XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 21:32

Türkiyədə spiker seçkisi: şanslar və şanslılar – Təhlil

publika.az139344381354129Hər seçkidən sonra parlamentar rejimin qaydalarını qüsursuz şəkildə işlədən Türkiyənin Məclis sədrliyinə namizədləri keçən həftə açıqlandı.

Seçkidən birinci yerdə çıxmış partiyanın Məclisdə əzici çoxluğu yoxdursa, namizədlərin o biri partiyalardan “səs qopara bilmə məharəti”ylə seçkini üçüncü və hətta son sırada tamamlayan partiyanın namizədi belə sədr seçilə bilir.

Hər hansı partiyanın əzici çoxluğunun olmadığı Məclisdə sədr seçkisində əldə edilmiş konsensus qurulacaq yeni hökumətin şifrələri barədə də ip ucu verir. İzlədiyim 20 oktyabr 1991-ci il seçkisini xatırlatsam, bunu deyəcəm ki, Məclis sədrliyinə Əskişəhər millət vəkili Hüsaməttin Cindorukun adı üzərində əldə edilmiş razılaşma Doğru Yol Partiyası ilə Sosial-Demokrat Halkçı Partiyasının quracağı koalisiyanın doğuşunun müjdəçisi olmuşdu. 24 dekabr 1995-ci ildəki seçkidən Refah Partiyasının birinci çıxmasına baxmayaraq, seçkini üçüncü sırada tamamlayan Ana Vatan Partiyasının təcrübəli siyasətçisi Mustafa Kalemli digər partiyalardan aldığı dəstək sayəsində Məclisə sədr seçilmişdi. İki il yarımdan sonra istefa vermək məcburiyyətində qalan Kalemlinin yerinə isə Məclisə son sırada girmiş (beşinci partiya) Cümhuriyyət Xalq Partiyasının millət vəkili Hikmət çətin qısa müddətə də olsa, sədr seçilə bilmişdi. 18 aprel 1999-cu ildəki seçkidə dördüncü olmuş Ana Vatan Partiyasının millət vəkili, keçmiş baş nazir Yıldırım Akbulut zəngin siyasi təcrübəsiylə o biri partiyalardan dəstək alaraq Məclis sədri seçilmişdi; Akbulut Türkiyə Böyük Millət Məclisinə müxtəlif vaxtlarda 2 dəfə sədr seçilmiş yeganə millət vəkili olmuşdu. Ecevit-Bahçeli-Məsut Yılmazın qurduğu koalisiyanın ahəngdar şəkildə yola davam etdiyi dönəmdə- 2000 ci ildə isə koalisiyaya daxil olan 3 partiya arasındakı razılaşmaya əsasən, MHP-dən ömər İzgi Məclis sədri kreslosuna otura bilmişdi. AKP-nin 3 noyabr 2002-də əzici çoxluqla qazandığı qələbədən sonra sədr kreslosu uğrunda mübarizənin anlamı qalmadı; birinci dönəmdə Bülənt Arınç, ikinci dönəmin başlanğıcında mərkəz sağ mənşəli olub AKP-də siyasətə davam edən Köksal Toptan, dönəmin sonunda Məhmət Əli Şahin, üçüncü dönəmdə isə başdan sona qədər Cəmil çiçək Məclisə sədrlik etdilər.

