XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2016 - 20:22

Türkiyədəki çevrilişə cəhdlə Putinə mesaj verildi? –Qərb dairələrindən yeni iddialar

erdogan-putin

ABŞ-ın sabiq dövlət katibi Kolin Pauelin xüsusi köməkçisi Lourens Vilkerson Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennanın Türkiyədəki uğursuz hərbi çevriliş cəhdində “barmağı” olması iddiasını irəli sürüb.

Bir qədər gözlənilməz olan bu açıqlamanın müəllifi 15 iyul axşamı başlayan və 16 iyul səhəri yatırdılan çevriliş barədə əlavə edib: “Məncə, Con Brennan və digərlərinin Türkiyədə baş verənlərdən xəbərdar olduqları şübhəsizdir”.

L.Vilkerson öz iddialarını onunla əsaslandırır ki, öz maraqlarına düşmən olan istənilən hökuməti dəyişdirmək üçün Ağ Ev administrasiyası illər boyu siyasi, ya da hərbi təzyiq vasitəsindən istifadə edib.

Özü-özlüyündə danılmayan bu həqiqətə söykənən iddianı möhkəmləndirən bir dəlil də mövcuddur. Belə ki, hələ 2016-cı ilin aprelində Türkiyə əleyhinə yazıları ilə tanınan sabiq prezident ata Buşun İran və İraq üzrə müşaviri Maykl Rubin də çevriliş olacağını xəbər vermişdi.

M.Rubin öz ssenarisini Türkiyədəki dərin siyasi böhran, daha doğrusu, avtoritar üsul-idarəçiliyin güclənməsi, terror və kütləvi həbslər dalğası, iqtisadiyyatda, xüsusilə turizm sektorunda çökmə, özəl borclar, milli valyutanın devalivasiyası və s. ilə əsaslandırırdı. Hərbi çevrilişin NATO və Avropa İttifaqında sakit qarşılanacağını da qeyd edən M.Rubin Yunanıstanı misal göstərərək, iddiasını möhkəmləndirirdi.

Prinsipcə, Qərb mediasında Ərdoğan tərəfdarlarının hərbçilərlə əvvəl-axır toqquşması barədə yetərincə yazılar dərc olunurdu. Həm də bir çox hallarda ya anonim, ya da qeyri-rəsmi mənbələrə, amma yetərincə nüfuz sahibi olan şəxslərə istinad edilirdi.

Lakin diqqət çəkən məqam çevrilişin Rusiya ilə münasibətləri normallaşdırma dövrünə təsadüf etməsidir. Buna görə də bir çox analitiklər hərbi çevrilişi rəsmi Ankaradan qisas almaq cəhdi kimi də dəyərləndirirlər.

Bu iddianın müəyyən əsas ola bilər. Belə ki, hökumət üzvləri qiyamda iştirak edən şəxslər arasında Rusiya təyyarəsini vuran pilotların olduğunu xüsusi vurğulayırlar.

Hətta Rusiya ilə münasibətlərin pozulmasında Fətullah Gülən tərəfdarlarının təqsirkar olmasını açıq şəkildə deyilir. Prezident Ərdoğanın ABŞ-a qarşı kəskin bəyanatları, Ankara-Vaşinqton dostluğunun pozuluşması barədə deyimlərini də unutmamaq gərəkdir.

Ən maraqlısı isə budur ki, Qərb mediasında artıq Türkiyədəki hərbi çevriliş cəhdini "V.Putin üçün dərs" adlandırılar.

M.Rzabəyli




Yuxarı Əvvələ Ana Səhifə