XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 İyul 2016 - 13:39

Çin Mərkəzi Asiyada:Qazaxıstan Çin pulu və vahiməsiylə necə zəbt olunur? - Təhlil (V məqalə)

SN

Aygerim Toleuxanova

EurasiaNet.org (ABŞ), 12.07.2016

 

Xəbər verdiyimiz kimi, EurasiaNet.org (ABŞ) Çinlə keçmiş SSRİ-nin Mərkəzi Asiya respublikaları arasındakı münasibətlər haqda silsilə məqalələrin dərcinə başlayıb. Ötən saylarımızda bu silsilədən olan 4 məqaləni Strateq.az oxucularına təqdim etmişdik (Aşağıdakı linklər vasitəsi ilə həmin məqalələrlə tanış ola bilərsiniz:

Çin Mərkəzi Asiyada: Pekin "Bir zolaq və bir yol"la sürətlə irəliləyir – Təhlil (I məqalə)

Çin Mərkəzi Asiyada: Pekin Özbəkistan üçün də cazibə mərkəzinə çevrilir – Təhlil (II məqalə)

Çin Mərkəzi Asiyada: Tacikistan və Türkmənistan da Çindən asılı duruma düşüb – Təhlil (III məqalə)

Çin Mərkəzi Asiyada: Qırğızıstanın Çin investisiyalarına ümidi doğrulacaqmı? –Təhlil (IV məqalə)

Bu dəfə isə EurasiaNet.org-un bu mövzuda V materialını – Çinin Qazaxıstanla dolaşıq iqtisadi münasibətlərindən bəhs edən məqaləsini Strateq.az-ın oxucularına təqdim edirik:

 

Qədim qazax atalar sözündə deyilir: “Çindəki əsir – kip dartılmış ilgəkdir, rusların əsirliyi – açıq, geniş yoldur”.

Hesab edilir ki, bu ifadə XVIII əsrdə qazax xanları həvəssiz, lakin qeydsiz-şərtsiz Rusiya taxtının himayəsinə təslim olarkən meydana çıxıb.

O vaxtdan bəri vəziyyət dəyişilib. Müstəqil Qazaxıstanın hökuməti qüdrətli şərq qonşusu ilə münasibətlərini bir qayda olaraq müsbət boyada təqdim edir, lakin əhali ÇXR-in Mərkəzi Asiyadakı niyyətlərinə böyük şübhə ilə yanaşır. Çinin güclənən iqtisadiyyatı neft, qaz və urandan su, qida məhsulları və torpağadək hər cür təbii ehtiyatlara qarşı çox şiddətli iştah göstərir.  

“Bütün bunları nəzərə almaqla qazaxıstanlıların ÇXR-in inkişafı və qüdrəti xüsusunda narahatlığını müəyyən dərəcədə anlamaq olar”, – "Synopsis" Almatı-Çin üzrə araşdırma mərkəzinin eksperti Ruslan İzimov elektron poçtla EurasiaNet.org-a yazır.

Qazaxıstan hökuməti keçən ilin sonunda torpaqların əcnəbilərə maksimal icarə müddətini tələsik şəkildə 10 ildən 25 ilədək qaldırmaqla qəsdən etmədən növbəti çinofobiya dalğası doğurdu. Yeni qanunun bəndlərindən istənilən xarici dövlətin vətəndaşı istifadə etmək huququna malik olsa da, yazda alovlanmış etiraz aksiyasının hədəfi məhz çinlilər oldu. Hadisələrin bu cür inkişafı Qazaxıstan hökumətini təəccübləndiribsə, deməli, cəmiyyətdəki əhvali-ruhiyyəni lazımi şəkildə izləməyib.     

Elmi əməkdaşlar Əziz Burxanov və Yu Ven Çenin 2013-cü ilin avqustundan 2015-ci ilin yanvarınadək dövrdə Qazaxıstan-Çin münasibətlərinin yerli qəzetlərdə işıqlandırılmasına dair apardığı təhlil üzə çıxartdı ki, qazax dilindəki qəzetlər şayiələr yaymağa xüsusən meyllidir. Burxanov və Çen “Çinin, çinlilərin və Çin mühacirətinin Qazaxıstandan görünüşü” məruzələsində yazırlar: “Çin və onun xalq haqda mənfi və stereotip təsəvvürlərin dərci hər yerdə ümumi səciyyə daşıyır”.

