XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 09:44

Fransa nəşri: “AB böhrandadır, ŞƏT isə genişlənir” –Təhlil

PS

Bris Pedroletti

 Le Monde (Fransa), 27.06.2016

 

 Çin və Rusiya Qərb təcavüzkarlığı və onun gözümüzün qabağında törətdiyi qızğın silahlanmaya qarşı vahid cəbhə ilə çıxış edir. Çin lideri Si Szinpinrusiyalı həmkarı Vladimir Putin 25 iyun Pekin görüşünün nəticələri üzrə kəskin press-reliz yayaraq “ayrı-ayrı dövlətlərin və hərbi-siyasi birliklərin dünya arenasında öz maraqlarını yeritməkdən ötrü qüvvədən maneəsiz şəkildə istifadə etməyə və yaxud qüvvə tətbiq təhdidinə imkan verən qəti hərbi və  hərbi-texniki üstünlüyə nail olmaq cəhdini” ittiham ediblər.  

 

Amerika RƏM-inə qarşı

 

Açıq şəkildə olmasa da, söbhət Cənubi Çin dənizində Amerika təşəbbüslərindən və Asiya-Sakit okean bölgəsində Amerika alyanslarının möhkəmləndirilməyindən gedir. Moskvanın iddia etdiyi kimi, Avropada Ukrayna antirusiya cəbhəsi üçün bəhanə oldu.  Press-relizdə Amerikanın Avropada (Aegis Ashore) və Asiyada (Terminal Hugh Altitude Area Defense) raket əleyhinə müdafiə layihələrinin inkişafı və Çini olmazın dərəcədə özündən çıxardan Koreyanın bunda mümkün iştirakından gedir.

Bu cür iradlarda həqiqi mənada yeni heç nə yoxdur – Çin və Rusiyanın baxışlarının güclənən yaxınlığı təsdiq olunur. Hər iki ölkə öz rejiminin Qərbin fəaliyyətindən müdafiəsinə görə narahat olur. Onlar bir-birinə sakitcə geopolitik yardım göstərir: Çin Ukrayna və Suriya üzrə müəmmalı birtərəfliyi tutub, Rusiya isə Cənubi Çin dənizində Pekinin mövqeyinə dəstək verir.

“Geopolitik yaxınlaşma haqda söz-söhbət haradan çıxdı? – Çin Xalq Universitetinin Rusiya, Şərqi Avropa və Orta Asiya institutu direktorunun müavini Syuy Sinhua fikir yürüdür.- Biz qonşuyuq. Çin və Rusiya soyuq müharibə bitəndən bəri əməkdaşlığın onlara daha çox səmərə gətirdiyi nöqtəyə yetişib. Onlar bərabər tərəflər kimi danışırlar. Bu, heç vaxt indiki qədər aydın şəkildə görünməyib”.

Pekin sammiti Şanxay əməkdaşlıq təşkilatı (ŞƏT – quruma Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir) üçün irəliyə doğru yeni addımdan sonra keçdi: iyunun 24də (ŞƏT-in yaradılmasının 15-ci ildönümündə) Hindistan və Pakistan Daşkənddə bu təhlükəsizlik forumuna birləşmək haqda memorandum imzalayıb. Böyük Britaniya isə bu zaman AB-dən çıxmağa səs verdi. ŞƏT Rusiya və Çinin Orta Asiyanı sabitləşdirmək cəhdləri əsasında doğulub. Bu ölkələrin azad ticarət haqda sazişi yoxdur.

Honqkonq baptist universitetindən Jan-Pyer Kabestan qeyd edir ki, lakin Çin və Rusiya ümumi maraqları izləsə də, onların münasibətlərinə fikir ayrılığı və hətta rəqabət xasdır: “ŞƏT çinlilərə Orta Asiyada maraqlarını yeritməyə şərait yaradır. Deməli, məsələn, Qırğızıstan və Tacikistan Çinin orbitində görünür. Buna görə də Çin ŞƏT-i genişləndirmək arzusu ilə alışıb yanmır:  nəzarəti və Orta Asiyaya istiqamətliliyi qoruyub saxlamaq istəyir. Əksinə, Rusiyanın strategiyası genişlənməyə hədəflənib. Hindistan və Pakistanla birlikdə özünəməxsus “Primakov üçbucağı” alınır” (Rusiya baş nazirinin 1998-ci ildə səsləndirdiyi Moskva, Pekin və Dehli Avrasiya alyansı konsepsiyası).

 

İqtisadi təşəbbüslər

 

Bundan başqa, rusyalılar və çinlilər öz iqtisadi təşəbbüslərini inkişaf etdirməyə cəhd edirlər: Putinin Avrasiya iqtisadi birliyi və Si Szinpinin İpək yolu zolağını. Pekin burada investisiya axını və (60-dan çox iştirakçı ölkə ilə ) Çinə yönəlik ticari əlaqələrlə kürəsəl yayılma strategiyasını tutur. ŞƏT-in hər iki lideri burada üstünlük əldə etməyə can atır. “İpək yolu zolağı Rusiya tərəfdən təhlükə kimi nəzərdən keçirilmir, lakin bundan necə səmərə götürmək barədə qarşısında sual durur: ona hələlik aydın deyil ki, bütün bunlar ona konkret nə gətirə bilər”, – deyə Çin EA Rusiya, Şərqi Avropa və Orta Asiya institutundan Szyan İ qeyd edir.

 

Tərcümə Strateq.az-ındır.