İrina Corbenadze
Rosbalt.ru, 14.07.2016
Avqustda Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü gözlənlir. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov hələlik təkcə bunu deyib ki, üçtərəfli görüş üzərində “iş gedir”, İran və Azərbaycan qaynaqları isə bunu artıq anons edib. Prezidentlərin ikitərəfli görüşləri də planlaşdırılıb.
Ermənistan mətbuatı yazır ki, Putin Bakıya yeni silah sazişləri bağlamaq üçün gedir. Bunu Rusiyanın Azərbaycan səfiri Vladimir Doroxin praktik olaraq təsdiqləyib. O, ANS TV-yə müsahibəsində – “Moskva-Baku” portalı ondan sitat gətirir – deyib ki, Azərbaycana Rusiya silahının tədarükü davam edir və yeni müqavilələr bağlanacaq. Səfir Putinin Bakıya qarşıdakı səfərini şərh edərkən sıradakını xəbər verib: “Ölkələrimizin prezidentlərinin müzakirə etməli olduğu xeyli məsələ yığılıb. Putin əliboş gəlmir. Azərbaycanda da bu görüşə hazrlaşırlar. Artıq görülmüş və hələ görüləcək işlər təhlil ediləcək. Yeni tapşırıqlar veriləcək. Buna görə də Rusiya prezidentinin səfəri nümayişkaranə deyil, işgüzar səciyyə daşıyacaq. Bu səfər Rusiya-Azərbaycan münasibətlərinə öz qiymətli hədiyyəsini verəcək”.
“Putinin əliboş getmədiyi” aydındır, lakin əlində məhz nə apardığı məlum deyil. Lakin tamamilə aydındır ki, Rusiya prezidenti Əliyevlə Qarabağ nizamlaması (Ermənistan Qarabağın Azərbaycanın tərkibinə girməyinin ağlagəlməz olduğu haqda artıq bildirib), logistika məsələləri, Rusiya və Xəzər dövlətlərindən təbii qazın ixracatı üçün nəql dəhlizlərinin yaradılmasını müzakirə edəcək.
Qarabağ nizamlamasına gəlincə, səfir Dağlıq Qarabağa sülhməramlılar yeritməyin planlaşdırılması haqda məlumatı təsdiqləməyib. Lakin qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov bu günlərdə Bakıda olub və həmkarı Elmar Məmədyarov və prezident Əliyevlə görüşüb. Rəsmi məlumata əsasən, tərəflər “strateji əhəmiyyət” kəsb edən ikitərəfli əməkdaşlıq məsələlərini və Qarabağ münaqişəsinin mərhələli həllini müzakirə ediblər. Lavrov isə əlavə edib ki, Bakıda Şimal-Cənub nəqliyyat dəhlizinə dair məsələləri müzakirə edib və “prezidentlərin bu məsələ üzrə ən yaxın vaxtlarda üçtərəfli görüşü baş tutacaq”.
Xatırladaq ki, “Şimal-Cənub” Moskva, Bakı və Tehranın lobbilik etdiyi irimiqyaslı nəqliyyat layihəsidir. Onun uzunluğu – Peterburqdan Mumbaiyə qədər – 7 min km-dən çox olacaq. Layihənin tammiqyaslı gerçəkləşməsi İran üzərindən sanksiyaların götürülməsi ilə mümkün oldu. Əslində, yüklərin Hindistan, İran və digər ölkələrdən Xəzər dənizindən keçərək Rusiya ərazisinə və sonra da Qərbi və Şimali Avropaya nəqli üçün nəzərdə tutulmuş bu dəhliz Süveyş kanalına rəqabət yaradacaq. Azərbaycan bu dəhlizin açar halqalarından biridir. Lakin gəlin, prezident “üçlüyü”nün bu layihənin həyata keçirilməsi üçün hansı geopolitik durumda görüşəcəyi və digər ən mühüm məsələləri nəzərdən keçirək – kim onların arasına “qara pişik” buraxaraq Putin, Ruhani və Əliyevin münasibətlərini korlaya bilər və bu, hansı məqsədlə edilə bilər.
Qərbin Rusiya qazının hər hansı bazara tədarükünü təcrid etməkdə hədsiz maraqlı olması məlumdur. Həmçinin bu da məlumdur ki, Qərb Türkiyə və İranın Rusiya ilə yaxınlaşmağını arzulamır, halbuki bu iki ölkə hərəsi özünəməxsus şəkildə özünə energetik “pəncərə” yarmağa cəhd edir – nə qədər panoramik olsa, bir o qədər yaxşıdır. Məsələn, İran öz qazının yeni bazarlara çıxışı üçün yollar arayır və “sinəsinə döyərək” Rusiya ilə rəqabətə girməyəcəyiinə əmin edir. Türkiyə isə qaz qovşağına dönmək arzusundadır – Türkiyənin xarici siyasəti və Rusiya ilə korlanmış münasibətlər buna güclü şəkildə mane oldu. Lakin hər şeyə görə fikir yürüdərkən, bu münasibətlər siyasi və iqtisadi səmərə qənaətləri üzündən sahmana düşə bilər. İstisna deyil ki, praqmatizm hər iki tərəfi Rusiya qazının sonradan Avropaya çıxmaqla Türkiyəyə ixrcatı üzrə “Türk axını” layihəsinin donunu açmağa təhrik edəcək.
