XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2015 - 05:49

Beynəlxalq hüquq Türkiyənin Suriyaya müdaxiləsinə yol verirmi? – Təhlil

Suriya prosesinin əvvəlindən Türkiyə tədbirli və uzaqgörən davranmadı

Suriyada hərbi əməliyyat ehtmalı bu günlərdə Türkiyədə qızğın şəkildə müzakirə olunur. Məlum olduğu kimi, Bəşər Əsəd Suriyada silahlı mübarizədə BƏƏS müxalif sünni separatçılarına prioritet verib. Suriya lideri bütün qoşunlarını quzey sərhədlərdən çəkib və “Suriya Kürdüstanı” deyilən bölgə kürdlərin 2003-cü ild yaratdığı “Demokratik Birlik” (PYD) partiyasının əlinə keçib.

“Xalq özünümüdafiə dəstələri”nin (Kürdstan Fəhlə partiyasının davamı olan YPG və PYD-nin silahlı qanadı) İŞİD-lə əldə etdiyi uğurlar nəticəsində PYD öz nəzarətinə keçən ərazilərdə – Cizrə, Kobani və Afrində müxtariyyət elan edib. Nəticədə güneydə Türkiyənin gözlənilməz qonşusu peyda olub. Kürd qüvvələri bu bölgədə yaşayan türkmən və ərəbləri qovmaqla, əslində, demoqrafik srtukturu dəyişmək cəhdləri göstərəndə Türkiyənin narahatlığı daha da artdı. Bütün bu hadisələr nəticəsində hökumətə yaxın bəzi media qurumları Türkiyənin Suriyaya hərbi müdaxiləsindən böyük ehtimalla danışmağa başladı. Lakin bu məsələnin müzakirəsinə qatılanların hamısı buna hərbi baxımdan yanaşır. Praktik olaraq bu cür müdaxilənin hüquqi əsasının necə olacağından heç kim qətiyyən danışmır.

Beynəlxalq hüquqda qüvvə tətbiqinin dörd dəqiq və aydın prinsipi təsbit olunub. BMT-nin dünya sisteminin başlıca dayağı olmuş və insanlıq tarixində ən dağıdıcı II Dünya Savaşı kimi hərbi münaqişədən sonra yaradılmış Nizamnaməsində qüvvə təbiqinə haqq qazandıran bütün istisnalar qeyd olunub. Günümüzdə bu cür bəndlərdən ikisi aktuallığını saxlayır: özünü müdafiə qəsdilə qüvvə tətbiqi (Nizamnamənin 51-ci maddəsi) və BMT Təhlükəsizlik Şurasının (TŞ) qərarı ilə (yeddinci bölmə). özünümüdafiənin ən vacib kriteriyası budur ki, dövlət yalnız silahlı hücuma məruz qalarkən bu hüquqdan istifadə edə bilər. Hücuma məruz qalmış dövlət BMT TŞ münasib qətnamə qəbul edənə qədər bu hüquqdan yararlanıb belə durumda silahlı cavab verə bilər.

11 sentyabr teraktından sonra ABŞ özünün qüvvə tətbiqi doktrinasını təqdim etdi. Doktrinaya görə, beynəlxalq terrorizmlə mübarizə, bu və ya digər ölkədə milli təhlükəsizliyi təhdid edən ünsürlər yerləşirsə, hücumu və BMT TŞ-nln qətnaməsni gözləmədən ona zərbə endirmək hüququ verir. ABŞ İraq və Əfqanıstana müdaxilə zamanı bu doktrinaya söykənirdi. Lakin hələlik tam əminliklə demək olmaz ki, bu cür yanaşma beynəlxalq hüquqda təsbit edilib.

Belə şəraitdə Türkiyənin Suriyaya müdaxiləsinin legitim əsasları olmayacaq.

Birincisi, söhbət Suriyadan gedirsə, bu dövlət tərəfdən Türkiyəyə hansısa bir hücumdan danışmağın yeri yoxdur. Buna görə də özünümüdafiə hüququndan istifadə variantı sıradan çıxır.

İkincisi, Suriya münaqişəsinə qarışmaq üçün BMT-dən heç bir qətnamə olmayıb. Suriya Əsədin başçılığı altında indiyədək BMT-nin üzvüdür və arxasında Rusiya ilə çinin (TŞ-nın iki daimi üzvünün) fəal dəstəyini hiss edir.

Bundan başqa, bu günlərdə Moskvada Rusiya prezidenti Putinlə Suriyanın xarici işlər naziri əl-Müəllimin görüşü oldu. Danışıqların nəticəsi üzrə açıqlamalarda növbəti dəfə qeyd olundu ki, Rusiya Əsədi dəstəkləyir. Bütün diqqətini İŞİD-lə mübarizəyə cəmləmiş strateji tərəfdaşımız ABŞ isə, az qala, Əsəd hökuməti ilə ittifaq qurmaq üçün yollar axtarır.

ölkəmizin ərazisində xarici qüvvələrin iştirakı ilə terrorçu hücumların baş verməməsi üzündən beynəlxalq sistemdə onsuz da etirafını tapmamış ABŞ variantı da bizə uyğun gəlmir. Yalnız Quzey İraqda PKK-ya qarşı mübarizə apadığımız kimi əməliyyat qalır. Lakin həmin halda hücumdan dərhal sonra Türkiyə ərazisini tərk etmiş terrorçuları isti izlərlə təqib etmək hüququndan istifadə etməklə Türkiyənin qısamüddətli hərbi əməliyyat aparmaq imkanı var idi. Ancaq PKK və YPG indi bu cür hücumlar etmədiyindən müdaxilə üçün səbəb yoxdur.

Beləliklə, Türkiyə Siriyadakı vətəndaş müharibəsinin yekunlarından narazıdır. PYD-nin gələcəkdə Türkiyə sərhədlərinin yanında var olması xroniki qorxularımızın qayıtmasına səbəb ola bilər. PYD ilə bağlı güclər xaricdən ağır silahlar növündə yardımlar alır. Onların əsgərləri döyüş aparmaq təcrübəsi qazanıblar. Bu bölgədə hakimiyyət əldə etmiş kürdlər türkmənləri qovub demoqrafik strukturu dəyişirlər. Bütün bunlar haqlı əndişələrdir. Lakin doğrudan da təəssüflənmək lazımdır ki, Suriyada vətəndaş müharibəsinin lap başlanğıcından Türkiyənin xarici siyasəti tədbirli və uzaqgörən deyildi. O vaxt səbir göstərib baş verənlərin dərin təhlilini aparsaydıq, Türkiyə bu gün daha əlverişli mövqe tuta bilərdi.

İndi isə mümkün qədər tez bir zamanda ABŞ və AB ilə birlikdə türk sərhədinin təhlükəsizliyinə zəmanət verən layihə hazırlamaq lazımdır. Həm də, əlbəttə, əvvəllər buraxılmış ciddi səhvləri ən qısa vaxtda düzəltmək gərəkdir.

Mehmet Direkli

“Zaman” (Türkiyə), 03.07.2015