Bu arada, təhlilə əsasən, rusca qəzetlərdə, o cümlədən hökumətin “Казахстанская правда” və özəl “Время qəzetində Çinin işıqlandırılması qismən kəskin xarakterli deyil. Məruzədə qeyd olunur: “Çin və çinlilərlə bağlı məsələlərin müzakirəsi də bir qədər neqativdir, lakin bu neqativin təzahürü o qədər də kəskin şəkildə ifadə olunmur”.

Həm də bu tendensiya güclənməsə də, ən azı, aşağı da düşmür.

Hazırda dondurulmuş torpaq islahatını müzakirə etmək üçün hökumətin təşkil etdiyi komisssiyanın toplantısında çıxış edən məşhur millətçi Muxtar Şahanov qəsdən ksenofob baxışlar ifadə edərək iddia etdi ki, guya, 24 min qazaxıstanlı qız çinlilərə ərə gedib və bu cür qarışıq ailələri torpağı icarəyə götürmək hüququndan məhrum etmək lazımdır.

Bununla bağlı çətinliklər yaşayan Qazaxıstan iqtisadiyyatının Çin pulundan artan asılılığı faktı kinayəvi görünür. Və hər şeyə görə fikir yürüdəndə, bu tendensiya da ancaq güclənəcək.

ÇXR prezidenti Si Szinpin 2013-cü ildə Çinin Mərkəzi və Güney Asiya, həmçinin Afrika və Avropa ilə iqtisadi əlaqələrini gücləndirmək üçün nəzərdə tutulmuş “İpək yolunun iqtisadi qurşağı” layihəsini necə gördüyünü təqdim etdi. Böyük ərazisinin xammal üçün yalnız tranzit yolu olacağından və tamdəyərli iqtisadi pələng olmayacağından ehtiyatlanan Qazaxıstanda bu təşəbbüsə xüsusi maraqla yanaşdılar.  ÇXR-in Qazaxıstan səfiri Çjan Hanhuey yanvarda Çinin “Bir zolaq və bir yol” təşəbbüsünə – əslində, “İpək yolunun iqtisadi qurşağı”nın daha kürəsəl versiyasına həsr edilmiş konfrans iştirakçılarına xatırlatdı ki, Çin və Qazaxıstan 24 milyard dollar məbləğində 52 sənaye və logistik layihələri birlikdə həyata keçirdir. Qazaxıstan hökumət strateji araşdırmalar mərkəzinin direktoru Yerlan Karin bu günlərdə bildirib ki, Çin son beş ildə 10 milyard dollardan yuxarı yatırım qoyub. Onun sözlərinə görə, “2016-cı ilin əvvəlində Qazaxıstanda 668 Çin şirkəti çalışırdı ki, bu da 2013-cü ildəkindən 35% çoxdur”.

Çinin irəli sürdüyü layihələr durmadan irəli gedir. ÇXR fevralda Qazaxıstanın işgüzar paytaxtı Almatı ilə Çinin Sakit okean sahilində yerləşmiş Lianyunqanq şəhəri arasında dəmiryol yük xəttini işə salıb. Qazaxıstandan keçməklə Çindən Avropaya yollanan yük konteynerlərinin sayı 2015-ci ildə iki dəfə artıb və bu, son hədd deyil. “Xorqos” sərhədyanı beynəlxalq əməkdaşlıq Mərkəzi rəhbərliyinin sözlərinə görə, mərkəz 2012-ci ildə işə başlayandan bəri 3,1 milyard dollar investisiya cəlb edib (düzdür, ədəbsizlər qeyd edə bilər ki, “Xorqos” işə başlayandan bəri hamıdan çox qaçaqmalçılar udub).

