XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 12:08

Türk nəşri: “İŞİD növbəti cəbhəni Orta Asiyada açacaq” –Təhlil

OA

Əsədulla Oğuz

Habertürk (Türkiyə), 07.07.2016

Qafqaz və Orta Asiya respublikaları radikal-fanatik terrorçu qruplaşması İŞİD üçün ən təhlükəli insan resursları sırasına daxildir. Bölgədəki durumu Suriyadan geri dönənlər ağırlaşdırır.

Mıən türkmənəm, arvadım qazaxdır. Orta Asiyada tez-tez oluram. İyunun 29-da İstanbulda Atatürk aeroportunu qana boyayan üç terrorçudan ikisinin Orta Asiyadan, birinin isə Qafqazdan çıxması bölgədə radikallamanın miqyasları xüsusunda Türkiyədə dərin narahatlıq doğurdu. Əslində, bu durum bir gündə meydana çıxmayıb. O, təxminən, 25 il öncə başlanıb və günümüzə çatıb.

Vəhhabi/sələfi missionerlər

Sovet İttifaqının dağılmasının ardınca 1991-ci ildə çoxlu dövlətdən, birinci növbədə Fars körfəzinin ərəb ölkələrindən islamçı fəallar Orta Asiyaya doluşdular. Evləri, məktəbləri, rayonları gəzən və İslam etiqadını yayan fəallar hər yerdə mədrəsə, Quran kursları açmağa, məscid, məktəb tikməyə, dini ədəbiyyat və CD paylamağa başladılar. Orta Asiyadan minlərlə tələbə onların verdiyi təqaüdlə ali dini təhsil almaq üçün ərəb ölkələrinə yollandılar.  

Əlbəttə, bu fəaliyyət dini keçmişini qaytarmağa can atan xalq kütlələrində, xüsusən də kommunust ideologiyasının iflası ilə özünü böyük boşluqda hiss edən gənclərdə böyük maraq doğurdu. Uzun müddət dini eyniyyətlərdən uzaq saxlanan Orta Asiya cəmiyyəti, demək olar, vəhhabi/sələfi fəallarının onlara translyasiya etdiyi ilə əsil İslam,  ənənəvi İslamla siyasi/radikal fanatiklər arasındakı fərqi hiss etmədi. Orta Asiyanın radikallaşması belə başlandı.

Onlar İŞİD-ə sədaqət andı içiblər

İslamın hopdurulduğu iki Orta Asiya respublikasında – Tacikistan və Özbəkistanda bu təhlükəni yetərincə tez anladılar. 1990-cı illərdə vəhhabilərin dəstəyi ilə yaradılmış “Özbəkistan İslam Hərəkatı” (ÖİH) hansısa bir anda iki respublikaya ciddi şəkildə təhdid yaratmağa başladı. Tacikistan 1992-1997-ci illərdə islamçılarla kommunistlər arasında alovlanmış vətəndaş müharibəsinıə sürükləndi və bundan ancaq Rusiyanın yardımı ilə çıxa bildi. ÖİH tərkibindəki özbək və tacik islamçılar 1997-ci ildəki məğlubiyyətlərindən sonra “Taliban”ın idarə etdiyi Əfqanlstanda gizləndi və müti xidmətçinizin doğuldğu Kunduz şəhərində yerləşdilər.  

2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı Ümumdünya ticarət mərkəzinin qüllələrinə həmlədən sonra ABŞ Əfqanıstanı bombardman etməyə başladı. Nəticədə ÖİH-in qanadları kəsildi. Onun liderləri Tahir Yoldaş və Cuma Namanqani Kunduzun mühasirəsi vaxtı öldürüldü. Sağ qalanlar “Taliban”la birlikdə Pakistanın Vəziristan bölgəsinə çəkildilər. Özbək islamçılar 2005-ci ildə Əndican şəhərində təşkil etdikləri qiyamla Kərimov rejimini laxlatdı, lakin müvəffəqiyyətə nail ola bilmədilər. 2014-cü ilin sonunda ABŞ və NATO qoşunları Əfqanıstandan çıxdıqdan sonra Orta Asiya islamçıları dəstə-dəstə Vəziristandan Əfqanıstanın quzeyinə keçdi və ayrı-ayrılıqda İŞİD-ə sədaqət andı içdilər.

Suriyadan qayıtmış terrorçular

Özbəkistan və Tackistan bu duruma cavab olaraq ciddi tədbirlər gördü. 1990-cı illərdə açılmış dini mədrəsələrin hamısını bağladılar və vəhhabi missionerlərin fəaliyyəti qadağan edildi. Lakin Orta Asiyanın nisbətən liberal respublikaları Qazaxıstan və Qırğızıstan heç bir tədbir görmədi, çünki əvvəllər bu cür təhlükə ilə üzləşməmişdi.

