XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 16:35

Rus analitik:III dünya savaşı Sakit okean bölgəsində cücərir – Təhlil

CIN A

Oleq Çuvakin

topwar.ru, 22.06.2016

 

“Reyter” agentliyinin bu günlərdəki məlumatına əsasən, Birləşmiş Ştatlar Çinin Sakit okean sahillərində gəmi qruplaşmalarını artırmaq niyyətindədir. Amerika HDQ 3-cü donanmasının komandanlığı hansısa missiyanı yerinə yetirməkdən ötrü Şərqi Asiya sahillərinə əlavə hərbi gəmilər göndərməyi planlaşdırır. Ekspertlər bu cür fəallığı B.H.Obamanın Asiya-Sakit okean bölgəsində “tarazlığın” müəyyən edilməsi planları ilə bağlayırlar. Bu gəmilər Yaponiyada baza salmış yeddinci donanma ilə birgə hərəkət edəcək.

“Reyter” agentliyi ABŞ hökumətindəki annonim qaynağa isnad edir: “Gələcəkdə üçüncü donanmanın daha çox gəmisi bölgəyə göndəriləcək. Daha bir məsul şəxs bildirdi ki, gəmilər bir sıra vəzifələri icra edəcək, lakin detallar açıqlanmadı”.

Üçüncü donanmanın tərkibinə 4 aviadşaıyıcı və yüzdən çox gəmi daxildir. Donanmaya aid edilən bir neçə gəmi 2016-cı ilin aprelində artıq bölgəyə yollanıb. İdarə edilən raketli esmineslər də bu sıraya aiddir.

Yeddinci donanmaya gəlincə, ona aviadaşıyıcı zərbə qrupu, 80 gəmi və 140 təyyarə daxildir.

“Reyter” həmçinin bildirir ki, mümkün dislokasiya haqda məlumat Cənubi Çin dənizindəki durumla əlaqələndirilən ABŞ-Çin gərgnliyi fonunda yayılıb. Söhbət ərazi mübahisələrindən gedir: Çin Bruney, Vyetnam, Malayziya və Filippinlə mübahisə aparır. ABŞ və Yaponiya iddia edir ki, Pekin yeddiyə yaxın süni ada yaradıb və hamısı ikili təyinata malik ola bilər. Pekin inşaatın dinc xarakterinə təkid edərək bu cür ittihamları rədd edir.

Strateji və beynəlxalq araşdırmalar Mərkəzinin eksperti Qreq Polinq qeyd edir ki, əlavə hərbi gəmilərin göndərilməsi bölgədə tarazlıq yaratmaq üçün ABŞ HDQ-nin yerdəyişməsi üzrə Obama planının tərkib hissəsidir.

Çindən də şərhlər gəlib. ÇXR XİN təmsilçisi Lu Kan bildirib ki, bu cür göndərilmə bölgəsəl sülhü və sabitliyi pozacaqsa, Çin Amerika gəmilərinin Şərqi Asiya sahillərinə göndərilməsinə qarşıdır. Agentlik Lu Kandan sitat gətirir: “Amerika vergi ödəyənlərinin pullarını necə xərcləmək Amerikanın öz haqqıdır. Lakin bu hərəkətlər bölgəsəl sülhü və sabitliyi pozacaqsa, biz birmənalı şəkildə buna qarşı çıxış edəcəyik”.

Bu kəskin polemikadan əvvəl Yaponiyanın Cənubi Çin dənizinə dair bəyanatı gəldi. Zero Hedge” resursu onu misal gətirir. Yapon məmurların qeyd etdiyi kimi, Şərqi Çin dənizində gərginliyin artmasının son buğumu mübahisəli Senkaku (Dyaoyuydao) adalarının yaxınlığında Çin hərbi gəmisinin görünməyi oldu. Məsələ burasındadır ki, hərbi gəminin görünməyi ilk dəfə qeydə alınıb. Nəşr qeyd edir ki, Çin əvvəllər ora müntəzəm şəkildə qeyri-hərbi patrul gəmiləri göndərib.

Yaponiya xarici siyasət idarəsi başçısının müavini Akitaka Sayki Tokioda hətta Çin səfirini çağırıb məsələ ilə bağlı “ciddi narahatlıq” ifadə edib.

Hərbi gəmi kimsəsiz adalar silsləsindən 24 dəniz mili aralıqda görünüb. Yapon gəmiləri Çin freqatı zonaya yaxınlaşdıqca onunla təmasa girib və təxminən, iki saat ərzində kursu dəyişməyi tələb edib. Yaponiya hökumətində hesab edirlər ki, Çinin “birtərəfli qaydada” hərəkəti “bölgədə gərginliyin yayılmasına səbəb olur”. Yaponlar buna görə də ciddi narahat olublar. Baş nazir Sindzo Abe artıq Yaponiya donanması və sahil mühafizəsini döyüş hazırlığı vəziyyətinə gətirmək üçün sərəncam verib.

Çinlilərə gəlincə, onlar Müdafiə Nazirliyi vasitəsilə cavab veriblər ki, Dyaoyuydao adaları “Çin ərazisidir” və buna görə də “Çin hərbi gəmilərinin ölkənin özəl yurisdiksiyasındakı sulardan keçidi əsaslı və qanunidir”. Başqa ölkələrin isə “məsuliyyətsiz bəyanatlar verməyə haqqı çatmır”.

Və budur, daha bir maraqlı dönüş: Tokioda deyiblər ki, təxminən, həmin vaxt adalara yollanan daha iki Rusiya hərbi gəmisi qeydə alınıb. Onların iştirakının Çin freqatı ilə bağlı olub-olmadığı aydın deyil. Yaponiya rəsmiləri vurğulayıblar ki, Rusiya gəmilərinin görünməsinə qarşı etiraz etməyiblər.

Ali İqtisadiyyat Məktəbi Şərqşünaslıq kollecinin rəhbəri Aleksey Maslovun fikrincə, ABŞ-ın bölgədə özünü rahat hiss etdiyi dövr Si Szinpinin ÇXR rəhbərliyinə gəlməyi ilə başa çatdı. Yeni lider  mübahisəli adalar ətrafında Çin maraqlarının qorunması ilə bağlı daha təkidli siyasət yürütməyə başlayıb. Ekspert deyir: “Son üç il ərzində orada gərginliyin yayılması daim baş verir. ABŞ-ın dənizdə iştirakının çoxaldılması Pekinin Cənubi-Şərqi Asiyada fəallığına cavabdır”.

Onun mülahizəsinə görə, çinlilər bölgədə hərbi iştirakı artırmaq variantı seçib. Yəni ÇXR-in hər addımının ardınca Amerikanın azdan-çoxdan paritet gedişi gələcək. “Əlbəttə, baş verən eskalasiyanın təhlükəsi bunda deyil ki, ABŞ və Çin lokal hərbi münaqişə açmağa çalışır, – Maslov deyir. – Təhlükə bundadır ki, Çin və Amerika hərbi gəmiləri arasında toqquşma təsadüfən baş verə bilər – məsələn, təhlükəli manevr vaxtı. Onda məsələ artıq diplomatik nota ilə məhdudlaşmayacaq”.

Yekunda əlavə edək ki, ABŞ yaxın gələcəkdə bölgədə HDQ-nin iştirakını artıracaq və Çinin “dinc inşaat” apardığı mübahisəli adaların ərazi sularına girişin sayını çoxaldacaq.

“XXI əsr üçün dəniz ipək yolu” haqda Çin təşəbbsünü də yaddan çıxarmaq lazım deyil. ÇXR ilə ABŞ arasındakı gərginlik, Yaponiyanın diplomatik etirazları fonunda bölgədəki hərbi gəmilər – bütün bunlar təkcə Sakit okeanda deyil, həm də dünyada qeyri-sabit duruma səbəb ola bilər. Başqa analitiklər nahaq yerə neçə illər peyğəmbərlik etmirlər ki, Üçüncü dünya savaşı ÇXR və ABŞ qarşıdurmasından başlanacaq.

 

Tərcümə Strateq.az-ındır.