Və bu arada şayiələr dolaşdı ki, Moskva və Ankara “Türk axını”nın mümkün bərpası kontekstində İrandan İraq və Suriyaya, oradan da Aralıq dənizin dibi ilə Yunanıstana qaz kəmərinin inşası layihəsini pozmağa cəhd edir. İran layihəsinin realistliyi haqda aşağıda danışılacaq, indi isə ancaq sezmək olar ki, İran qazının ixracatı ətrafında durumun süni şəkildə gərginləşdirilməsi buna hesablanıb ki, Rusiya-İran münasibətləri korlansın, eyni zamanda Türkiyənin burnundan vurulsun.
Iran.ru-nun yazdığı kimi, “Məlumatlar tirajlanır ki, Vaşinqton Bəşər Əsədlə sövdələşməyə hazırdır ki, Rusiya qazının Avropadan sıxışdırılması üçün İran qazının Suriya ərazisindən Avropaya keçməsinə icazə versin”.
Lakin İran qazının İraq və Suriya ərazisindən Avropaya ixracatının realistliyinə qayıdaq. Demək yetər ki, bu iki ölkədə əsil müharibə gedir və uyğun ərazilərdən qaz kəməri çəkmək pulu küləyə sovurmaq kimi bir şeydir. İkincisi: ABŞ-ın Suriyadakı məqsəd və vəzifələri Rusiya qazının Avropaya buraxılmamasından daha ciddidir, buna görə də Əsədlə “sövdələşmə” qaz məsələsi ilə Suriuya liderinin sonrakı taleyinin müxtəlif “çəki kateqoriyası” səbəbindən mümkün deyil.
Bu o deməkdir ki, Vaşinqtonun Əsədlə sövdələşməsi haqda məlumat ona görə “atılıb” ki, Rusiya Əsədə “başqa gözlə” baxsın. Moskvanın İranın qaz planlarını pozmağa cəhdi haqda söhbətlər isə bu ölkə ilə münasibətlərinin pisləşməsinə hesablanıb. Ankara üçün isə İran layihəsinin gerçəkləşməsi “Türk axını”na marağı azaldır, yəni ümumi layihələrə maraq azaldıqca Rusiya və Türkiyəni bir-birindən uzaqlaşdırır.
Xatırladaq ki, qaz qovşağı olmaq istəyən Türkiyə üçün idealda həm İran tranzitini, həm “Türk axını”nı, həm də Transxəzər qaz kəmərini əldə etmək yaxşı olardı. Lakin Türkiyə üçün çox yaxşı olan mətləb dünyanın bir çox oyunçuları, xüsusən də ABŞ, İran, Rusiya və AB üçün çox pisdir. Hərəsinin öz arqumenti var. Transxəzər qaz kəməri İran və Rusiya üçün Avropa bazarının bir hissəsinin itirlməsi deməkdir. Türkiyənin qaz qovşağına dönməsi İran üçün bu ölkənin təkcə Yaxın Şərqdə deyil, həm də Avropada mövqeyinin güclənməyi deməkdir – Tehran Türkiyənin tranzit imkanlarını və uyğun olaraq siyasi təsirini deyil, daxili tələbatını maksimal şəkildə ödəməyə üstünlük verərdi.
ABŞ və AB Rusiya tədarüklərini maksimal şəkildə məhdudlaşdırmaq istəsə də, yenə də siyasi motivlərə görə Türkiyənin qaz qovşağına transformasiyasından ehtiyatlanır, buna görə də Türkiyə tranzitinə mülayimliklə lobbilik edəcək – hələlik AB və ABŞ-ın arzuladığı layihə səviyyəsində mövcud olan Transxəzər qaz kəməri də kifayətdir. İrana qarşı bu yaxınlardakı sanksiyalar fonunda nə qədər ziddiyyətli olsa da, Avropa və ABŞ – və yenə də mülayimliklə – bir hissəsi həm Rusiya-İran, həm də Rusiya-Türkiyə münasibətlərinə gərginlik gətirən İran layihələrini də “süründürəcək”.
Belə ki, Roma senatının əntiq maksimi “parçala və hökm sür” bu gün də aktualdır və müəyyən dərəcədə və müxtəlif şəkillərdə Putin, Əliyev və Ruhaninin üçtərəfli görüşlərində də müzakirə ediləcək.
Adi leksikadan istifadə etsək, onların bu gün əsas vəzifəsi Qarabağ, Suriya, Türkiyə, karbohidrogen məcrasında dalaşmamaq, həmçinin təhlükəsizlik və Xəzərin hüquqi statusu üzrə mövqeləri yaxınlaşdırmaqdır. Belə desək, bu, minimum proqramdır.
Tərcümə Strateq.az-ındr.