XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 18:20

Britaniyasız Avropa “superdövlət”ə çevriləcək –Təhlil

MOR

Andrey Rezçikov, Mxail Kokoşin

Vzqlyad.ru, 28.06.2016


 

Böyük Britaniyanın AB-dən çıxmaq qərarı Brüsselə təkcə itkilər gətirmir. Avropa Birliyini artıq ən yaxın zamanlarda əksəriyyətinə qarşı məhz Londonun çıxdığı böyük islahatlar gözləyir. Bu, Rusiyanın xarici siyasət maraqlarına ən ciddi şəkildə təsir edə bilər.

Almaniya, Fransa və İtaliya Britaniya referendumundan sonra Avropa Birliyinin inkişafına yeni təkan vermək istəyir. Bunu AFR kansleri Angela Merkel Berlində Fransa prezidenti Fransua Olland və İtaliya baş nazir Matteo Rentsi ilə birgə mətbuat konfransında bildirib.

Söhbət təkcə xeyirxah arzulardan getmir. Almaniya və Fransa XİN başçıları Frank-Valter ŞtaynmayerJan-Mark Eyro bazar ertəsi Vışeqrad dördlüyü (Çexiya, Polşa, Slovakiya və Macarıstan – V4) ölkələri diplomatiyalarının başçıları ilə görüşdə “Təhlükəsiz dünyada güclü Avropa” adlı AB islahat layihəsini təqdim etdilər.

Müəlliflər Avropanın gücləndirilməyi üçün təhlükəsizlik, mühacirət siyasəti və iqtisadiyyat sahələrində islahatlar təklif edirlər. Layihə Böyük Britaniyanın AB tərkibindən çıxmaq qərarına cavabdır. Layihədə göstərilir ki, Almaniya və Fransa “bu faktı təəssüflə nəzərə alır ki, Britaniya xalqı Birləşmiş Krallığın AB-dən çıxmağına səs verdi”. Berlin və Paris bununla bağlı AB-nin qalan 27 üzvünü “ikiqat vəzifə”ni icra etməyə çağırır: cəmiyyətlərin üzləşdiyi ümumi çağırışların həllinə səfərbər olunmaq, həmçinin artıq qoyulmuş məsələlərdə nəticələr əldə etmək.

Söhbət Brüsseldənsə Vaşinqtona qulaq asmağa daha meylli olan Britaniyanın AB-ni tərk etməsindən sonra onun faktki olaraq yenidən biçimlənməyindən gedir. Fransa-Almaniya layihəsi Polşa KİV-ində əndişə doğurub. Polşa XİN başçısı Vitold Vaşikovski AB-nin birlik üzvlərinin daxili işlərinə qarışmağı məhdudlaşdırmasa, “superdövlət”ə çevrilmə riskinə işarə edib.

 

Paris və Berlin konkret nə təklif edir?

 

Sənəddən sitatlar "Frankfurter Allgemeine Zeitung"un bazar günü buraxılışında dərc edilib. Lakin layihə ən böyük rezonansı Şərqi Avropada doğururb.

Polşa KİV-nin rəyincə, söhbət AB-nin dövlətüstü qurumdan bütün atributları ilə federativ dövlətə çevrilməyindən gedir. Polyaklar ehtiyatlanırlar ki, ölkələr “faktiki olaraq öz sərhədləri, qaçqınların qəbulu və ərazilərində məskunlaşdırılması üzərində nəzarəti itirir”. Bunun təsdiqi Ştaynmayer-Eyro layihəsindədir: AB hüdudlarının müdafiə funksiyasının “sərhəd və sahillərin qorunması üzrə ilk multimilli müəssisiəyə təhvil vermək təklif edilir”. Bu məqsədlə qısamüddətli perspektivdə FRONTEX agentliyinə insan və texnika ehtiyatları veriləcək.

İddia olunur ki, birliyə daxil olan ölkələrin öz ordusu, xüsusi xidməti, cinayət məcəlləsi, ayrıca vergi sistemi, valyutası və yaxud “milli dövlətin maliyyə maraqlarını geçək şəkildə qorumağa iqtidarlı” mərkəzi bankı olmayacaq.

