XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 İyun 2015 - 06:48

Kadırovun başına mükafat təyin edən İŞİD-in Quzey Qafqaza gəlişi nə vəd edir? – Təhlil

Quzey Qafqazın “Qafqaz Əmirliyi” adlı struktur bölmələrinə daxil olan yaraqlılar İŞİD lideri Əbu-Bəkr əl-Bağdadiyə biət ediblər. Bu barədə audioyazı-məlumat iyunun 21-də YouTube-da peyda olub. Məlumatda qeyd olunur ki, Dağıstan, çeçenistan, İnquşetiya, Kabardin-Balkar və Qaraçay-çərkəz bu qərarda həmrəydir və məsələ ilə bağlı fikir ayrılığı yoxdur. Əvvəllər “Qafqaz Əmirliyi”ndə Dağıstanın əmiri hesab edilən Əbu Məhəmməd Kadarski (Rüstəm Asilderov) “Qafqazın qubernatoru” təyin edilib.

Beləliklə, Rusiya Yaxın Şərq və Quzery Afrikanın hüdudlarından kənarda İŞİD-in öz “hakimiyyət orqanlarını” yaratdığı ilk ölkə oldu. Bundan əvvəl Liviya, Ngeriya və Əfqanıstan yaraqlıları İŞİD-ə qoşulduqlarını bildirmişdilər. Əfqanıstanda İŞİD döyüşçülərinin peyda olması “Taliban”lı “həmkaları” ilə toqquşmaya gətirib çıxarıb.

Nə qədər qəribə olsa da, apreldə Dağıstanın Buynaksk şəhərinin ətrafında “Qafqaz Əmirliyi”nin başçısı, İŞİD-in rəhbər rolunu tanımaqdan imtina edən Əliashaba Kebekovun məhv edilməsi Rusiyanın radikal islamçılarını İŞİD-ə qoşulmağa təhrik etdi. Kebekov İŞİD ideoloqlarından fərqli olaraq, dinc əhaliyə qarşı terroru ittiham edir və terror üçün ölümə gedən qadınlardan istifadə etməyi qəbuledilməz hesab edirdi.

Rusiya Elmlər Akdemiyası Etnologiya və Antropolgiya İnstitutunun baş elmi işçisi Əhməd Yalıkapov deyir: “Əmirlik güc strukturlarına qarşı terrorda “ixtisaslaşmışdı”, İŞİD isə total və çox amansız terrordur”.

“Memorial” hüquq müdafiəsi mərkəzi şurasının sədri Aleksandr çerkasov da İŞİD-ə və “Qafqaz Əmirliyi”nə eynu qiyməti verir. Onun fikrincə, “İŞİD yaraqlılarının biəti olduqca həyəcanlı xəbərdir. Onlar, həqiqətən də, “xilafət”ə birləşirlərsə, bu, açıq terrora doğru taktikanın dəyişilməsini bildirir”.

Quzey Qafqaz yaraqlılarının İŞİD-ə qoşulması, yəqin ki, bölgədə İslamın müxtəlif cərəyanları arasındakı dini mübarizənin kəskinləşəcəyini də bildirir. Xatırladaq ki, çeçenistanın indiki liderinin atası Əhməd Kadırov vəhhabilərlə münaqişə üzündən federal mərkəzin tərəfinə keçmişdi. Onlar İslamın “təmizlənməsi” və Muhəmməd peyğəmbərin dönəmindəki dinə dönüş uğrunda çıxış edirlər. Bəs Quzey Qafqazı indi nə gözləyir?

Sanki, ehtimal etmək olar ki, indi güc strukturları və Quzey Qafqaz respublikaları başçılarıının işi çoxalacaq. çeçenistan lideri Ramzan Kadırov həmişə bildirir ki, İslam uğrunda məhz o döyüşür, “şeytanın xidmətçiləri vəhhabilər” isə ona qarşı çıxırlar. Təsadüfi deyil ki, İŞİD artıq keçən il Kadırovun “başına” görə mükafat təyin edib. Lakin bununla belə, çox ehtimal ki, qafqazlı yaraqlıların İŞİD-ə qoşulması bəyannamədən o yana keçməz. Həm İraqda, həm də Suriyada müharibə getdikcə qızışır və MDB-dən olan mücahidlər üçün hər şeyi yarı yolda atıb vətənə qayıtmaq, sadəcə, “cinayət” olardı.

Maraqlıdır ki, “Memorial” təşkilatının məlumatına görə, 2014-cü ildə Quzey Qafqazda münaqişə qurbanlarının sayı azalıb və hüquq müdafiəçilərinin fikrincə, bu, məhz radikal döyüşçülərin bir qisminin Suriyaya yollanması ilə bağlıdır. Yeri gəlmişkən, Dağıstan rəhbərliyi bir neçə il əvvəl yerli “vəhhabilər”in liderləri ilə qeyri-rəsmi danışıqlar aparıb: onlar söz veriblər ki, onları təqib etməsələr, daha davakar həmfikirlərini Əfqanıstana “sürgün edəcəklər”.

REA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Mixail Roşin deyir: “Hansı dəyişikliklərin baş verəcəyini indidən söyləmək çətindir. çünki baş verənlərin hamısı, sadəcə, sözlərdir. Gizli banda yenidən necə təşkil olunacaq, məlum deyil”.

Düzdür, ekspert istisna etmir ki, İŞİD-ə biət etmiş qafqazlı yaraqlıların sonradan Rusiyaya geri qayıtması mümkündür. Roşinin fikrincə, “Döyüşlərdən çıxmış yaraqlılar özlüyündə ciddi silahdır, lakin sual yaranır: birincisi, Onlar Yaxın Şərqdə həlak ola bilərlərmi? İkincisi, qayıtmaq istəyəcəklərmi? üçüncüsü, FTX buna imkan verəcəkmi? Ona görə də vahiməyə düşmək tezdir“.

Rusiya Strateji araşdırmalar institutunun elmi işçisi Acar Kurtov da “Rosbalt“-a durumu şərh edərkən eyni nöqteyi-nəzəri ifadə edir: “Düşünmürəm ki, hadisələr İŞİD sıralarındakı qafqazlı könüllülərin sayının əsaslı şəkildə artmasına gətirb çıxardacaq. Müxtəlif qaynaqların məlumatına görə, Qafqazadkı islamçı camaaat onsuz da adamsız qalıb – yaraqlılar özlərini İŞİD tərəfə veriblər. Onların hamısı qayıtmayacaq. Bir hissəsi elə orada da həlak olacaq. Ona görə də nə qədər ədəbsiz görünsə də, bu, Rusiyaya hətta faydalıdır!”

İqor Rotar

Rosbalt.ru, 27.06.2015




Yuxarı Əvvələ Ana Səhifə