Londonda Yunanıstan böhranının iqtisadi nəticələrinə görə, çox narahatdırlar. Rəsmilər ümid edirlər ki, hər halda AB-nin ən pis variantdan yayınması mümkündür. Nəzarət edilən defolta güvənir, bununla belə, özləri üçün hər cür mümkün seçim variantları hazırlayırlar. Təbii ki, əsas pullar vaxtında Yunanıstandan çıxardılıb. ölkənin maliyyə naziri Corc Osborn keçən həftə parlamentdə çıxış edərək Yunanııstanın avrozonadan mümkün çıxışının maliyyə bazarları üçün nəticələrini lazımi şəkildə dəyərləndirməyə çağırdı. Qeyd etdi ki, yaranmış durum Böyük Britaniya iqtisadiyyatı üçün ciddi sınaqdır və hökumətin vaxtında gördüyü tədbirlər sayəsində istənilən halda maliyyə sabitliyi qorunub saxlanacaq.
Onun sözlərinə görə, Britaniya bankları və digər maliyyə qurumları hökumətin uyğun tövsiyələrini nəzərə almaqla hələ ilin əvvəlindən Yunanıstan bazarında əməliyyatları 12 milyard dollardan 3 milyarda qədər azaltmaq üçün qəti tədbirlər görüb.
Eyni zamanda London Sitisində yenə də həyəcan siqnalı çalır və Yunanıstan hadisələrinin həm Avropa, həm də dünya maliyyə bazarlarına artan mənfi təsirinə işarə edirlər. Tamamilə aydındır ki, Avropa maliyyəsində Londonun üstünlük təşkil edən durumuna görə bu məsələ onun üçün xüsusən həssaslıq doğurur.
Təbii ki, bu şəraitdə Yunanıstanın başına gələnlərlə bağlı ekspert analizləri dərinləşir. Məsələn, “Financial Times”-ın aparıcı icmalçısı Gideon Raxman yazır ki, bir zamanlar Yunanıstanın ovaxtkı Avropa İqtisadi Birliyinə qəbul edilməsi demokratiya və tərəqqi sahəsində Avropanın genişlənməsi uğuru idisə, indi Yunanıstanın avrozonadan çıxması heç də az rəmzi olmayacaq.
Analitikin fikincə, hər şeydən əvvəl AB-yə üzvlüklə iqtisadi tərəqqi arasında bağ qırılır ki, qitədə Avropa Birliyinə cazibə təbii şəkildə azalır. Hətta Yunanıstan və AB-nin başqa ölkələrini vahid valyutanın “dağılmaqda olan iqtisadi eksperiment”ində tutub saxlamaq cəhdləri uyğun ölkələrin iqtisadi məhvinə və Avropa həmrəyliyinin, sabitliyin sarsılmasına gətirib çıxardacaq.
Elə həmin qəzetin səhifələrində alman politoloqu Martsel Fratsşer yunan böhranının Almaniyanın özü üçün nəticələri, onun Avropadakı rolu və ölkənin indiki siyasi rəhbərliyi hada mühakimə yürüdür. Bildirilir ki, belə bir zərbədən sonra Merkel hökuməti, çətin ki, həm ölkə daxilində, həm də beynəlxalq tərəfdaşları tərəfindən özünə qarşı etibarı bərpa edə bilər. Merkelin “Avro puça çıxsa, Avropa məğlub olacaq” ifadəsi onun özünü təqib edəcək.
Lakin hər halda London analizində həlledici ünsür Yunanıstandakı durumun bir sıra Avropa ölkələrində daxili bölgüyə necə təsir edəcəyi məsələsidir. Yunanıstan SİRİZA-sının Brüssellə sərt dialoqundan ruhlanmış ispan millətçilərinin bu yaxınlardakı ifadələri və yeri gəlmişkən, Avropanın quzeyinə qədər boy atmış populizm nikbinlik təlqin etmir.
Ekspertlərin əksəriyyəti qeyd edirlər ki, avrozonada böhran hadisələri, qitədə yoxsulluq və işsizliyn artması, mühacirət, həmçinin Brüssel tərəfdən əks tədbirlərin olmaması Avropaya bədgümanlıq əhvalının artması hesabına sistemdənkənar qüvvələrə xal yığmaq imkanı verdi. Bu günlərdə “The Times” qəzetində çıxmış redaksiya məqaləsinə əsasən, Brüssel bürokratlarının tənqidi, mühacirət nəzarətini gücləndirmək və hakimiyyəti milli hökumətlərə qaytarmaq çağrışları Avropa ölkələrinin əksəriyyətindəki seçkilərdə uğur formuluna çevrildi. Bir sözlə, Avropa inteqrasiyasının bir neçə on il geri diyirlənməsi perspektivləri irəlidədir. Britaniyanın bir sıra ekspertlərinin fikrincə, Yunanıstanda defolt və avrozonadan çıxmaq perspektivi ilə qəlizləşən cari durum isə təsdiq edir ki, qalstuksuz adamların hakimiyyətə gəlişinin nəticələri nə qədər acınacaqlı ola bilər.
Təbii ki, başqa ölkələri qorxutmaq üçün burada uyuq qsimində məhz Yunanıstanın “məsuliyyətsiz” davaranış nümunəsi misal gətirilir. Qeyd olunur ki, məsələn, fransız millətçiləri avrozonadan çıxmağı əllərində bayraq etsələr, nələr baş verə biləcəyini yaxşı təsəvvür edirlər. Budur, İspaniyanın sistemdənkənar qüvvələri isə SİRİZA-nın yolunu təkrar etməyə və tam riskə getməyə hazırdır.
Düzdür, özgə baxış nöqtələri də var. Məsələn, Avropaya bədgümanların Avropapərəstlər tərəfdən ittihamı öz səhvlərini gizlətməkdən başqa bir şey deyil. Yunanıstandakı cari durum təkcə Afina tərəfdən deyil, həm də Berlin və Avropanın başqa ölkələri tərəfindən səhvlər silsiləsidir.
Xülasə: fikirlərin səpələnməsi yaranmış durumun ümidsizliyi və elitaların “solçu təhlükə” mövzusunu dövriyyəyə buraxıb sona qədər sərt qənaət mövqeyində durmaq cəhdləri haqda mühakimə yürütməyə imkan verir. Bütün bunlar isə son nəticədə Avropanı ötən əsrin 60-cı illərinə atır.
Nana Yakovenko “ИноСМИ” (Rusiya), 02.07.2015