XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 18:02

“Nezavisimaya qazeta” Sankt-Peterburq görüşü haqda:“Zaman Azərbaycanın xeyrinə işləyir” –Təhlil

PAS

NG.ru, 22.06.2016


RF, Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peteburq görüşünün nərticələri üzrə qoşunların təmas xəttində ATƏT müşahidəçilərinin sayını artırmaq qərarı qəbul etdilər. Bu, yeganə konkret nailiyyətdir. Digər bütün məsələlər üzrəsə yaxşı tanış olan yayğın “liderlər anlaşma əldə etdilər”“nizamlamanın dinc yolunu tapmaq istəyini təsdiqlədilər” ifadələri. Daha hansısa konkret uğurlar varsa da, gizli saxlanır.

Tərəflər Vladimir Putinin təşəbbüs göstərdiyi görüşə öz gözləntiləri ilə gəlmişdilər. Bakı Moskvanın öz strateji müttəfiqinə basqı göstərəcəyi ümidilə DQR (mətndə bu cürdür-tərc.) ətrafındakı “təhlükəsizlik zolağı” deyilən ərazidən Ermənistan qoşunlarının çıxardılmasını tələb edir. İrəvan da Moskvanın qəti dəstəyinə güvənib hərbi əməliyyatların təzələnməyəcəyinə zəmanət tələb edir. Ermənistan tərəfi DQR-in suverenliyinin tanınmasına bağlı şəkildə təhlükəsizlik zolağındakı rayonların təhvil verilməyinə hazırdır. Vəssalam. Dalan!

Müşahidəçilərin sayının artırılması haqda razılaşmanı əsaslı uğur saymaq olarmı? Çətin ki. Müşahidəçilər həm lokal, yeri gəlmişkən, həm də kəsilməmiş atışmalar üçün əngəl deyil – hələ müharibənin təzələnməyini demirik. Onları bütün təmas xətti boyu gecə-gündüz rejimində düzmək olmaz. Xüsusən də bütün Ermənistan-Azərbaycan sərhədi boyunca.

Peterburq görüşündə irəliləyiş gözləməyinə dəyərdimi? Yenə də xeyr. ATƏT Minsk qrupunun vasitəçiləri hər hansı  çoxmənalı eyhamlara yol versələr də, tərəflərin mövqeləri bir-birindən çox uzaqdır. İsrail-Fələstin münaqişəsi neçə vaxt  davam edir? Kipr münaqişəsi? Atəş açmırlarsa, artıq yaxşıdır.

Azərbaycan tərəfi vurğulayır ki, başqaları kimi münaqişənin həllini bu qədər çox gözləyə bilməz və gözləməyəcək. Birincisi, səbrin tükənməsi aprelin əvvəlində Bakıya az müsbət nəticə verdi. İtkilər və həlak olanların ailəsində müsibətlər. Əks tərəfdə olduğu kimi.

İkincisi, blitskriqin mümkünsüzlüyü müqabilində erməni mövqelərinə daha bir bu cür hücum təkcə dünya siyasi mərkəzlərinin sərt tənqidinə deyil, DQR-in suverenliyinin tamamilə tanınmasına gətirib çıxarda bilər. Yəqin ki, Azərbaycan dözüm toplamalı, danışıqlar aparmalı və durumu tədircən dinc üsullarla öz xeyrinə döndərməlidir. Zaman onun tərəfindədir. Bu, yanlışlıq deyil. Bu gün belədir.

Dördgünlük aprel müharibəsi Ermənistanın problemlərini üzə çıxartdı. Müstəqilliyin bütün illərində DQR-in azadlığı ideyası ermənilər üçün üstün mövqe tuturdu. Adamlar Qarabağın xatirinə istənilən məhrumiyyətə dözməyə hazır idilər. Hökumət isə bundan istifadə etdi və özü üçün xüsusən ağır məqamlarda duyğusal mövzularda oynamaqdan iyrənmədi. Lakin apreldə aydın oldu ki, ağır güzəranın on illərinə bəraət qazandırmaqdan ötrü hər şey o qədər də rahat deyil.

Ermənistanda çoxları durumu əvvəlcədən dişə vurdu və vətəni tərk etdilər. Bu tendensiya davam edir. Hökumətin bunu necə dayandırmağa və nəticəni necə dəyişməyə çalışır, o qədər də aydın deyil. Nə qədər insanlar torpaqlarda yaşayırsa, o lazımdır. Bunsuz məna axtalanır və adətən, ərazinin yeni sahibi meydana çıxır. Ya da əvvəlki qayıdır. Azərbaycanınkından fərqli olaraq, Ermənistan hökuməti seytnotdadır. 1994-cü ildə Qarabağ müharibəsini dayandırmış Bişkek müqaviləsinin imzalandığı dövrdən bəri onun vaxtı var idi. Lakin vaxtın böyük hissəsini boş-boşuna itirdi. Həmişə Azərbaycan-Türkiyə blokadasının və yaxud kürəsəl böhranın doğurduğu obyektiv səbəblər üzündən yox.

 

Tərcümə Strateq.az-ındır.