Hakimiyyət energetik layihələrin deyil, iqtisadiyyatın şaxələndirilməsini vurğulamağa cəhd etsə də, energetik layihələrin əvvəlki tək böyük önəmi var. “KazMunayQaz” neft şirkətinin iqtisadiyyat və mailyyə üzrə idarəçi direktoru Ardak Qasımbekin apreldə jurnalistlərə bildirdiyi kimi, Çin Qazaxıstanda neft hasilatının 30%-ə qədərinə nəzarət edir.  

Çində iqtisadi inkişaf tempinin aşağı düşməyinə baxmayaraq, istehlak artımı davam edir. Qasımbek deyir: “Hesab edirik ki, bu tendensiya Qazaxıstan üçün xeyirlidir. Çində istehlak artacaq və tədricən Avropada istehlak artımını əvəz edəcək”.

Çinin CNPC dövlət neft-qaz şirkətinin 2013-cü ildə nəhəng Kaşaqan yatağında 5 milyard dollarlıq 8,33% pay almağı bu sahədə son zamanlarda ən məşhur sövdələşmədir.

Bununla bərabər, kənd təsərrüfatı sahəsini də unutmağına dəyməz. “Sinhua” xəbər agnetliyinin məlumatına görə, Çin şirkətləri Qazaxıstanın qida sənayesinə 1,9 milyard dollar yatırmaq niyyətlərini ifadə edib. Bu isə neft qiymətlərinin düşməyinə görə iqtisadi tənəzzüllə mübarizəyə kömək etməlidir.

Qazaxıstanın bu sahədə bir sıra dedikcə çətin suallara cavab tapmağı lazım gələcək. Birincisi, Çin pullarının təkan verəcəyi kənd təsərrüfatı partlayışının tempini saxlamaq üçün Qazaxıstan yetərincə insan və peşə ehtiyatlarına malikdirmi? İkincisi, inkişaf üçün çinli işçilər cəlb edilsə, Qazaxıstan hökuməti ictimaiyyətin bu xüsusda narahatlığını sakitləşdirə biləcəkmi?

"Synopsis" mərkəzindən İzimovun sözlərinə görə, Pekin dayanıqlı antiçin əhvali-ruhiyyəli çıxışların zaman-zaman alovlanması fonunda öz “yumşaq güc”ünü genişləndirilməsi ilə məşğul olur.

ÇXR-in “yumşaq güc”ü proyeksiya etmək strategiyasının sadələşdirilmiş versiyası siyasi gözləntilərsiz və etibarlı iqtisadi tərəfdaş kimi Çinin müsbət imicinin formalaşdırlımasndan ibarətdir. Bu mövqe çoxlarına Rusiya və Qərbə cazibədar alternativ kimi görünür.

Pekin həmçinin “Bir qurşaq və bir yol” təşəbbüsünü əhatə etdiyi dövlətlərin vətəndaşlarına ÇXR-də təhsil almaq üçü səxavətlə qrant paylayır. ÇXR Beynəlxalq təhsil institutunun məlumatına görə, 2014-cü ildə Çində, təxminən, 12 min qazaxıstanlı tələbə təhsil alıb. Buna baxmayaraq, Qazaxıstan kəskin şəkildə çinşünaslar qıtlığı hiss etməkdədir. Tətbiqi politologiya və beynəlxalq araşdırmalar Mərkəzinin rəhbəri Aydar Əmrəbayevin qeyd etdiyi kimi, təhslil proqramları bir qayda olaraq Çin maraqlarına xidmət edən birtərəfli yoldur. O deyir: “Çoxları Çinə təhsil almağa gedir, lakin təhsli bitirib Qazaxıstanda işləməyə qalmırlar – ən böyük problem budur. Mən xeyli gənclə təmasda olmuşam və hamısı bir nəfər kimi deyir ki, Qazaxıstanda onların biliyinin səmərəli ola biləcəyi iş yoxdur, nəticədə ÇXR-ə qayıtmağa məcbur olurlar. Belə çıxır ki, biz Çin müəssisələri üçün mütəxəssislər hazırlayırıq”.

 

Tərcümə Strateq.az-ındır.