XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

09 İyul 2016 - 19:15

Çin nəşri:“Qərb beynəlxalq hüquq bayrağı altında qanunsuz davranışlara son qoymalıdır” – Təhlil

BH

Yenmin jibao (Çin), 09.07.2016

 

Böyük Britaniya iyulun 6-da İraqdakı müharibənin bütün aspektlərini – İraqda müharibənin başlaması haqda qərar, müharibəyə bütün hazırlıqlar və hərbsonrası planların araşdırılması haqda məruzə yayıb. Qeyd etməyinə dəyər ki, hətta 2,6 milyon sözlük məruzə də müharibənin aydın səciyyəsini verməyib.

Beynəlxalq birlik İraqdakı müharibənin xarakteri haqda artıq çoxdan konsensusa gəlib. BMT-dən yan keçməklə suveren dövlətin rejimini devirmək üçün bu cür birtərəfli hərbi əməliyyatlar qanunsuz və ədalətsiz müharibədir. Qərb dövlətlərinin beynəlxalq hüquq haqda mühakimə yürütməyi hamıdan çox sevdiyinə baxmayaraq, tarix və müasirlik sübut edir ki, onlar beynəlxalq hüququ özlərinə deyil, başqalarına nisbətdə nəzərdən keçirirlər.

Filippinin bu yaxınlarda Cənubi Çin dənizi məsələsi üzrə birtərəfli qaydada arbitraj məhkəməsinə müraciəti də ABŞ və Qərbin digər ölkələrinin kələyinə nümunədir. Onlar beynəlxalq arenada hər şeyi təpəüstə çevirməyə cəhd edir, “beynəlxalq hüququn pozulması” haqda ittihamı Çinin üzərinə yıxmaq istəyirlər. Əslində, Filippin tərəfinin arbitraj məhkəməsinə birtərəfli qaydada müraciəti və hakimiyyətdən sui-istifadəsi beynəlxalq hüquq normalarına ziddir.

Filippinin Cənubi Çin dənizi məsələs üzrə arbitraj məhkəməsinə müraciəti Asiya-Sakit okean bölgəsində (ASB) öz üstünlüyünü qoruyub saxlamağa çalışan ABŞ-ın intriqasıdır, həmçinin Çinin qonşu ölkələrlə münasibətlərinin pozulması qarşıya qoyulan məqsədlərdən biridir. ABŞ, həqiqətən də, beynəlxalq hüquq normaları haqda narahat olursa, niyə bir neçə onillik boyu araşdırdığı “BMT-nin dəniz hüququ üzrə” konvensiyasına qoşulmaq istəmədi? Beynəlxalq arbitraj məhkəməsi “Nikaraqua ABŞ-a qarşı” işini Nikaraquanın xeyrinə kəssə də, ABŞ beynəlxalq hüquq norması ilə öcəşdi və indiki halda beynəlxalq məhkəmənin qəbul etdiyi qəraraın icrasından imtina edib. Bu cür münasibət ABŞ-ın ikiüzlü mövqeyini əks etdirir.

13 il əvvəl İraqdakı müharibədən başlayaraq Cənubi Çin dənizi üzrə bu günki arbitraj məhkəməsinə qədər bu cür proseslər yayğın standartlara bel bağlayır, ikili standartların köməyi ilə Qərb ölkələrinin maraqlarını maksimal şəkildə müdafiə etməyə cəhd edir.  Bu da aşkar ziyan vurur, bölgəsəl düzəni pozar və xalqların maraqlarına zərər vura bilər.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə