XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

01 İyul 2016 - 17:30

Farslar Suriyada Rusiyanı “satqınlıq”da ittiham etməyə başlayıblar –Təhlil

suriya

Yevgeni Krutikov

Vz.ru, 01.07.2016

 

Suriya qoşunlarının Rakkaya hücumu boğulduqdan sonra hərbi əməliyyatlar ölkənin başqa bölgələrinə keçdi – əsasən, toqquşmanın bir dəqiqə belə dayanmadığı Hələb ətrafına. Məhz orada hökumət ordusu ilə müttəfiqləri, birinci növbədə Rusiya və İran arasında ziddiyyətlər meydana çıxdı. Suriyanın hökumət ərəb ordusu (SƏO) Rusiya HKQ, kəşfiyyatı, müşavirləri və yardımçı hissələrinin fəaliyyətini dəstəklədiyi hakimiyyətin əsas hərbi alətidir. Rusiyanın Xmeymim bazası məhz SƏO-nun Dəməşqdəki Baş qərargahını, həmçinin yerlərdəki təmsilçiləri və baş zabitlərini əlaqələndirir.

Yeri gəlmişkən, bu, belə də olmalıdır, çünki Rusiya kontingenti Suriyada hüquqi olaraq hökumətin dəvəti ilə Suriyadadır, onun səlahiyyətləri isə dövlətlərarası saziş və müqavilələrlə nizamlanır. Nəhayət, vahid rəhbərlik sistemi hətta ərəb dünyasında da, nəticə kimi SƏO və onun Baş qərargahında da işləməlidir. O bunu necə və nə dərəcədə müvəffəqiyyətlə edir – başqa məsələdir. Prinsipial olan budur ki, məhz Suriyanın Baş qərargahı bütün müttəfiqləri ilə təmasa girməli, hərbi itaətin iyerarxiyasını qurmalı, əmrləri icraya yönəltməlidir. Halbuki Rusiya HKQ siyasi arqument deyil, yalnız beynəlxalq yardım alətidir. Və son həftəyarımda məhz bu baxımdan aşkar anlaşılmazlıq yaranıb ki, bu da Hələbdə və ətrafındakı döyüşlərdə açıq şəkildə üzə çıxır.

RF HKQ son səkkiz gündə Hələbdən quzeyə sarı bölgələrə dəfələrlə zərbə endirib. Onun iştirakı “Cəbhət ən-Nusra” və “Hərəkət Nuriddin əz-Zinki”nin tutduğu kənd təsərrüfatı rayonu Mallahda SƏO hissələrinin (birinci növbədə “Pələnglər” hücum diviziyasının) irəliləməyində həlledici rol oynayıb. Rusiya bombardmançıları cihadçılar ön xəttdə mövqe tutmağa nail olmamışdan əvvəl onların  bütün istehkamlarına həmlə edib. Paralel şəkildə islamçılaırn Hənadat dağları və Anadan vadisindəki mövqe və obyektləri bombardmana məruz qalıb, təyyarələr gündə 30-a qədər uçuş keçirib.

Hökumət qoşunlarının 4-cü mexanikləşdirilmiş diviziyası bu fonda çərşənbə günü səhər şimal sektorunda, artıq bu dəfə Hələbin özündə yeni hücuma başladı. İlkin hədəf Əl-Xalidiyyə və əl-Layrəmun məhəllələri arasındakı sənaye tikililəri göstərilmişdi. Əl-Xalidiyyə indi praktik olaraq təmizlənib, lakin əl-Layrəmuna əvvəlki tək cihadçılar nəzarət edir (həm də yetərincə uzun müddət).

SƏO-nun irəliləməyi son dərəcə ləng gedir. Bundan başqa, bu rayonda heç bir açar, nişanə nöqtə yoxdur ki, ələ keçirilmə təbliği baxımından cazibədar olsun. Müharibənin heç kimin sevmədiyi ağır ətaləti göz qabağındadır. Elit hesab edilən həmin “Pələnglər” diviziyası (ona Suriyada yaxşı tanınan polkovnik Süheyl Həsən komandirlik edir) Rusiya bombardmançıları onun qarşısındakı mövqeləri “işləməyincə” yerindən tərpənmir. Hətta Mallahda cihadçıların birinci müdafiə xəttinin yarılması haqda məlumat iki gün yubandı, hücumun hansısa uğurları haqda isə indiyədək məlumat yoxdur. Və bu, yaxşı xəbərlərin bir qayda olaraq hadisələri qabaqladığı ərəb ölkəsində baş verir.

Yerli qaynaqlar bunu birbaşa onunla bağlayır ki, iyunun 30-da səhər Rusiya təyyarələri havaya qalxmayıb. Ümumiyyətlə, HKQ Hələbdən şimala cihadçıların mövqelərinə səkkizgünlük intensiv uçuşlardan sonra taym-aut götürdü və SƏO-nun hücumu dərhal dayandı. Görünür, kofe içmək üçün.

Hamının hamı ilə vuruşduğu Hələbdən güneydə durum daha qəlizdir. Mötədil deyilən müxalifətin qüvvələri zaman-zama bir neçə məhəlləni və bağı döyüşlə İŞİD-dən geri almağa cəhd edir, cihadçılar isə cavabında qərb istiqamətində irəliləməyə cəhd göstərirlər. Bu ərazidə İranın iştirakı böyükdür – həm könüllü hissələr formasında, həm də ölkədə rəsmən iştirak edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri fomasında. Şiə yığması formal olaraq müstəqildir, lakin Dəməşqdəki Baş Qərargahdan çox, iranlı generallara istiqamətlənirlər. Həm də Hələbdən güneydəki İran və şiə hissələri Rusiya HKQ-dən aviadəstək almır. Mənbici mühasirəyə almış kürdlər də hava dəstəyindən məhrumdurlar. Amerikalılar onlara qədər nadir hallarda və əsasən qeyri-döyüş niyyətilə uçur. Nəticədə kürdlər və şiələr daha böyük itkilər verməyə başlayıb ki, bu da onların baş verənlərə kəskin reaksiyasına səbəb olub. Rusiya HKQ-nin ünvanına az qala xəyanət ittihamı yağır, lakin hava məsuliyyəti zonasını bölüşməyə razılaşmış və “təmiz” müxalifləri “natəmizlər”dən ayırmağa sonsuz proses başlamış “Rusiyanın ABŞ-ın tələsinə düşdüyü” haqda təsəvvür üstünlük təşkil edir. “Sülhyaradıcılıq” – atəşkəs haqda İŞİD-lə əlaqəsi qeyd olunmamış konkret qruplaşmalarla və yaxud ayrı-ayrı yaşayış məntəqələrinin muxtarları (ağsaqqal merləri), yeri yığmaların komandirləri ilə lokal sazişlərin bağlanması müttəfiqlərdə xüsusi qıcıq doğurur.

Bu informasya dalğası hələlik istisnasız olaraq Tehrandan və müttəfiqi Beyrutdan qaynaqlanır. Dəməşqin digər şiə müttəfiqləri (məsələn, taktiki hərbi qərarların qəbul edilməsində tamamilə müstəqil “Hizbullah”) öz şüurlarını bu cür konspiroloji konsrtuksiyalarla zəhərləməyərək ölkənin başqa bölgələrində lokal əməliyyatlarda iştirak edir. Məsələn, Surya-Livan sərhədində cümə axşamı səhər hökumət qoşunları “Hizbullah”ın dəstəyi ilə Kalamun dağlarında Cərud Cərəcir bölgəsində İŞİD-in içməli su bazasını təmin edən bir neçə su nasosunu məhv etdi. SƏO və “Hizbullah” eyni zamanda bu dağlarda terrorçulara qarşı hərbi əməliyyata başladı, çünki İŞİD hissələri bu günlərdə Livanın Cərud Kа'а yaşayış məntəqəsinə hücum edərək qeyri-sünni əhalinin qırğınını təşkil edib. Bununla belə, SƏO və “Huzbullah” qeyd edir ki, həm İŞİD-in düşərgəsi, həm də su nasoslarının yeri haqda zəruri kəşfiyyat məlumatını “rusiyalı müşavirlərdən” alıb. Oxşar durum Colan təpələrində də formalaşır.

