətçisi, Almaniyanın keçmiş kansleri Helmut Şmidtlə bərabər bugünki Avropa arzusunun yaradıcısı sayılan Jak Delorun ağzından çıxmış kəlmələrlə tamamlayaq: Avropanın çağdaş gəncliyinıə bu cür Avropa lazımdırmı?

Əslində, cavabı Yunanıstanın baş naziri Sipras verir.

Ardan Zentürk

“Star gazete” (Türkiyə), 23.06.2015