XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 12:49

ABŞ-ın əfsanəvi dövlət katibi Olbrayt: "Putin fitnəkardır və ona güclü cavab lazımdır” – Təhlil

Olbrayt

Yakob Svends

Politiken (Danimarka), 11.07.2016

 

Madlen Olbrayt NATO rəhbərliyindəki görüşün iştirakçılarına Putin, Tramp, Brexit və son on ildə vahimə və hərc-mərcliyə bürünmüş Avropanın gələcəyi barədə danışdı.

Vladimir Putin fitnəkar, Devid Kemeron siyasi baxımdan səriştəsiz, Donald Tramp isə təhlükədir.

Madlen Olbrayt – 79 yaşlı bu ahıl qadın hündürdaban tuflidə, zərif gəzinti kostyumunda gəzir və öz fikirlərini olduqca dəqiq şəkildə ifadə edir.    

“Mən, sadəcə, özüm üçün buradayam, daha diplomat deyiləm və siz bunu eşidirsiniz” – deyə ABŞ-ın BMT-dəki keçmiş təmsilçisi və dövlət katibi Varşavada NATO rəhbərliyi ilə görüşündə Avropanın ən yaxın gələcəyi haqda fikirlərini ifadə edərkən bildirdi. Onun qarşısında jurnalistlərin, aparıcı diplomatların, keçmiş və indiki generalların, ekspertlərin doluşduğu çadır var idi. NATO baş katibi və Polşa prezidenti də burada idi. Praqada anadan olmuş, əvvəlcə Adolf Hitlerin, sonra da kommunistlərin əlindən qaçaq düşmüş və Avropa tarixinin qaranlıq fəsillərini öz təcrübəsində yaşamış qadın Avropada təhlükəsizliyin indiki durumu haqda danışarkən onu diqqətlə dinlədilər.  

 

Hamı ayağa qalxdı

 

O, çıxışını bitirəndə çadırdakıların hamısı alqışlarla ayağa qalxdı. Olbrayt təhlil etdi: “Biz çətin dövrdə yaşayırıq, Rusiya Ukraynada beynəlxalq qanunu pozur və NATO-ya qarşı silahlanır. Cənubda terrorçular və qəddar diktatorlar hədə-qorxu gəlir. Avropada mühacir böhranının həlli nifaq və ksenofobiya yaradıb”.  

Publika bu məqamda qulağını şəklədi. Bu gün bütün dünyada ümidlə yaşayan minlərə qadın üçün mayak olan qadın isə davam etdi.

Brexit siyasi səriştəsizliyin nəticəsidir və ABŞ-da bizim öz problemlərimiz var. Prezidentliyə namizədlərdən biri NATO-nun varlığını şübhə altına qoymağı təşviş doğurur. Bütün bunlar ümumi tendensiyanı ifadə edir”.

“İnsanlar mürəkkəb və təhdidli kürəsəlləşmədə qəza əyləci arayırlar, biz bu kürəsəlləşmənin əleyhinə çıxış etməliyik. Lakin həm də etiraf etməliyik ki, özümüz bunu yetərincə yaxşı etmirik”.

Olbrayt son illərin inkişaf mənzərəsini heç kimin gözləmədiyi xaosa qarşı çıxış kimi təsvir etdi.

“Heyrətamizdir ki, hər şey tamamilə bizim gözləmədiyimiz şəkildə inkişaf etdi. On il əvvəl Avropaın təhlükəsizliyini nəsə adi bir hal kimi qəbul edir və diqqətimizi Avropadan kənardakı sülhə cəmləmişdik. İndi iğtişaş və xaosun on ilini görürük. Məsələ bundan ibarətdir ki, bu xaosamı qərq olacağıq, yoxsa bu xaosda sakitlik yaratmağı bacarcağıq”.

 

Liderlik tələbi

 

Olbraytın özünün reseptə şübhəsi yoxdur.

“Bu, liderlik tələb edir və bu, fəaliyyət tələb edir. NATO-nu islah etsək və ondan istifadə etsək, gələcəyin həlledici amili ola bilər. NATO demokratiya uğrunda və xaos azadlığına qarşı çıxış edir. Lakin idealların müdafiəsi mərdlik tələb edir. Bax, alyans buna görə lazımdır”.

Olbrayt dövlət katibi kimi Varşava paktının üç keçmiş üzvünün NATO-ya qəbul edilməsində necə iştirak etdiyini xatırladı. Polşa, Slovakiya və Macarıstandan sonra Sovet İttifaqının rəhbərlik etdiyi keçmiş alyansın qalan üzvləri gəldi.

“Həmçinin mənim üçün məhz burada, Varşavada – Polşada NATO rəhbərliyi ilə ilk görüşdə olmaq sırf şəxsi yaşantı oldu. Bu şəhər təkcə Varşava paktının öldüyü köhnə mətləblərlə deyil, tamamilə başqa məsələlərlə bağlı olmalıdır”, – deyə Olbrayt qeyd edərək rəhbərlikdə müzakirə edilən mühüm mövzunun – prezident Vladimir Putinin və Rusiyanın təhlilini davam etdirdi. Bu, indi tamamilə açıq şəkildə danışan keçmiş dövlət katibi və diplomatın danışığı idi.

“Putinin təqdim etdiyi dünya mənzərəsi zəhərlənib. Onun məqsədi bizi parçalamaqdır. Xoşbəxtlikdən, ABŞ və NATO buna mane olmaq üçün çox şey etdi. Rusiya indi anlamalıdır ki, fəaliyyəti özü üçün uzunmüddətli önəm daşıyır. Bununla bağlı Baltikyanı və Polşadakı dörd batalyon mühüm mərhələdir. ABŞ-ın Avropa üçün zəmanəti və Avropadakı Amerika qoşunlarına milyardlar yatırtmaq qərarı da eyni addımdır. Bu gün mənim ümidim bunadır ki, Avropanın fəaliyyəti buna uyğun olacaq”.

“Adamlar var ki, bu cür inkişafdan qorxur və ehtiyat edirlər ki, bu, Putini provokasiyaya çəkəcək, lakin Putinə fitnələr lazım deyil. Onun özü fitnəkardır və bu məqamda güclü cavab lazımdır”.

Olbrayt yekunda qeyd etdi ki, Avropaya böhrandan çıxış yolu tapmaq gərəkdirsə, dialoq da lazımdır.

“NATO müdafiə ittifaqıdır və heç bir ölkə bizim düşmənimiz deyil. NATO Rusiya ilə əməkdaşlıq üçün açıqdır, lakin o, başa düşməlidir ki, indiki davranışın qiyməti iqtisadi sanksiyalardır. Dialoq mümkündür, lakin bu, biri-biri ilə danışan və bir-birini dinləyən insanların dialoqu olmalıdır. Rus şəkkaklığı bunu mümkünsüz deyil, çətin edir”.

Və bu zaman bütün çadır alqışlarla ayağa qalxdı.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə