XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2015 - 12:36

Almaniya: Rusiya qarşısında aciz nəhəng – Təhlil

Almaniya tacir dövlət rolu ilə barışmalı olacaq?

II Dünya Savaşında son dərəcə ağır hərbi, iqtisadi, lakin hər şeydən əvvəl mənəvi məğlubiyyət Almaniya və sakinləri üçün uzunmüddətli nəticələrlə ciddi psixoloji zədə oldu. Almanlarda ölkənin iqtisadi qüdrətinə uyğun gələsi məsuliyyəti öz üzərinə götürmək cürəti çatmır. Bu barədə açıq deyilməsə də, xüsusən də Birləşmiş Ştatlar alyans üzrə Berlinin etibarlı müttəfiq rolunda çıxış etmək qabiliyyətində hiss olunacaq şübhələr yaşayır. Diqqət mərkəzində Rusiya ilə münasibətlər durur. Angela Merkel Putinin müdaxilə siyasətinin ən fəal tənqidçiləri sırasına daxil olsa da, hər dəfə məsələ konkret işə gələndə Almaniya təvazökarlıqla bir tərəfə çəkilir və susur. O, Rusiyaya qarşı sanksiyaların tətbiqinə razılaşdı, lakin ağır silahların Baltikyanına atılmasna qarşı çıxış etdi. Həmçinin alyansın üzv ölkələrinə Rusiyanın hücumu halında strategiyanın hazırlanmasından da imtina etdi.

Almaniyanın qərar qəbul etmək vaxtıdır. Onun hərəkət üçün üç variantı var.

Birinci variant: ABŞ-ın fəal dəstəyi olmadan, Almaniya Moskvanın təzyiqinə qarşı dura bilməz. Ona qarşı nüvə dövləti Rusiya durur. Rusiyanın daim artan nüvə potensialı və Qərbin gözdən qaçırdığı silahlı qüvvələrin tammiqyaslı modernləşməsi Almaniya rəhbərliyinin fəaliyyətinə təsir edən psixoloji təhlükə amili yaradır.

Transatlantik əməkdaşlığının dərinləşdirilməsi ilə yanaşı, Almaniya ərazisində Amerika qoşunlarının, həmçinin Amerikanın nüvə raketlərinin yerləşdirilməsinə hazır olmaq çıxış yolu ola bilərdi. Lakin bu cür ideyanın əhalidə dəstək tapacağına böyük şübhə var – hələ bunun üçün bütün siyasi spektr tərəfdən razılığın gərəkdiyini demirik. çox yəqin ki, sosial-demokratlar, “yaşıllar” və sollar, həmçinin son zamanlar səsi getdikcə daha bərkdən çıxan milli mühafizəkarlar durumun bu cür inkişafına yol verməzlər.

İkinci variant: Almaniya özəl güc variantını inkişaf etdirəcək. Bu, təkcə mülli müdafiəyə ciddi xərci, o cümlədən çağırış üzrə hərbi xidmətə qayıdışı deyil, həm də özəl nüvə silahının hazırlanmasını bildirəcək. Lakin ölkə rəhbərliyinin pasifist əhvali-ruhiyəsi üzündən bu da gerçək görünmür. Buna onu da əlavə etmək olar ki, qonşularımız alman militarizminin dirçəlməsindən mütləq qorxardılar.

üçüncü variant bundan ibarətdir ki, Almaniya tacir dövlət rolu ilə barışmalı olacaq. O, Rusiyanın üstünlüyünü qəbul etməli və oradakı bazarları öz məhsulu ilə təmin etməli olacaq. Belə olan halda Rusiya tərəfdən təhdid gözləmək lazım gəlməyəcək. Həm də ona görə ki, bu cür variantda növbəti məntiqi addım NATO sıralarından çıxmaq olardı. O zaman Mərkəzi və Şərqi Avropa ölkələri sözün hərfi mənasında yenidən “tarixin təkərinin altına” düşərdi. Lakin bu, Almaniayada daxili asayışin qiymətinə başa gələrdi. Həm də ölkəmiz hər cür xarici siyasət suverenliyini itirər, lakin daxili harmoniyaya nail olardı. Düzdür, tamamilə başqalarından asılı şəkildə.

Hərçənd ola bilsin ki, özəl mövcudluğun zəmanəti kimi tam tabeçilik də məntiqi nəticədir. Xüsusən də əvvəlki bütün tariximizin gedişatı nəzərə alınsa.

Georq Gafron

“Handelsblatt” (Almaniya), 03.07.2015