Tehrana yaxın dairələrin baxışına görə, Rusiya Hələbdən güneyə sarı cihadçıların və “dünyəvi” müxalifətin mövqelərini bombardman edərək hələ Hələb bölgəsində də “bir qədər sıxmalıdır”.

Və burada məsələ bunda deyil ki, Rusiya aviazərbələri azdır. İş bundadır ki, bu zərbələr Dəməşqlə razılaşdırılır və farsların və digərlərinin deyil, birinci növbədə hökumət qoşunlarının əməliyyatlarına dəstəyə yönəldilib. Tərifli “Səhra qartalları”nın bu günlərdə Rakka yaxınlığında cəbhəni başlı-başına buraxması daha bir arqumentdir ki, onlarla xırda təsir mərkəzləri ilə deyil, ancaq Dəməşqdəki Baş qərargahla iş görmək lazımdır.

Bununla belə, şiələr və digərləri birbaşa dəstək tələb etməklə Moskvaya qarşı iddia irəli sürməyi davam etdirirlər. Farslar Hələbdən güneydə və kürdlər Mənbic ətrafında daha çox itki verdikcə Tehran və Beyrutda “danışan başlar”ın istifadə etdiyi üslub bir o qədər təhqirli olur. Bu günki trend – fars dilində nəsə “Putin qarışdırdı” kimi bir şeydir, hava şəraitinə görə bombardmançların Xmeymimdən uçuşunun olmaması isə, az qala, satqınlıq kimi qiymətləndirilir. Bu, artıq əməlli-başlı əsəbilik doğurur. Suriyada Rusiya əməliyyatı artıq doqquz ay davam edir, bu dövrdə görkəmli hərbi və siyasi uğurlar əldə edilib. Lakin hadisələrin ayrı-ayrı iştitakçıları Rusiyanın köməyinə – aviasiya, kəşfiyyat, humanitar – o qədər vərdiş edib ki, özlərini onsuz təsəvvür edə bilmirlər. Əgər qırmızı ulduzlu, poladdan ağ, böyük quş uçub gəlməsə, bəziləri artıq tətiyi də dəbərtmirlər. Rusiya bu cür vəziyyətlə heç də ilk dəfə üzləşmir, lakin Şərqdə mavigözlü və üzüyola müttəfiqdən parazitcəsinə istifadə bəzən ekstremal formalar alır. Hətta təbiətcə ehtiyacsız kürdlər də irəli heç bir hərəkət etmədən Mənbic ətrafındakı dağlarda əyləşib və təşəbbüsü İŞİD-ə veriblər. İndi isə kisəyə salınmış, aradan çıxmağa yeri olmayan cihadçılardan tənbəl-tənbəl qorunurlar.

Bu cür “anlaşılmazlığa” görə günah qismən Dəməşqin üzərinə düşür – o, həqiqətən də, Rusiya hərbi yardımını “özəlləşdirib” və heç kimlə bölüşmək istəmir. Farsların və digər müttəfiqlərin mentalitetini dəyişmək mümkün olmayacaq, bu da oyunun tərkib hissəsidir. Lakin SƏO-nun Baş qəragahı strateji xarakterli əməliyyatların planlaşdırılması ilə ciddi şəkildə məşğul olmalıdır.

 

Tərcümə Strateq.az-ındır.