XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 09:05

Erməni deputat: “Ermənistan müharibəyə hazırlaşmalıdır” –Təhlil

PAS

Liya Xocoyan

EADaily.ru, 22.06.2016


Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün nəticələri erməni siyasətçiləri arasında böyük ruh yüksəkliyi doğurmayıb.  Əksəriyyəti bu fikrə meyllidir ki, Ermənistanın müharibəyə hazırlaşmağı lazımdır və bu səbəbdən danışıqların nəticələri üzrə qəbul edilmiş bəyanata böyük önəm vermək lazım deyil.

“İrs” fraksiyasından müxalif deputat Tevan Poqosyanın fikrincə, tərəflərin münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmaq haqda razılaşması ancaq o halda təsirli ola bilər ki, bəzi suallara cavab verilsin. Məsələn, hətta müşahidəçilər tərəflərdən hansının birinci atəş açdığnı və bununla da barışıq rejimini pozduğunu göstərsə, nə olacaq? Bu tərəfə nisbətdə hansı tədbirlər görüləcək, sonra nə olacaq? Poqosyanın sözlərinə görə, yəni müşahidəçilərin sayca artırılması heç nə verməyəcəksə və siyasi qiymətin səsləndirilməyinə səbəb olmayacaqsa, onların sayının artırılmağının nə mənası var? Erməni parlamentari hər şeyin məhz bu cür olacağına isə sadəcə, şübhə etmir.

“Yaxın keçmişdə təmas zonasında tərəflərdən biri beynəlxalq müşahidəçilərə və ATƏT Minsk qrupunumn həmsədrlərinə atəş açdı. Və nə oldu? Heç nə? Azərbaycan həmin il Ermənistan helikopterini vurdu və nə oldu? Bu məsələdə ki günahkar məlum idi və bu nə verdi? Heç nə. Təmas xəttində nə qədər ATƏT müşahidəçiləri qoyulur-qoyulsun, indi də eyni şey olacaq”, – deyə deputat  EADaily ilə söhbətdə qeyd etdi.  

Bununla belə, bu prosesin müsbət tərəfləri də var, çünki ATƏT müşahidəçilərin artırılması faktını sessiyada təsdiq etməlidir. Bu təşkilatda isə qərarlar konsensusla qəbul edilir, yəni bütün ölkələr, o cümlədən Azərbaycan lehinə səs verməlidir. Tevan Poqosyan Ermənistan tərəfinin Dağlıq Qarabağın danışıqlar prosesinə dönməli olduğunu bildirmədiyni Peterburq görüşünün ən böyük nöqsanı sayır. Onun sözlərinə görə, qəribədir ki, Ermənistanda elə hey bundan danışır, ancaq görüşlərdə heç nə demirlər.

“İstənilən qədər bu cür görüşlər keçirtmək, razılığa gəlmək olar, lakin Qarabağ danışıq prosesinin tərkib hissəsi olmayınca münaqişə nizamlana bilməz”,  – deyə o, qeyd etdi.

Xatırladaq ki, 2014-cü ilin noyabrında Azərbayan SQ-nin atəşi nəticəsində Ermənistan helikopteri vuruldu. Lakin hadisə Azərbaycan üçün bölgə və beynəlxalq rezonansdan savayı heç bir nəticə doğurmadı.

Politoloq Tiqran Abramyan da görüşün nəticələri üzrə böyük illüziyalara qapılmağa meylli deyil. O deyir ki, indiki anda yalnız razılaşmalar səviyyəsində danışıqlar prosesinin təzələnməyi və qarşılıqlı inam mühitinin yaradılması üçün addımlar atıldığını qeydə almaq olar: “Tərəflərin bu və ya digər məsələ ilə bağlı birgə bəyanatla çıxş etməyinə də xüsusilə sevinməyinə dəyməz, çünki  birinci dəfə deyil ki, Bakı öz üzərinə götürdüyü öhdəlik və razılaşmaları pozur. Haqqında əminliklə danışa biləcəyimiz yeganə məsələ budur ki, Sank-Peterburq danışıqları prezidentlərin Vyana görüşünün məntiqi davamı oldu, lakin nələrə səbəb olacaq – bunu Azərbaycanın sonrakı addımları göstərəcək”.

Politoloq Levon Şirinyan da qəti hesab edir ki, bu görüşün yeganə üstünlüyü budur ki, Ermənistan tərəfi barışıq üçün daha bir qədər vaxt uddu və davam edən bu vaxtdan silahlı qüvvələrin modernləşdirilməyi, möhkəmləndirilməyi üçün istifadə edə bilər.

“Biz bu vaxtdan təkcə silahlı qüvvələrin modernləşdirilməyi, mövqelərimizin möhkəmləndirilməyi üçün deyil, həm də daxili düşmənlərlə – korrupsiya və s.-lə mübaizə üçün istifadə etməliyik. Əks halda yeni müharibənin bizim üçün acınacaqlı nəticələri olacaq”.

 

Tərcümə Strateq.az-ındır.