XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2016 - 09:32

Danimarka nəşri: “Biz də öz ölkəmizə sahib çıxmaq istəyirik” –Təhlil

Dan

Ekstra Bladet (Danimarka), 26.06.2016

Redaksiya məqaləsi

 

İndiki referendum: britaniyalılar AB-i tərk edirlər. Lakin təəccüb üçün heç bir səbəb yoxdur. AB bürokrtatik maşınına xalq müqaviməti hər yerdə dəfedilməz şəkildə AB-yə doğru özünə yol açır və bu gün britaniyalıların çıxmaq qərarından şokda olanlar bu xüsusda istisnasız olaraq ancaq özlərinə təşəkkür etməlidirlər. Çünki elitadan başqa heç kim şokda deyil.

AB xalqların deyil, elitanın layihəsi oldu. Buna görə də çox yaxşıdır ki, britaniyalılar “dur” dedilər.

Diqqətçəkici dərəcədə gülməlidir ki, Böyük Britaniyada səsləri saymağa başlayandək Panasda ən geniş yayılmış rəy britaniyalıların ağıllarını başlarına yığacağı və AB-də qalacaqları haqda fikir idi. Bu ondan xəbər verir ki, orada – Parnasda xalqı nə dərəcədə pis başa düşürlər.

Burada, Danimarkada da lazımdır ki, siyasətçilər əhalinin AB-yə münasibətdə şəkkinə doğru getsinlər. Kiçik istisna ilə bütün partiyaların liderləri Britaniya AB-dən çıxdığı üçün yasa batıblar. Baş nazir deyir ki, britaniyalılaırn qərarına sayğı göstərməyə hazırlaşır. Ki, əslində, göy rəngi göy rəng kimi qəbul emək qədər az şey deyir.

Bəs Lökke özlüyündə nə düşünürdü? Böyük Britaniya ilə diplomatik münasibətləri kəsməyi? Lars Lökke Rasmussen mənasız sözlərini AB-i dəyişməli və əhalinin arzularına uyğun gəlməli olduğumuz haqda  mənasız sözlərlə də müşayiət etdi.

Bəli, təşəkkürlər, şad olardıq. Lakin bu, AB-nin necə olmalı olduğu barədə gerçək və şərəfli diskussiya tələb edir. Və ola bilsin, daha önəmli bir məsələ haqda: AB nəyə qarışmamalıdır.

İndiyədək Danimarkada diskussiyalar yalançı idi. Bir neçə nəslin yaşamı boyunca bizə deyiblər ki, həmişə hər şeyi özümz həll edirik, lakin bununla üzləşdik ki, gündəlik güzəranımız, onun xırdalıqları getdikcə daha çox AB-nin dekretləri ilə idarə edilir. Bununla yanaşı, gördük ki, AB tamamilə iflic olub və həqiqətən nəyisə ifadə edən sahələrdə ümumi həll tapa bilmir. Təkcə qaçqın axınını xatırlatmaq kifayətdir. Buna görə  bizə də Danimarkada AB haqda yeni, açıq və şərəfli diskussiya lazımdır. Və bunu ümumxalq referendumundan başlamaq gərəkdir.  AB-də qalmaq və yaxud tərk etmək arasında qəti seçim etməyimiz lazım gəlir. Danimarkalılara son dəfə 1972-ci ilin 2 oktyabrında 20 yaşdan yuxarı səs verməyin lazım gəldiyi Ümumi bazar/AB-nin üzvü olmağı istəyib-istəmədiyimiz sualını cavablandırmaq imkanı verdilər. Danimarka statistika bürosunun məlumatına görə, bu gün ölkədə təşkilatın üzvü olub-olmamaq istəyi soruşulmamış 4 099 778 sakin var. Bu, Danimarka əhalisinin 72%- deməkdir. Hələ 18 yaşı olmayanları bir kənara qoysaq, məlum olur ki, üç milyondan çox səs hüquqlu danimarkalı öz fikrini ifadə etmək haqqı əldə etməyib.

Referendum üzvlüyə yeni start verə bilər. Və yaxud qeydə ala bilər ki, AB ilə son dərəcə sıx bağlılıq bizə lazım deyil.

Britanlar öz yollarını seçdilər. Brüssel, AB himnləri, AB bayrağı, AB ordusu və üstmilli bürokratiyaya son qoyulacaq. Britaniya “yox”u “Avropa ilə əməkdaşlığa yox” demək deyil. O, bütün sahələrdə məcburi əməkdaşlığa “yox”, milli dövlətin bərpasına “bəli” deməkdir.

Bürokratlar isə atıq Britaniya “yox”unun yaradacğı bütün problemlərdən danışmağa başlayıblar. Lakin ən böyük problem Avropa Birliyinin özü və əhalinin nəzərində legitimsizliyidir. Britaniya “yox”u AB-i dəyişilməyə məcbur edir.

Gəlin, ümid edək ki, ağlın səsi qalib gələcək, Avropa məmurlarının  bir himnli və bir bayraqlı Avropa haqda xülyasına deyil, xalqın nə istədiyinə əsaslanan Avropa əməkdaşlığına başlamağa nail olacağıq.

Danimarkanın irəli getməyi lazımdır. Həmçinin lazımdır ki, AB ilə münasibətlərimiz daha az bürokratik və daha çox demokratik olsun.

 

Tərcümə Strateq.az-ındır.