Layihədən çıxış etməklə artıq mövcud olan Avropa Mərkəzi Bankına əlavə olaraq Avropa sabitləşdirmə mexanizmini (ASM) tamdəyərli Avropa valyuta fonduna çevirmək təklif olunur. Bundan başqa, “dünyanın bütün uğurlu valyuta birliklərinin mərkəzi fundamenti” kimi vahid büdcənin yaradılmağı.  

 

Avropa korpusundan Avropa ordusuna?

 

Britaniyadan “azad olmuş” Avropa daha böyük müstəqilliyə can atır. Lakin "Wall Street Journal"in hesab etdiyi kimi, “ABŞ qeyri-müəyyənlik dövründən yararlanıb azad dövlətlərin alyansında liderliyi möhkəmləndirə bilər”.

Bununla yanaşı, əslində, Ştaynmayer-Eyro layihəsi Avropanın özəl geopolitik doktrinasını formalaşdırmağı – Avropa Birliyinin “müstəqil və kürəsəl oyunçu” rolunu vurğulayacaq AB-nin kürəsəl inkişaf strategiyasını nəzərdə tutur. Daha önəmlisi – AB-nin dünya böhranlarında daha intensiv şəkildə iştirakı “döyüş qabiliyyətli silahlı qüvvələrə güvənmək imkanı”nı nəzərdə tutur.

“Vzqlyad” qəzetinin Britaniya referendumu ərəfəsində qeyd etdiyi kimi, London Fransa və Almaniyanın təkid etdiyi ideyanın  – AB-nin vahid ordusunun yaradılması cəhdlərinə qarşı kəskin şəkildə çıxış edirdi. Hətta  Brexit əleyhinə təbliğat aparan Kemeron kabineti təkcə bildirmirdi ki, “AB ordusunun yaradılmasına heç bir imkan yoxdur”, həm də ümumavropa silahlı qüvvələri yaratmaqda istənilən cəhdə veto qoymaq hədəsi gəlirdi.

Digər tərəfdən, Avopa Birliyinin öz ordusuna ehtiyacı olduğundan həm Avropa komissiyasının sədri Jan-Klod Yunker, həm də Almaniya kansleri Angela Merkel danışırdı. Bu cür ordu üçün təməl isə artıq var – bu, Belçika, Fransa, Almaniya, Lüksemburq, Polşa və İspaniyanın 1992-ci ildə qüvvələrin sürətli reaksiyası kimi yaratdığı Avropa Korpusudur (Eurocorps) (60 minə yaxın hərbçi).

Müqayisə üçün: Birləşmiş Ştatlar Avropada 100 min nəfərlik kontingentə malikdir. Bu rəqəmi "Foreign Affairs" dərgisində NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin keçmiş komandanı, Amerika generalı Filip Bridlav göstərir. Bridlav gileylənir ki, ABŞ soyuq savaş dönəmində Qərbi Avropada 400 mindən çox əsgərini yerləşdirmişdi. Demək olmaz ki, qərbi avropalılar amerikayönlü NATO-dan asılı olmayan hərbi strukturlar yaratmağa cəhd etməyiblər. Rusiya Dövlət Humanitar Universitetinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Yevsey Vasilyevin "Vzqlyad" qəzetinə xatırlatdığı kimi, 2011-ci ilədək çoxlarına NATO-ya alternativ kimi görünən “Brüssel paktı” (və yaxud Qərbi Avropa İttifaqı) layihəsi var idi. Lakin ABŞ-ın NATO üzrə sadiq müttəfiqi Böyük Britaniya qitənin müdafiə layihələrinin hamısını bağlayırdı.

Ştaynmayer-Eyro planı nəzərdə tutur: ümumi silahlı qüvvələr təkcə “hazırlığın yüksək səviyyəsi deyil”, həm də “əməliyyatların ümumi maliyyələşdirilməyi zərurətidir”.