Bu gün söhbət Orta Asiya vətəndaşlarının İŞİD sıralarına dolmasından gedir. 2014-cü ilin noyabrında Qazaxıstan kəşfiyyatı rəhbərinin Suriyada İŞİD sıralaırnda tam 300 Qazaxıstan vətəndaşının döyüşməyi və yarısının qadın olduğu barədə açıqlamasından dərhal sonra İŞİD sanki bu sözləri təsdiqləməyə cəhd edərək video yaydı. Bu videoda Qazaxıstan vətəndaşlarını ailələri ilə birlikdə təşkilatın sıralarında, həmçinin düşərgələrdə təlim keçən qazax yeniyetmələrin təsvirini görmək mümkündür.

Suriyada təlim keçərək son illərdə ölkəyə qayıtmış qazax döyüşçüləri Qazaxıstan hökumətinə başağrısı yaratmağa başlayıblar. Bəziləri qazax polisi ilə dəfələrlə toqquşmaya girişiblər. Sonuncu bu cür toqquşma 2016-cı il iyunun 5-də ölkənin qərbində Aktobe şəhərində baş verib. Bir neçə saat davam edən münaqişə nəticəsində 19 nəfər həlak olub, onların 13-ü İŞİD üzvüdür.

300 özbək İŞİD sıralarındadır

Özbəkistan rəsmilərinin də bəyanatlarından qənaətə gəlmək olar ki, İŞİD tərkibində Özbəkistanın 300 vətəndaşı var. Hətta qeyd olunur ki, İŞİD-ə daxil olan və “İmam Buxari Camaat” adıyla məşhurlaşmış qruplaşma Suriyada ən böyük özbək radikal-fanatik dəstəsidir. Bildirilir ki, “İmam Buxari Camaat”-ın lideri sayılan Şeyx Salahuddin Suriyaya gələnədək uzun müddət Əfqanıstanda imiş. Hazırda şimali Əfqanıstanda qərarlaşmış ÖİH İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içib. Bundan iki ay əvvəl isə Daşkənddə körpüdə İŞİD bayrağı asılıb. Özbəkistan hökuməti bunu kimin etdiyini müəyyən edə bilməyib.

Həll hansıdır?

Ehtimal ki, dalbadal yasaqlaırn tətbiqi və Orta asiya hökumətlərinin tez-tez əl atdığı mövcud basqının sonrakı artımı çıxış yolu deyil. Orta Asiya ölkələrinin liderləri tətbiq etdiyi basqını legitimləşdirməyə, özlərini fundamentalist terrorun qarşısında duran əsas sipər və maneə kimi göstərməyə cəhd edir. Bununla belə, daha diqqətlə nəzərdən keçirəndə görmək olar ki, cavanları İŞİD-ə qoşulmağa təhrik edən amillərdən biri repressiv rejimlərdir.

İŞİD sıralarında ikinci dil rus dilidir!

Qırğızıstana gəlincə … Taksiçilər paytaxt Bişkekdə əvvəllər əyləncə və siyasət kimi mövzularda fikirlərini bölüşürdülərsə, son zamanlar daha çox dindən danışırlar, avtomaqnitollarından isə rusca İslam vəzləri səslənir. Bu mənə olduqca maraqlı göründü. Bir taksiçinin qeyd etdiyi kimi, sovet kommunist rejiminin 70 ili ərzində öz dillərini unutsalar da, qəlblərini itirməyiblər.

İddia olunur ki, rus dili İŞİD-in Suriya və İraqda nəzarət etdiyi bölgələrdə intişara görə ikinci dildir. Bu göstərir ki, bu bölgədəki döyüşçülər arasında postsovet məkanından çıxanlar çoxdur.

Məlumat verlıir ki, Suriyada İŞİD sıralarında Qırğızıstanın tam 500 vətəndaşı vuruşur. Qırğızıstanlı din fanatiklərinin fəaliyyəti təkcə paytaxt Bişkekdə deyil, həm də Oş və Cəlilabad şəhərlərində fəallaşır. Ölkənin dini və ruhani rəhbəri, tərəfdarlarının “şeyx” adlandırdığı   Çubak Ajı Jalilov bu mənzərədə mühüm simadır.  

Türkmənistan da radikal islamçılıq təhlükəsindən müdafiə olunmur. Keçən ilin mayında Əfqanıstan ordusu ilə “Taliban” arasında müntəzəm döyüşlərin getdiyi Əfqanıstan-Türkmənistan sərhədində 27 sərhədçi həlak olub.

Yekunda narahatlıq güclənir ki, Yaxın Şərqi terror edən İŞİD-in növbəti  cəbhəsi Orta Asiya olacaq.

Tərcümə Strateq.az-ındır.