XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

10 İyul 2016 - 10:00

Erməni analitik: “Türkiyə diplomatiyası Rusiyanı tora saldı” –Təhlil

EP

Areq Qalstyan

The National Interest (ABŞ), 10.07.2016

 

Almaniyanın böyük dövlət xadimi Otto fon Bismark deyirdi ki, “siyasət – mümkünlük sənətidir”. Bu baxımdan Rusiya-Türkiyə münasibətlərində buzun əriməyi yalnız zaman məsələsi idi. Moskva və Ankara iqtisadi və geopolitik maraqları bölüşür. İkitərəfli münasibətlərdəki böhran ona görə başlandı k, Türkiyə HHQ-nin təyyarəsi Rusiyanın Su-24 bombardmançısını vurdu. Türkiyənin bu insident üzrə mövqeyi xeyli dəyişimə məruz qaldı. Prezident Rəcəb Tayyib Ərdoğan əvvəlcə dedi ki, Türkiyənin öz hava məkanını qorumağa tam haqqı var və Rusiyadan üzr istəməyə hazırlaşmır. Bir neçə türk rəsmisi sonradan bildirdi ki,  hərbçilər söhbətin Rusiya bombardmançısından getdiyini bilmirdilər, çünki pilotla birbaşa əlaqə yarada bilməyiblər. Eyni zamanda Kreml rəsmilərin və dövlət KİV-in ardıcıl şəkildə səsləndirdiyi dəqiq mövqe biçimlədi. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək göstərişi verdi. Xüsusən də Rusiyanın turizm agentliklərinə Türkiyəyə putyovkalar satmaq yasaqlandı, viza məhdudiyyətləri tətbiq edildi, türk biznesmenlərinin fəaliyyəti məhdudlaşdırıldı və nəhayət, Türkiyənin xeyli məhsulunun idxalı qadağan edildi. Rusiya prezidenti dedi ki, Moskva bir neçə şərtə əməl edilməsi ilə Türkiyə ilə dialoqa hazırdır: Türkiyə tərəfi hadisəyə görə üzr istəməli, həlak olmuş hərbi təyyarəçinin ailəsinə təzminat ödəməli və onun ölümünə görə sorumluları  məhkəməyə verməlidir.

Prezident Ərdoğan uzun müddət bu şərtləri qəbul etməkdən imtina və türk aviasiyasının hərəkətinin qanuniliyində israr etdi. Bu arada Rusiya sanksiyaları Türkiyə iqtisadiyyatına ciddi ziyan vurdu. Bank sektoru və turizm daha çox zərər çəkdi. Bloomberg-in xəbər verdiyi kimi, vaxtı keçmiş bank borclarının payı xeyli artdı, fəaliyyətdə olmayan kreditlərin payı isə 3,18% yüksəldi.  

Türkiyənin borc çuxuruna yuvarlanması Ərdoğanın köhnə silahdaşı, baş nazir Əhməd Davudoğlunun istefasına səbəb oldu. Davudoğlu hökumət başçısı vəzifəsindən könüllü getdiyini bildirsə də, ekspertlərin əksəriyyəti hesab edir ki, istefa Moskva ilə danışıqlara hazırlıq haqda siqnal oldu. Ərdoğan onun istefasından sonra ilk dəfə bəyan etdi ki, Rusiya ilə dialoqun təzələnməsi olduqca mənalıdır. Lakin Moskva əvvəlki tək səsləndirilmiş tələblərin yerinə yetirilməyini tələb edirdi. Qərarların qəbulunda praqmatik təsəvvürlərdən daha çox hisslərini rəhbər tutan Ərdoğan üçün üzr qəbuledilməz idi. Bundan savayı, hesab edirdi ki, Avropada mühacir böhranına təsir edə bilər.

Cavabında Avropa Ankaraya siyasi itaət dərsi verməyi qət etdi. Almaniya bundestaqı əksər səs çoxluğu ilə erməni xalqının soyqırımı (mətndə bu cürdür-tərc.) haqqa qətnaməni dəstəklədi. Böyük Britaniya oxşar şəkildə hərəkət etməyə hazır olduğunu bildirdi, Vatikan isə həmin hadisələr haqda sənədləri ehtiva edən arxivlərin rəsmən açıldığını bəyan etdi. Avropa Türkiyəyə öz oyununu oynamaq imkanı vermədi. Türkiyənin Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdan savayı özgə seçimi qalmadı.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun 27-də məlumat verdi ki, Ərdoğan Putinə üzrxahlıq məktubu göndərib. Ərdoğan yazıb ki, həlak olmuş pilotun ailəsinin qüssəsinə şərik çıxdığı və başsağlığı verdiyni bildirir: “Lütfən, bizi bağışlayın”. Hətta Rusiya hərbçisinin ehtimal edilən qatilinə qarşı yenidən iş açıldı. İlk baxışdan elə gəlir ki, Ərdoğan Rusiyanın tələblərini yerinə yetirib. Lakin eskpertlərin əkəsriyyəti qeyd edir ki, onun məktubunda Rusiya hökuməti qarşısında üzrxahlıq yoxdur. Üstəlik, Türkiyə baş naziri Binəli İldırım dedi ki, Ankara vurulmuş Rusiya təyyarəsinə görə təzminat ödəmək niyyətində deyil. Ehtimala görə, Türkiyə tərəfi Moskvaya dəyən ziyanı deyil, ancaq həlak olmuş təyyarəçinin qohumlarına təzminatı müzakirə etməyə hazırdır. Başqa sözlə, Türkiyə diplomatiyası Rusiyanı tora saldı. Türkiyə yetərincə tələbləri icra etdi ki, Moskva məmnun qalsın, lakin eyni zamanda onu zəif göstərə biləsi güzəştlərə getmədi. Moskva turizm səfərlərinə qadağanı ləğv etdi və Türkiyənin üzərindən sanksiyaları götürdü.

Moskva ilə Ankara uzun müddət barışığa yol axtarırdı ki, güzəştlər tərəflərdən heç birinin imicinə ziyan vurmasın. Ərdoğanın Putinə məktubu olduqca uğurlu çıxdı. Moskva hesab edir ki, məktubda üzrxahlıq var, Ankara isə nüfuzu itirməkdən yayındı. İndi Türkiyə Rusiya ilə iqtisadi münasibətləri bərpa etməli və Suriya sülh prosesində iştirak etməlidir.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə