XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 16:30

İqor Muradyan:"Doğrudanmı, torpaqların verilməsi bölgədə rus ordusunun iştirakı ilə baş tutacaq?"

IM

İqor Muradyan

Lragir.am, 23.06.2016

 

Serj Sərkisyan Leninqraddan (mətndə bu cürdür-tərc.) sonra çox tezliklə Stepanakertə getdi. Deməli, həll etməli nəsə var.

Uzun illər ərzində deyilib ki, Madrid prinsiplərini fəaliyyət planı kimi qəbul etmək olmaz. Uzun illər Qarabağın təhvil verilməsi planını müzakirə edib sonra isə verməmək olmaz. Bu dünyada bu, mümkün deyil.  

Ermənistanın indiki və köhnə hökumətləri dəfələrlə bildirib ki, Aran Qarabağın torpaqları bizə məxsus deyil və görünür, gözləyirdilər ki, ərazilərin təhvil verilməyi üçün daha münasib şərait olacaq. Hazırda məsələ artıq bunda deyil ki, Ermənistan hakimiyyəti bizə məxsus olmayan əraziləri təhvil vermək istəyir. Son dərəcə özünəməxsus qarabağlı ilə iki gün öncə söhbət zamanı eşitmək olardı ki, Qarabağ ordusu populizmlə məşğul olmur, siyasətlə məşğul olmur və əraziləri təhvil vermir.

Yaxşı, ərazilərin təhvil verilməsi haqda əmr siyasət deyilsə, bəs nədir? Bunun adı nədir? Bu, qarşıdakı yeni formula axtarışından başqa heç nə deyil. Bütün siyasətbazlıq da elə budur.

Sual doğur – niyə müharibə Ermənistanın NATO-nun yeni proqramında iştirakı təqdim ediləcəyi 8-9 iyul 2016-cı il Varşava sammiti ərəfəsində baş verdi? Fərz edək ki, bu məsələ ya uydurulub, ya da Ermənistan zabitləri və “siyasətçi”ləri üçün əlyetən deyil. Lakin Ermənistan cəmiyyəti üçün daha mücərrəd başqa bir məsələ də var. ABŞ və NATO Ermənistanın hərbi və siyasi məhvində, indiki halda məğlubiyyətində maraqlıdır. NATO Rusiya və Türkiyəni necə cilovlamağa cəhd edir və bu nə arxaik təsəvvürdür ki, Türkiyə NATO-nun üzvüdür və buna görə də bu siyasi-hərbi alyansa inteqrasiya olunmaq lazım deyil? Bu cür mülahizələr indiki zamanda sadəcə idiotizm deyil, satqınlıqdır. Ermənistan daha inkişaf etməyə və həm də NATO ilə münasibətlərsiz suveren dövlət kimi var olmağa iqtidarlı deyil.

Uşaqlar, İrəvan kontoru Qarabağı qoruya bilmir. Lakin bu, hətta belədirsə də, Ermənistan strategiyanı köklü şəkildə dəyişmədən bundan sonra var ola bilməz. Təəssüf ki, hər şeyi hələ 2016-cı ilin yazının başlanğıcında etmək mümkün idi və indi müharibə sadəcə uduzulmayıb, tarixən uduzulub.

Bəs bu vəziyyətdən çıxış yolu hansıdır? Görünür, tələbləri yerinə yetirilmədiyindən Rusiya silah verməkdən imtina edib. Hazırda mühakimə yürütmək olar ki, siyasət və iqtisadiyyatı başqa cür qurmaq lazım idi, onda məğlubiyyət olmazdı. Lakin artıq gecdir, olduqca gecdir.

Hazırda Qarabağ məsələsi üzrə Azərbaycanla hər hansı danışığı tamamilə rədd etmək lazımdır – hər halda, Rusiyanın vasitəçiliyi gedən danışıqları. Minsk qrupu öz funksiyasını itirib, çünki orada Rusiya var. Doğrudanmı, torpaqların verilməsi bölgədə rus ordusunun iştirakı ilə baş tutacaq? Bütün bunlar Rusiyaya yarınmaq üçün edilir? Erməni qanı bir daha rusların marağı üçün axıdılır.

Deməli, Qarabağ ordusu siyasətlə məşğul olacaq, ya yox?

 

Tərcümə Strateq.az-ındır.