XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2016 - 10:57

Bi-Bi-Si:“Britaniyada referendum Kemeronun siyasi karyerasına son qoydu”

Brit

Русская служба BBC (Böyük Britaniya), 24.06.2016

 

Britaniyada ölkənin Avropa Birliyndə qalıb-qalmamağı haqda iyunun 23-də keçirilmiş referendumun səslərinin sayılması hələ də davam edir. “Breksit” – Britaniyanın AB-dən çıxmağı –  tərəfdarları 52% səslə irəlidədir və artıq onlara çatmaq mümkün deyil. Britanların əksəriyyəti AB-dən çıxmağa səs verdi.

05:11

Bu isə Bi-Bi-Si-nin siyasi icmalçısı Lora Kunsberqin ilkin hökmüdür.

Devid Kemeronun ən yaxın həmkarları deyirlər ki, o, uğurlu siyasətçidir. Lakn iş onun siyasi karyerasındakı ən böyük riskə çatarkən uğur onu tərk etdi”.

“Britaniya Kemeronun, status-kvonun və bütün siyasi isteblişmentin acığına Avropa Birliyindən çıxmağa səs verdi ki, on illərlə mövcud olan siyasi müqaviləni pozsun və özünü yeni imkanların və yaxud yeni risklərin – ola bilsin, hər ikisinin – mərhəmətinə buraxsın”.

05:02

Sosioloq Con Ketris Bi-Bi-Si-nin studiyasındadır: “Bu, London və universitet şəhərlərinin kənd və sənaye İngiltərəsinə uduzduğu bir referendumdur. Bu, kosmopolit, liberal Britaniyanın mühacirətdən dərin narahat olmuş əhalinin daha mühafizəkar hissəsinə uduzduğu bir referendumdur”.

TWEET 04:55

@McFaul

Referenduma qədər çoxları yazırdı ki, Britaniyaın AB-dən çıxması Rusiya prezidenti Vladimir Putinə əl verir. “Bu gecə, – Moskvadakı keçmiş Amerika səfiri Maykl Makfol tvitləyir. – Putin üçün, onun xarici siyasəti üçün nəhəng qələbədir. Putin SSRİ-nin və varşava müqaviləsinin dağılmasından sarsılırdı və Avropanın vahidliyində çat görərkən xoşbəxt olacaq”.

04:32

Daily Telegraph” qəzetinin hökmü: “Devid Kemeronun siyasi karyerasına son qoyuldu. O, Britaniyanın Avropa Birliyindəki yerini və öz karyerasını qumara qoymuş və uduzmuş baş nazir kimi tarixə düşəcək”.

Britaniyanın AB-dən çıxmasına qarşı Remain kampaniyasının mənzil-qərargahında qələbə axşamına hazırlqı görürdülər. Lakin bayram baş tutmadı…

TWEET 04:12

@PaulSonne

Wall Street Journal-in müxbiri Pol Sonn kəskin şəkildə aşağı düşmüş funtu nəzərə alıb tvitləyir: “Düşünürəm, sabah rusiyalı alıcıların  Londonun daşınmaz əmlak bazarına axınını görə bilərik”.

04:07

Britaniyanın solçu liberal qəzeti Guardian” referendumun proqnozlaşdırılan nəticələrinə bu cür başlıqla reaksiya verdi: “Breksit” zəlzələsi baş verdi, lakin onun törətdiyi dağıntıları təmizləməyə illər gedəcək”.

TWEET 04:02

@RgalpinBBC

Bi-Bi-Si müxbiri Riçard Qalpin qeyd edir: “(Şotland millətçilərinin keçmiş lideri) Aleks Salmond artıq Şotlandiyanın müstəqilliyi haqda təkrar referendum keçirməyə çağırıb”.  

Şotlandiyada seçicilərin 62%-i Britaniyaın AB-dən çıxmağının əleyhinə səs verib.

03:56

Leyborist partiyasından parlamentin deputatı Kit Vaz Bi-Bi-Si-nin efirində referendumun proqnozlaşdırılan nəticəsini “Britaniya üçün fəlakət” adlandırdı.

03:50

Şimali İrlandiyada AB-dən çıxmağın əleyhinə olanlar qalib gəlib ki, bu da referendumun nəticələrinə güclü təsir etməyəcək, çünki orada Britaniya ekektoratının, təxminən, 3%-i yaşayır.

 

Tərcümə Strateq.az-ındır.