XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2016 - 15:42

Moskva və Ankaranın dostluğu kimə qarşı çevrilib? –Təhlil

putin erdoqan

Moskva və Ankaranın münasibətlərinin yaxşılaşması nəhəng qaz idxalçılarının türk bazarı uğrunda mübarizəsini kəskinləşdirəcək.

Strateq.az bildirir ki, bu barədə nufuzlu “Foreign Policy” jurnalı öz təhlilində yazıb. Yazıda qeyd olunur ki, Türkiyənin Rusiya və İsraillə əlaqələrinin düzəlməsi Ankaranın Yaxın Şərqdə İranın hegemonluğunun qarşısını almaq niyyətindən doğur: “Beynəlxalq təcriddən qopan İranın indi əsas məqsədi regional lider statusunu Səudiyyə Ərəbistanının əlindən almaqdır. Rusiya ilə barışıq Türkiyənin böyük miqyaslı siyasətinin bir hissəsidir”.

Jurnalın təhlilində deyilir ki, bununla əlaqədar “türk axını” layihəsi yenidən aktuallaşır: "Bu layihə Rusiyanın qırıcı təyyarəsinin vurulmasından sonra dayandırılmışdı. İndi bir məsələ maraqlıdır: Moskva və Ankara barşıdıqdan sonra münasibətlər 2014-15-ci illərin strateji əməkdaşlıq səviyyəsinə qayıdacaqmı?

Bundan başqa, iki ölkənin münasibətlərindən Moskvanın Türkiyədə tikdiyi birinci atom elektrik stansiyasının, Moskvanın qlobal bazarda statusunun taleyi asılıdır.

Rusiya Türkiyədə tikdiyi “Akkuyu” AES-i tamamlamalıdır. Bu barədə saziş 2010-cu ildə imzalanıb. Bunu tamamlamaqla Moskva qlobal bazarda öz payını  qoruyub saxlmağa hazır olduğunu nümayiş etdirəcək".

Jurnal hesab edir ki, “Türk axını”nın gələcəyi Moskva və Ankaranın münasibətlərinin dəyişməsi fonunda belə dumanlı qalacaq: "Aydındır ki, Rusiyanın bu layihədən artıq böyük gözləntiləri yoxdur. Kreml hesab edirdi ki, bu qaz kəməri Rusiya üçün Avropanın qaz bazarına geniş yol açacaq. Ancaq indi belə məlum olur ki,  “Cənub axını” layihəsində qaz ala biləcək yeganə olkə Türkiyədir. Rusiyanın türk bazarı uğrunda əsas rəqibi İsrail ola bilər. İsrail qaz ixracı ilə özünün regional statusunu yüksəltmək arzusundadır".