7 iyun seçkisi AKP-nin siyasi arenadakı təkbaşına hegemoniyasına son qoyunca, Məclis sədrliyinə seçkilər yenə 90-cı illərdəki halına döndü; amma çox böyük bir sürprizi də özüylə gətirib-gələrək. Belə ki, Türk parlamentar rejiminin ənənəsində rast gəlinməyən bir örnəklə seçkinin ertəsi gecəsi prezident Ərdoğan, ən yaşlı millət vəkili kimi Məclisin ilk iclaslarına sədrlik edəcək təcrübəli siyasətçi, CHP Antalya millət vəkili Dəniz Baykalla görüşdü. Görüş həm Məclis sədrliyi seçkisinin həm də yeni hökumətin qurulmasının “ilk məşqi” kimi xarakterizə edildi. Necə ki, 2 saatdan çox davam etmiş qeyri-ənənəvi görüş barədə danışarkən Dəniz Baykal “prezidenti koalisiya hökuməti qurulmasına meylli gördüm” sözlərini tələffüz etməkdə bir sıxıntı görmədi (CHP lideri Kamal Kılıçdaroğlunun “görüşdə koalisya hökuməti barədə danışmaması üçün ona xəbərdarlıq etməsinə baxmayaraq)…

AKP-nin namizədi : Dəniz Baykal naminə İsmət Yılmazmı?

baykalMəclisə Nəqliyyat və Kommunikasiya Nazirliyi icra aparatının rəhbəri vəzifəsindən istefa verərək, 12 iyun 2011-ci ildə girən İsmət Yılmaz, dünyəviliyik tərəfdarı olmamasına rəğmən, bir növ, Türk siyasət ənənəsindən kənara çıxılaraq müdafiə naziri vəzifəsinə gətirildi. Nizamnaməyə görə, 3 dönəm millət vəkili seçildiyinə görə, bu seçkidə namizəd ola bilməyən AKP siyasətçiləriylə müqayisə edilə bilməyəcəyi bir yana dursun, partiyanın bugünkü fotosunda belə Məclis sədri vəzifəsini İsmət Yılmazdan daha yaxşı icra edə biləcək xeyli isimin olduğu şəksizdir. Tərəfdarlarına açıq və ya gizli şəkildə “45 gündə hökumət qurulmazsa, erkən seçki barədə qərar qəbul edərəm”- mesajı verməsinə baxmayın, Ərdoğanın belə bir addım atmasına heç kim dəstək verməz. Prezident Ərdoğana AKP-nin də içində olduğu hökumət lazımdır, bunu ertəsi gecəsi Dəniz Baykalı sorğusuz-sualsız tədavülə daxil edərək göstərmişdir. Seçkinin 30 iyunda keçiriləcək ilk turunda İsmət Yılmaza veriləcək səsin miqdarı həm AKP, həm də AKP-CHP koalisiyası üçün lakmus kağızı olacaqdır. Birinci turda AKP blok halında Yılmaza səs verməzsə, durum daha çox aydınlığa qovuşacaqdır. Hər partiya son tura qədər öz namizədini dəstəkləyərsə, İsmət Yılmazın Məclisə sədri seçilməsinin önündə heç bir əngəl olmayacaqdır. Amma tablonun dəyişəcəyini keçm
iş dönəmləri az da olsa, izləmiş hər kəs bilir.

Baykal özünə güvənir, AKP-dən gələcək müəyyən qədər dəstəyə, yoxsa HDP-yə?

İlk dəfə 1973-cü ildə Məclisə girən Dəniz Baykal hərbi çevrilişlərin gətirdiyi fasilələri və lideri olduğu CHP-nin 1999-2002-ci illər arasında Məclisdən kənarda qalmasını saymayıb son seçkini də hesaba qatsaq, Türkiyənin ən uzun müddət millət vəkili olmuş siyasətçisi titulunu daşıyır. Ən yaşlı millət vəkili kimi bu günlərdə Məclisi o idarə edir, sədrliyə namizədliyini hamıdan əvvəl elan etdi. Baykalın 77 yaşında Məclis sədrliyinə namizəd olub da seçilə bilməməsi onun siyasi kariyerinə kölgə düşürərmi? Düşürəcəyini zənn etmirəm. Digər tərəfdən, prezident Ərdoğanla görüşündə bir çox məsələni müzakirə etməsi (CHP lideri Kamal Kılıçdaroğlunun xəbərdarlığına rəğmən) Baykalın 77 yaşında ayağını yaş taxtanın üstünə basmayacağının təminatı sayıla bilər. Normal şərtlərdə AKP-dən Baykala dəstək getməsi qeyri-mümkün kimi görünür, bu olacaqsa, Ərdoğanın öz koalisiya planlarını həyata keçirmə cəhdi sayəsində olacaq.

