XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 11:56

Rus nəşri: “Moskva Qərbi Qarabağ məsələsinin həllindən uzaqlaşdırdı” –Təhlil

ppp

İrina Corbenadze

Rosbalt.ru, 21.06.2016

 

Rusiya lideri Vladimir Putin bu günlərdə Sankt-Peterburqda azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrı görüşdü, bundan sonra Serj Sərkisyan və İlham Əliyevlə üçtərəfli görüşü baş tutdu. Görüşlər bağlı qapılar arxasında geçirildi, ona görə də gedişat və nəticə barədə hələlik ancaq rəsmi məlumatlar üzrə mülahizə yürütmək olar.

Putin Əliyev və Sərkisyana Dağlıq Qarabağ nizamlaması üzrə görüşə gəldikləri üçün təşəkkür etdi. Ermənistan və Azərbaycan prezidentləri öz növbələrində Qarabağ məsələsində vasitəçiliyə görə Rusiya prezidentinə minnətdarlıq ifadə etdilər. Əliyev ümidvar olduğunu bildirdi ki, “danışıqlar prosesinə konstruktiv dinamika vermək mümkün olacaq”. Sərkisyan isə Ermənistanın Qarabağ probleminin dinc həllinə sadiqliyi haqda az qala and içdi. Lakin Əliyevin qeyd etdiyi kimi, “münaqişə uzanır” və “status-kvonun dəyişilməsi” üçün Ermənistan Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə başlamalıdır.

Görüş bitəndən sonra prezident üçlüyünün qəbul etdiyi birgə bəyanat haqda jurnalistlərə məlumat verildi: bütün tərəflər “həlli Dağlıq Qarabağ nizamlanması üzrə tərəqqi yaratmağa imkan verən bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma əldə etdi”.

Bundan savayı, prezidentlər “ATƏT Minsk qrupu həmsədrlərinin işini tamamlamaqla” Qarabağ üzrə müntəzəm üçtərəfli görüşləri davam etdirməyə razılaşıblar. Yeri gəlmişkən, sonuncular hər halda üçlüyün Peterburq görüşünün “yekun hissəsi”nə dəvət edilmişdilər.

Rusiya xarici işlər naziri Sergey Lavrovun məlumatına görə, tərəflər münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılması haqda razılığa gələrək “əminlik ifadə ediblər ki, siyasi nizamlamada dayanıqlı tərəqqi olsun”.  

“Rosbalt” üç prezidentin görüşü ərəfəsində yazmışdı ki, ATƏT ümumiyyətlə, görüşlərə qatılmayacaq.

Təbii ki, üçtərəfli format xeyli sual doğurub və cavab praktik olaraq birdir: Moskva apreldə dördgünlük qırğını diplomatik basqısı ilə dayandırmağı bacarıb Serj Sərkisyanla İlham Əliyevi Vyanada danışıqlar masası arxasına əyləşdirəndən sonra “top” tam şəkildə onun meydanında göründü. Başqa sözlə, Moskva faktiki olaraq Qərbi Qarabağ məsələsinin həllindən uzaqlaşdırdı.

Yeri gəlmişkən, Ermənistanda çoxları təvəkkül edir ki, Qərb Rusiyanın Qarabağ nizamlamasını inhisarlaşdırmağına yol verməz, çünki uyğun beynəlxalq mandatı yoxdur. Lakin bütün bu söhbətlər çarəsizlərin xeyrinədir – özünə təsəlli səviyyəsində.

Bu arada Minsk qrupunun nüfuzunu hər ehtimala qarşı saxlamaq lazım gəldiyindən ABŞ, Fransa və təbii ki, Rusiyadan həmsədrlər hər halda “üçlüyün” danışıqlarına dəvət edilmişdi. Ermənistan prezidentinin mətbuat xidmətindən bildirildiyi kimi, Sərkisyan hətta onlarla görüş keçirib.

