XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 12:57

“Foreign Policy”:"“Brexit» NATO-nu gücləndirəcək”

brexit

«Hazırda NATO üzvləri arasında Putin Rusiyasının avantürizmiylə bağlı yüksək səviyyədə ehtiyatlılıq var. Buraya AB üzvləri, ABŞ, Kanada, Norveç və Türkiyə daxildir. Kremlin məqsədi qitədə ən güclü siyasi birlik olmaqdır və güman ki, «Brexit» referendumundan yararlanaraq, Qərbi Avropanın onsuz da təlatümlü demokratiyalarına təsir göstərməyə çalışacaq. Yaranışından bəri NATO belə cəhdlərə qarşı qəti hərbi balans yaradıb…

Strateq.az bildirir ki, bu barədə nüfuzlu “Foreign Policy” jurnalının təhlilində deyilir.

Jurnal yazır ki, «Brexit» NATO-nu gücləndirəcək: “AB-dən çıxan Böyük Britaniya NATO-nu daha artıq resurs və canlı qüvvəylə təmin edə bilər. AB üzvü olmayan, amma Avropada güclü iqtisadiyyat sayılan Norveç kimi Böyük Britaniya da NATO missiyalarına əlavə gəmilər, əsgərlər, hava qüvvəsi verə biləcək. Belə ki, Britaniya daha AB-nin hərbi missiyalarına qatılmayacaq. Həmçinin NATO-yla AB arasındakı rəqabət zəifləyəcək. Məsələn, son illər Afrikanın sahilində piratçılığa qarşı missiyalar həyata keçirilirdi. AB və NATO-nun fərqli prioritetləri vardı. Yaxud Əfqanıstanda və Balkanlarda missiyalar fərqlənirdi. İndi Böyük Britaniya daha AB missiyalarını dəstəkləmək məcburiyyətində qalmayacaq və hərbisi yalnız NATO daxilində işə fokuslanacaq. Bununla da Avropanın hərbi səyləri zəifləyəcək. AB daha tez-tez NATO ilə hesablaşmalı olacaq ki, bu da NATO-nin iş yükünün və səmərəliyinin artmasına gətirəcək».

«Və nəhayət, Britaniya hökuməti NATO-nun daha həvəsli tərəfdaşına çevriləcək. Beynəlxalq səhnədə nisbətən zəifləmiş iqtisadi oyunçuya çevrilsə də, Birləşmiş Ştatlarla tərəfdaşlığında dəyər sərgiləməkdən ötrü yeni yollar axtarmalı olacaq. Britaniya, şübhəsiz, NATO ilə işi təkmilləşdirməyi yaxşı inam göstərməyin vacib yolu sayacaq», – deyə jurnal yazır.