İhsanoğlu bu dəfə ölkənin ikinci kreslosuna namizəddir

ekmeleddin-ihsanoglu-mal-beyaninda-bulundua1985c96031fe8ef82ff10 avqust 2014-cü ildəki prezident seçkisinə CHP və MHP-nin “çatı namizədi” kimi girərək Tayyip Ərdoğana məğlub olan Əkmələddin İhsanoğlunun Türk siyasət səhnəsinə millət vəkili kimi çıxmasının ardından Məclis sədrliyinə namizəd göstərilməsi, hər şeydən əvvəl, AKP-dən gələ biləcək limitli dəstəyə hesablanıb. Ancaq AKP-dən İhsanoğluna az da olsa, dəstək gedəcəyinə inanmıram. Seçkinin ilk iki turunda hər partiya öz namizədini dəstəkləyəcək- təcrübə bunu göstərir. üçüncü turda İhsanoğlunun lazımi “performansı” göstərə bilməyəcəyini görən MHP-nin böyük ölçüdə Dəniz Baykala dəstəkləyəcəyinə ehtimal vermək olar. 1960-70-ci illərdəki çizgisini dəyişdirməyə heç də həvəsli olmayan və bu məsələdə bəzən AKP-dən də mühafizəkar mövqedə duran MHP-nin “sola səs verməmə” ənənəsinin Məclis sədri seçkisində Dəniz Baykalın lehinə dəyişə biləcəyini düşünmək, sadəlövhlük olmayacaqdır. Bunun əsas səbəbi, sol patentli siyasətə uzun müddət liderlik etməsinə baxmayaraq, Baykalın “dövlətçi” mövqeyinin Devlet Bahçelidən çox da fərqli olmamasıdır.

Dəngir Fırat ancaq HDP-dən səs alacaq; bəs son tur?

tttSon dönəmi saymasaq, Türk siyasətinin son 20 ilində Məclisdə gördüyümüz (Refah-Fəzilət- AKP qurucusu) Dəngir Fıratın kürd təmayüllü HDP-dən Məclis sədrliyinə namizəd olması işi daha rəngarəng etmişdir. Fıratın digər partiyalardan nə qədər dəstək ala biləcəyindən söhbət getmir, zira o dəstəyi minimum səviyyədə də alması bəri başdan mümkün görünmür. İstər Məclis başqanı seçkisi kimi rəsmi prosedurada, istərsə də koalisiya hökuməti qurulmasıyla bağlı “beyin məşqləri”ndə HDP-nin tamamilə kənarlaşdırıldığını görmək üçün Allahın hamıya verdiyi bir cüt göz kifayətdir. Bu durumun gələcəkdə Türkiyə üçün sıxıntılar yaradacağını bir tərəfə qeyd edərək HDP-nin son turdakı mövqeyinin müəyyənləşdirici ola biləcəyini vurğulamaq lazımdır; bəli, AKP son tura qədər İsmət Yılmazın arxasında durarsa, Məclis sədri kreslosunun taleyini HDP-nin Baykala verib-verməyəcəyi dəstək müəyyənləşdirəcək. AKP axıra qədər İsmət Yılmazın arxasında durar və HDP son turda Dəniz Baykala dəstək verməzsə, İsmət Yılmazın sədr seçilməsinin önündə heç bir əngəl qalmayacaq.

“Kafa karışıklığı”nın durulması üçün 2 gün qaldı

1 iyulda Türkiyə Böyük Mil
lət Məclisinin yeni sədri bəlli olacaq. Nəticə nə olursa-olsun , zövqlü bir prosedura izlədiyimizi indidən yazmaqda heç bir “sakınca” olmasa gərək…

APA Analitik Mərkəzi