XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 13:26

Rus ekspert:“Çin dünyaya dəmiryolu müharibəsi elan edir” – Təhlil

CDY

Aleksandr Qavrilyuk

REGNUM İA, 26.06.2016

 

Çin Xalq Respublikasının (ÇXR) nəqliyyat nazirliyi 2016-cı ilin ilk həftələrində Çində dəmiryollarının milli inkişaf planını dərc etdi. Məruzədə xatırladılır ki, Səmalar ölkəsində dəmiryol xətlərinin sürətli inkişafına baxmayaraq, Çinin dəmiryolları pik dövrlərdə ciddi şəkildə yüklənir. ÇXR inkişaf və islahlatlar üzrə dövlət Komitəsi dörd aydan sonra 2020-ci ilədək nəqliyyat infrastrukturunun inkişafına 725 milyad dollardan çox vəsait qoyulacağı və vəsaitin çox hissəsinin dəmiryolları şəbəkəsinin inkişafına sərf olunacağını bildirən hesabat dərc etdi. Rəqəmlər qorxuncdan da qorxuncdur – dünyada heç bir ölkə öz nəqliyyat infrastrukturuna bu qədər çox yatırım qoymur.

Pekində inandırdıqları kimi, bu tədbirlər sərnişinlərə xidmət keyfiyyətinin yaxşılaşdırılması və dəmiryol çıxışının genişləndirilməyinə yönəldlib. Lakin bir sıra ekspertlər hesab edir ki, Çinin nəqliyyata əzəmətli məsrəfinin arxasında digər, daha mürəkkəb motivlər durur.

 

Çinin təcavüzkar dəmiryol siyasəti

 

Çin dünyada ən yüksəksürətli dəmiryolları şəbəkəsinə malik olmaqla, yüksəksürətli sərnişin nəqliyyatı sahəsində də ən qabaqcıl ölkə sayılır. Çinin "China Railway Corporation" (CRC) dəmiryol nəhəngi Asiya, Avropa və Amerikada yüksəksürətli magistralların inşası tenderlərinin mütləq əksəriyyətində iştirak edir.

“Nantszao jibao” nəşri aprelin axırında məlumat yaydı ki, CRC Hindistanda yeni yüksəksürətli qanadın inşasına əsas iddiaçı sayılır. Ekspertlər hesab edirlər ki, məhz Çin korporasiyası dünyada uzunluğuna görə ikinci yüksəksürətli Çennai – Nyu-Dehli xəttinin yaradılması üzrə layihədə baş podratçı kimi çıxış edəcək. Uzunluğu 2,2 min km-dən çox olan qanadın inşasının başlanması 2017-ci ilə nəzərdə tutulub.

Malayziya KİV-ləri həmin ay CRC-in Sinqapurdan Kuala-Lumpura yüksəksürətli magistralın inşası tenderində iştirakı haqda məlumat yaydı. Diqqət çəkəndir ki, Malayziyada istismar edilən yük və sərnişin qatarlarının 75%-dən çoxu ÇXR-də istehsal edilib.

Bir həftədən az müddətdə “Sinxua” İA xəbər dərc etdi ki, Banqladeş hökuməti Dakkadan ölkənin güney-qərb bölgələrinə dəmiryol şaxəsinin yaradılması üzrə layihəni bəyənib. Layihənin dəyəri 4,47 milyad dollar həcmində dəyərləndirilib.

Lakin hamı çinlilərlə işləməyə nail olmur. Amerikanın "XpressWest" dəmiryol şirkəti iyunun 10-da Çinin "China Railway International" (CRI) törəmə şirkətinin simasında "China Railway Corporation" korporasiyası ilə əməkdaşlığın dayandırılmasını elan etdi. "XpressWest" və CRI 2015-ci ilin sentyabrında Las-Veqasla Los-Anceles arasında yüksəksürətli magistralın inşası haqda saziş imzalamışdı. “Jenmin jibao” nəşri "XpressWest"in Çin şirkətini “izafi, bəzən isə heç nə ilə möhkəmlənməyən iddiaçılıq”da ittiham edən icraçı drektoru Toni Marnelin sözlərini sitat gətirir.

Çin böyük beynəlxalq layihələrdə iştirakla yanaşı, daxili dəmiryol daşımaları bazarını fəal şəkildə inkişaf etdirir. “Jenmin jibao” 2016-cı ilin mayında hərəkətli qatarların sayının 300 vahid artırılması haqda məlumat dərc etdi. Beləliklə, sərnişin qatarlarının sayı 3,4 minə çatdı və bunun 2,1 mindən çoxu yüksəksürətlidir.

CRC korporasiyası iyunda təkcə Çində deyil, dünyada ən uzun yüksəksürətli marşrutlardan birinin inşasını başa çatdırdı. Şanxayla Kunmini birləşdirən 2,2 min km uzunluqlu dəmiryolu rekord 14 aya salındı. “Sina sinven” İA bir həftə öncə xəbər yaydı ki, "China Railway Corporation" mühəndisləri Çinin yüksəksürətli bütün dəmiryol sahələrini müayinə edərək bu qənaətə gəliblər ki, sərnişin qatarları üçün hazırda qüvvədə olan sürət məhdudiyyəti götürülə bilər.

 

Yüksəksürətli dəmiryol qoşunları

 

Çin yüksəksürətli dəmiryolları 2014-cü ilin yazında ilk dəfə hərbi məqsədlər üçün istifadə edildi. Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Lançjou hərbi dairəsində dislokasiya edilmiş briqadası 500 km məsafəni cəmi bir neçə saata qət etdi. Xarici KİV bu manevrə lazımi diqqət yetirmədi, Çin nəşrləri isə quru ifadələrlə kifayətləndi: “Hərbi birləşmələr min kilometr məsafəni 5 saatdan az vaxta qət etmək imkanı əldə etdi”.

Çin yüksəksürətli dəmiryolları şəbəkəsinin sürətlə genişləndirilməsi şəraitində ÇXAO hərbi birləşmələrinin çevikliyi xeyli dərəcədə artır. Praktik olaraq bütün qonşu dövlətlərlə ərazi mübahisələri olan Çin bir gündən az vaxtda öz qoşunlarını bir sərhəddən o birinə ata bilər.

ABŞ xüsusi xidmətlərinin 2015-ci ilin sonunda yaydığı məlumata əsasən, Çin XAO 2015-ci il dekabrın 5-də çevik dəmiryol qurğusundan üçüncü nəsil “Dunfen-41” (DF-41) qitələrarası balllistik raketin uğurlu buraxılışını həyata keçirib

Dəmiryol sisteminin şaxəliliyi, Çin raket kompleksnin mütəhərrikliyi və maskalanması Çin strateji silahının yerdəyişiminin izlənməyini sıfıra endirir. Hətta ÇXR Nəqliyyat nazirliyinin dərc edilmiş məruzəsinə əsasən, Çin dəmiryollarının uzunluğu 2050-ci ilə doğru 274 min km təşkil edəcək ki, bu da Çin qitələrarası ballistik raketlərinin aşkarlanmasını daha da qəlizləşdirəcək.

 

Tərcümə Strateq.az-ındır.