Bir sözlə, danışıqlar prosesini öz əlinə almış Rusiya Bakı və İrəvanı dedikcə mürəkkəb durumda qoyub. Münaqişə tərəfləri apreldə baş verdiyi kimi münaqişə zonasında izafi atəş açmaq və adam öldürmək fikrinə düşsə, Moskva ilə işləri olacaq. Danışıq prosesinə şəxsən Putin girişəndən sonra isə Sərkisyanla Əliyevə özfəaliyyət çətin ki əl versin: bu, Rusiya prezidentinə şəxsi təhqir kimi nəzərdən keçiriləcək. Əslində isə, hər halda Qarabağa görə müharibə başlasa, Rusiya bölgədə Bakı və İrəvanın deyil, öz maraqlarını qoruyacaq.

Bu məqamda qeyd etməyinə dəyər: çox ehtimal ki, Ermənistanın işğal etdiyi yeddi rayondan beşini Azərbaycana qaytarmaq və Dağlıq Qarabağ statusunun nəzərdən keçirilməyini “nə vaxta qədərsə təxirə salmağı”nəzərdə tutan “Rusiya planı” deyilən addım, görünür, qüvvədə qalır. Azərbaycan nəşri Haqqin.az keçən həftə Dağlıq Qarabağa səfər etmiş rusiyalı şərqşünas Yevgeni Satanovski ilə söhbətləşib. O, Azərbaycana bununla “təskinlik verib” ki, Qarabağ Azərbaycana qayıtmayacaq.

“Qarabağın Azərbaycanın tərkibinə qayıtmağından ötrü bu ərazinin bütün əhalisnin fiziki məhvi lazımdır. Azərbaycan bunu edə bilsə, onda Qarabağ onun tərkibinə qayıdar. Sadəcə, öz-özünə sual etmək lazımdır: nəticələr necə olacaq və Azərbaycan bunu edə biləcəkmi?.. Məsələlər var ki, həll edilmir. Və Qarabağ münaqişəsi məhz həmin haldır”.

Ekspert hesab edir ki, görüləsi yeganə iş münaqişəni kəsmək, “bir-birni öldürməyi dayandırmaq və başa düşməkdir ki, sizdə deyildiyi kimi, bu, qismət (ekspert bu ifadəni azərbaycanca işlədib-tərc.), taledir. Bununla belə, Türkiyə prezidenti Ərdoğan şad olardı ki, Bakı Stepanakertlə istənilən qədər vuruşaydı – lap son erməniyə, son azərbaycanlıya qədər”.

Qarabağın nə müharibə, nə sülhlə qaytarılması perspektivsizliyi fonunda Peterburqda prezident “üçlüyünün” danışıqlarına gəlincə, Satanovski  hesab edir ki, Putin Əliyev və Sərkisyanla görüşüb ki, onlara bir daha xatırlatsın: Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Əlbəttə, Bakı Ankaranın yoluyla gedib “ölkəni döyüş meydanına çevirmək istəmirsə”.  

Satanovski həmçinin əminlik ifadə edib ki, Rusiya “Azərbaycanı bərbad günə qoymaq” istəmir, nəsə olsa, heç kimin tərəfində olmayacaq: “Moskvanın öz proqramı var. Ən azı, Dnestryanından fərqli olaraq Qarabağda Rusiya qoşunları yoxdur və Cənubi Osetiya və Abxaziyadan fərqli olaraq Qarabağı nə müstəqil dövlət kimi, nə də Ermənistanın tərkib hissəsi kimi tanıyıb. Burada Azərbaycan nədən inciməlidir?”

Doğrudan da: Azərbaycan torpaqlarının hələ də Ermənistan işğalı altında olduğuna baxmayaraq, Satanovskinin dediyi və hətta Rusiyanın Azərbaycana ən yeni silahlar tədarük etdiyi, ən müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyi nəzərə alınmaqla Bakının Rusiyadan inciməyinə dəyməz. İrəvanda hesab edildiyi kimi, Ermənistanı isə “ancaq qarət edir və başını tovlayır”.

Belə ki Peterburqdan kimsə incik getdisə, bu da göründüyü kimi, hər halda, nəzarət edilən ərazilərin bir hissəsi ilə vidalaşmalı olası Sərkisyandır. Və atəş açmaq olmaz. Lakin Azərbaycanın da Putini “becərib” pisliyə urcah olmağına dəyməz – onu Putindən nə Minsk qrupu, nə ABŞ, nə də Türkiyə qoruya bilər.

 

Tərcümə Strateq.az-ındır.