XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 İyul 2016 - 14:59

Rus nəşri: “Qiyam Türkiyədən Ermənistana sıçradı” –Təhlil

sef

Oleq Moskvin

Vz.ru. 17.07.2016

 

Ermənistan müxalifətinin tərəfdarları polis bölməsini ələ keçirərək ölkənin polis rəhbərlərindən biri içində olmaqla girovlar götürüblər. Qiyamçılar bildiriblər ki, bu, Ermənistanda hakimiyyəti dəyişdirməyə ilk addımdır. Amma çətin ki bu cür ola: radikalların əhali içində dəstəyi cüzidir.

Türkiyədəki dramatik hadisələrin fonunda Ermənistanda prezident Serj Sərkisyana qarşı silahlı üsyanın başlandığı haqda bazar günü səhər sosial şəbəkələrdə məlumatın yayılması xüsusi diqqət çəkdi. Özlərini “erməni xalqının müdafiəçisi” adlandıran hansısa müxalif qrup ölkədə “durumu dəyişmək” niyyətini açıqlayıb. SİTA sitat gətirir: “Biz İrəvanda polisin əsas bazalarından birini artıq ələ keçirmişik və Erebunidə bir məhəlləyə nəzarət edirik”.

Lakin gerçəklik faciəli olsa da, xeyli bayağı çıxıb. Hücum edənlər – onların sayı isə, görünür, otuzu keçmir – İrəvan aeroportunun yerləşdiyi Erebuni məhəlləsini tutmayıblar. Lakin yerli polis bölməsini səhər saat beşdə qəfil hücumla, həqiqətən, əl keçirə biliblər. Ciddi-cəhdlə hazırlanmış həmlə vaxtı patrul-post xidməti alayının rəis müavini, polkovnik Artur Vanoyan həlak olub. Görünür, hücumçuların əsas hədəfi bölmədə olan ölkə polisi rəisinin müavini Vartan Yeqizaryan imiş. Onu və daha bir neçə nəfəri girov götürüblər.

Ermənistan parlamentinin hadisə yerində olmuş deputatı Nikol Paşinyan bildirib: “Silahlı dəstə Jirayr Səfilyanın azad edilməsi, Ermənistan prezidenti Serj Sərkisyanın istefası və hakimiyyətin xalqa verilməsini tələb edir”.

Hazırda bütün respublikada Səfilyan tərəfdarlarının həbsi gedir. Bununla belə, ölkədə hücumçulara dəstək üçün küçə etirazları yoxdur ki, bu da təəccüblü deyil.

Jirayr Səfilyan Ermənistan siyasətində yetərincə maraqlı, lakin ümidsizcəsinə haşiyədə qalmış simadır. О, Livandan çıxmış və Qarabağ müharibəsində iştirak etmiş, Ermənistan hökumətinə xeyli əziyyət vermiş adamlar kateqoriyasına aiddir. Səfilyan 1967-ci ldə Beyrutda anadan olub. Gəncliyi Livanda vətəndaş müharibəsi dörvünə düşüb və bir çox erməni həmyaşıdları kimi Daşnaksutyun millətçi-radikal təşkilatın yaratdığı dəstələrdən birinə qatılıb. Qarabağda hərbi münaqişə başlanarkən könüllü qismində ora gedib.

Səfilyan Şuşa özəl batalyonuna başçılıq edib. Bu bölmə Daşnaksutyunla sıx bağlıydı və Qarabağ müharibəsinin başlanğıc mərhələsində xüsusən seçilirdi. Şuşa özəl batalyonunun hərbi əməliyyatları yetərincə uğurluydusa, Səfilyanın sonrakı siyasi karyerasını heç cür təəssüratlı adlandırmaq olmaz. Radikallıq və rüsvayçı ifadələri ucbatından Səfilyana hətta “erməni Novodvorskaya” deyirdilər. O, Ermənistanın bütün prezidentlərini ən müxtəlif bəhanələrlə tənqid edərək onlara qarşı ardıcıl müxalifətdə olub. Bəhanələrdən başlıcası budur ki, ölkə hökuməti Azərbaycana hansısa güzəştə gedə bilər. Hətta o, yeganə erməni  siyasətçisidir ki, azərbaycanlılarla yeni müharibə uğrunda çıxış edir. Səfilyanın fikrincə, müharibənin nəticəsi düşmənin tam şəkildə darmadağın edilməsi olmalıdır və “onu diz çökdürməliyik”.

Onun Ermənistan televiziyası ilə dediyi fikir məşhurdur: “Müharibədən qorxmaq lazım deyil”.

Yeri gəlmişkən, o, Azərbaycanla gələcək müharibədə Rusiyanı müttəfiq qismində görmür. Yenə də Səfilyan tək-tük erməni siyasətçilərindən biridir ki, Rusiyanın Cənubu Qafqzda maraqlarının bələdçisi hesab etdiyi Gümri bazasının Ermənistandan çıxardılması uğrunda çıxış edir. İfrat radikallıq üzündən böyük tərəfdarlar qrupu yaratmağa və daha ləyaqətli Ermənistan müxalifəti ilə dayanıqlı ittifaqa nail olmayıb. 2006-cı ildə silah saxlamaq və konstitusiyalı quruluşu zorla devirməyə çağırışa görə həbs edilərək ittiham edilib və ilyarımlıq həbs cəzası alıb. Və Səfilyan bu il iyunun 23-də yenidən həbs edilib. “Новости-Армения” xəbər verir ki, o, “cinayət işləri üzrə məsuliyyətə cəlb edilmiş ən müxtəlif adamlarla əlaqə saxlayıb silah daşıyaraq müxtəlif yerlərdə saxlamaq, həmçinin uyğun əmr vaxtı onlardan istifadəyə hazır olmaq göstərişi verib”.

Ehtimal ki, onu bu cinayətə Ermənistan-Azərbaycan qarşıdurma xəttindəki 2-5 aprel döyüşləri təhrik edib. O tezliklə bildirib: “Düşmən bizə çıxış yolu qoymadı, onu diz çökdürmək lazımdır. Ümummilli səfərbərlik, etimad hökumətinin yaradılması gərəkdir və hakimiyyət bu addıma getməsə, xalq onu fəaliyyətə keçməyə məcbur edəcək”.

Qeyd etmək lazım gəlir ki, çağdaş Ermənistan hakimiyyətə qarşı təkcə siyasi çıxışların deyil, həm də əsil terrorizm aktlarının şahididir.  Ən parlaq misal 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinə hücumdur. Öz düşüncələrinə görə bir qədər Səfilyana bənzəyən radikal Nairi Unanyanın əlindən o zamankı baş nazir Vazgen Sərkisyan və parlament spikeri Karen Dəmirçiyan həlak oldular.

 

Tərcümə Strateq.az-ındır.   




Yuxarı Əvvələ Ana Səhifə