 

“Avropa Birliyi ilişdi”

 

Milli strategiya institutunun eksperti, politoloq Pavel Svyatenkov problemin kökünü bunda görür ki, Avropa Birliyi indiki görkəmdə hədsiz dərəcədə mərkəzsizləşdirilib. Qərarların qəbulu prosesi bürokratikləşdirilərək çətinləşdirilib. Avropanın inkişaf etmiş böyük ölkələrinin xalqlarının əksəriyyəti də AB-dən narazıdır. Svyatenkov deyir: “Hüdudsuz mühacirətin, nəzarətsiz bürokratiyanın və s.-in  dayandırılmasını tələb edən Avropa şəkkaklarının populyarlığı da buradandır. Avropa Birliyi əzəllər olduğu beynəlxalq təşkilatla dövlət arasında ilişdi. Bu, artıq deyəsən, nə konfederasiyadır, nə də federasiya. Bilinmir, nədir”.

Onun sözlərinə görə, ingilislər “Avropa Birləşmiş Ştatları” yaradılması üzrə layihənin əsas əngəli və əsil, vahid Avropa yaratmağa daim mane olan ABŞ-ın Troya atı idilər.

 

“Britaniya, ABŞ və şərqi avropalıların əks-fəaliyyətindən ehtiyat edirdilər”

 

Ekspert hesab edir: “İki sürət Avropası, yəni Almaniya və Fransa ətrafında mərkəzləşdirilmiş, Benilüks, İtaliya, İspaniya, Avstriya və periferiyaların – Polşa, Macarıstan, Şimali Avropa ölkələrinin, həmçinin Böyük Britaniyanın daxil olacağı böyük Avropa dövləti ideyası həmişə olub”.

Svyatenkovun fikrincə, lakin Avropanın mərkəz ölkələri buna getmədi, çünki Britaniya, şərqi avropalılar və ABŞ tərəfdən əks-fəaliyyətdən qorxurdu: “Lakin indiki şəraitdə, madam, Britaniya artıq AB-dən çıxmağı qət edir, bütün bu köhnə ideyalar dərhal fəallaşır, – həmsöhbətimiz qeyd edir. – Siyasətçilərin əksəriyyəti deyirlər ki, sadəcə Britaniyanı AB-dən buraxmaq yetərli deyil, AB-nin özünü yenidən təşkil etmək lazımdır, çünki onu indiki durumunda buraxsan, narazılıq güclənməyə başlayacaq və tezliklə başqa ölkələrin çıxmağı haqda referendumlar keçirilməyə başlanacaq”.

Beləliklə, Britaniyanın AB-dən çıxmağı Avropa hökumətlərindən birliyin yenidən təşkilini tələb edir. Ekspert hesab edir ki, AB-nin təsisçi ölkələri də məsələni mərkəzləşdirməyə, ən azı, avrozona və yaxud əzəldən Avropa Birliyini təsis etmiş dövlətlərin əsasında yeni birliyin yaradılmasına aparmağı qət edir. Əks halda ayrı-ayrı ölkələr AB-dən imtinanı davam etdirəcək və AB-nin varlığına son qoyulacaq.

 

“Avropada istənilən böyük dövlət təhlükə təşkil edir”

 

Rusiya-AB qarşılıqlı münasibətlərinə gəlincə, politoloq əmindir ki, güclü AB Rusiya üçün təhlükəlidir. O xatırladıb ki, Rusiya öz tarixi ərzində Avropa ilə bir neçə dəfə vuruşub. Bu, əvvəlcə Napoleon Bonapartın, sonra II Vilhelmin üçlü ittifaqı, daha sonra Hitler  Avropası idi.

Svyatenkov əmindir: “Avropada istənilən böyük dövlət Rusiya üçün təhlükə təşkil edir, çünki bu cür böyük dövlətin Rusiya ilə problemləri hərbi qüvvə yoluyla həll etmək şirniklənməsi meydana çıxır. Avropada Fransa, Almaniya və digər müttəfiqlərin ərazisində güclü federativ dövlətin meydana çıxma ehtimalı Moskvaya ciddi narahatlıq təlqin etməlidir”.

Rusiya EA Avropa institutunun direktor müavini Aleksandr Kamkin əmindir ki, 1945-c ildən sonra Avropa inkişafının ümumi tendensiyası konfederasiyaya, daha sonra ya Britaniya ilə, ya da onsuz artıq Avropa Birləşmiş Ştatlarına doğru ləng, lakin dönməz hərəkət prosesini ifadə edir.

 

Tərcümə Strateq.az-ındır.