XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 March 2015 - 08:04

Türkiyə özü üçün qeyri-mümkünü etdi

Məşhur Yaxın Şərq mütəxəssislərindən olan Dr. Oliver Ernst müttəfiqlərinin Türkiyədən mümkün olmayanı istədiklərini düşünür. Onun fikrincə, Böyük Yaxın Şərq Proyektində Türkiyəyə verilən görəv öz sərhədinin dibində qurulacaq kürd dövlətinin formalaşmasına kömək etməkdir. Mütəxəssisin fikrincə, bu isə Türkiyə baxımından qeyri-mümkünün tələb olunmasıdır.

“Əslində Türkiyədən mövcudluğunu belə istəmədiyi bir bölgəni qoruması tələb olunur. üstəlik, bunun üçün müəyyən hərbi tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Suriyalı və türkiyəli kürd silahlıları isə onun bu bölgələrə girməsini əsla istəmir “- Adenauer Fondunun Yaxın Şərq üzrə eksperti Dr. Oliver Ernst alman mətbu orqanı “Deutsche Welle”-nin suallarını cavablayarkən belə deyib. İŞİD-lə mübarizəni Türkiyənin illərdən bəri PKK-ya qarşı arapdığı savaşa bənzədiyini, onun kimi asimmetrik xarakter daşıdığını bildirən ekspert xüsusilə Qərb ölkələrində Türkiyənin Kobaniyə müdaxilə etməsi istiqamətində istəklərin artığını xatırladadib:

Dr. Oliver Ernstə görə isə Türkiyə sonucunun nə olacağını bilmədiyi Suriyaya belə asanlıqla daxil olmaz: “Rəsmi Ankara Amerikanın və digər müttəfiqlərin perspektivlərini müzakirə edib, 'Müdaxilə sonrası nə ola bilər?' sualı üzərində düşünməlidir və mən bunu önəmli hesab edirəm. Sərhəd bölgəsindəki kürdlər PKK-ya yaxındırlar; Ankaraya qarşı döyüşən yaraqlıların böyük nüfuzu var onların üzərilərində. Bunlar Ankaranın dostları, müttəfiqləri də deyillər. Bu düşmən fikirli güclərin hərbi addımlarla dəstəklənməsi Türkiyənin mənfəətinə uyğun deyil. Heç bunu Suriyadakı kürd siyasilər də istəmirlər. Separatizmi dəstəkləyən kürdlər türk ordusunun birdən-birə Kobaniyə yerləşməsinə razı olmazlar”.

Alman ekspertin fikrincə, Türkiyədən tələb olunan bir yandan iraqlı kürd döyüşçülərin suriyalı soydaşlarına dəstək vermək üçün sərhəddi keçməsinə mane olmamaq, digər yandan isə İŞİD döyüşçülərinin irəliləməsinin qarşısını almaqdır. “

Yaxın Şərq mütəxəssisi Türkiyənin bölgədən qaçan 200 min kürdə qapılarını açdığını şərh edərkən bunları deyib: “Bu əhəmiyyətli bir addım idi. çünki kürdlərə quçaq açmaq onların sərhəd bölgələrindəki çox narahat soydaşlarını gücləndirmək deməkdir, bu da Türkiyə üçün asan məsələ deyil, təhlükəsizlik siyasəti baxımından riskli bir addımdır”.

Türkiyənin bu mərhələdən sonra “bir fəlakət ssenarisi' ilə qarşı-qarşıya qaldığını düşünən ekspert IŞİD-in Türk torpaqlarına doğru irəliləməsindən və ya PKK-nın yenidən geniş miqyaslı fəaliyyətə başlamasından qorxmağa gərək olmadığını deyərək fikirlərinə belə davam edib:

“Kürdlər indi gördüyümüz kimi çox zəif vəziyyətdədirlər. IŞİD-in irəliləməsi səbəbiylə daxili təhlükəsizlikləri pisləşmiş, iqtisadi və sosial həyatları məhv olmuşdir. Amma həm Türkiyə, həm də beynəlxalq perspektiv baxımından əsl faciə Əsəd rejiminin cinayətlərini, 3.5 ildir, davam etdirməsi və bizim bu rejimi sivil, siyasi və ya hərbi cəhətdən dayandıra bilməməyimizdir”

Qeyd edək ki, alman mütəxəssisin bu fikirləri dilə gətirdiyi bu zamanda okeanın o tayından başqa bir xəbər aldıq. Xəbərə görə, Ağ Evin Təhlükəsizlik müşaviri Susan Rays Türkiyənin Suriya və İraqda hərbi əməliyyatlara başlamaq üçün ABŞ və müttəfiqlərinə öz hərbi bazalarından istifadə etmək icazəsi verdiyini açıqlamışdı. Xatırladaq ki, neçə gün idi ki, qardaş ölkə xeyli beynəlxalq hərbi və siyasi adamların axınına uğramışdı. ABŞ-ın ən yüksəkçinli generallarının Ankaraya səfərindən sonra Ərdoğan qəfildən önündə peyda olan Qətər əmirini qəbul etmişdi. Strateq.az saytı bu get-gəllərin yaxında başlanması nəzərdə tutulan hərbi əməliyyatlara Türkiyəni razı salmaq məqsədi daşıdığını yazmışdı.

Strateq.az