XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 11:14

Türkiyədə çevrilişə cəhd edənlərə qarşı ölüm cəzası tətbiq edilə bilərmi? –Təhlil

ist

Türkiyə prezidenti Ərdoğanın tərəfdarları İstanbulun Təqsim meydanında mitinqdə

© AFP 2014, Ozan Kose

 

Taha Akyol

Hürriyet (Türkiyə), 21.07.2016


Ölüm cəzası xalq kütlələrinin tələbi ilə yenidən gündəmə gəlib. İkrahlı çevrilişə qarşı ədalətli qəzəb yaşayan insanlar deyirlər: “Qoy edam cəzası gəlsin”. Əminəm, ümumi rəy sorğusu keçirilsə, böyük əksəriyyət ən yüksək cəza növünün tətbiqi uğrunda və suriyalılara vətəndaşlıq təqdim edilməsinə qarşı səs verəcək. Lakin düşünmək lazımdır ki, niyə yetkin demokratiyalarda referendumlaıın keçirilməsi olduqca məhdudlaşdırılıb?

Və müəyyən konyunktura durumunda formalaşmış xalq kütlələrinin təsiri ilə bu cür fövqəladə böhranlı məsələ üzrə qərar qəbul etmək düzgündürmü?

“Fövqəladə böhranlı” deyirəm, çünki “ölüm cəzası” məsələsi ömürlük həbs cəzası əvəzinə təkcə qiyamçı və terrorçulara ölüm hökmünün çıxarılması deyil, Türkiyənin Qərb dünyasında və yaxud Yaxın Şərqdə hansı yeri tutacağı haqda qərar qəbul etməkdir.

 

Qanunun geri qüvvəsi olacaqmı?

 

Sadədən başlayaq. Bu, universal hüquqi normadır və konstitusiyamızın 38-ci maddəsində yazılıb: cəza sərtləşdiriləcəyi halda qanunun geri qüvvəsi tətbiq edilmir.

Konstitusiyanı dəyişsək, imzamızı beynəlxalq sazişlərdən götürsək və “ölüm cəzası” tətbiq etsək, onu yalnız qüvvəyə mindiyi andan sonrakı əməllərə nisbətdə tətbiq etmək mümkün olacaq. Çünki çevrilişə cəhd anında qanunvericiliyimizdə ölüm cəzası olmayıb, qiyamçılara ancaq ağırlaşdırılmış ömürlük həbs vermək mümkündür.

Məgər “müstəsna şərait”ə isnad edib geri qüvvəli qanun çıxara bilərikmi?

Bunu bir vaxtlar 1925-ci ildə “Sülhün təmin edilməsi haqda qanun”u qəbul etmiş birpartiyalı rejim, həmçinin 1960-cı il mayın 27-də hakimiyyətə gəlmiş xunta edib. Bu bizim ədliyyə tariximizdə iki qara ləkədir. Parlamentin spikeri c-b Qəhrəman hüquqşünasdır. O da, Ədalət və inkiaşf patiyasının sıralarındakı digər hüquqşünaslar da xalqı maarifləndirməlidir. Ölüm cəzası tətbiq ediləcəyi halda qanunun geri qüvvəsini daxil etmək və 15 iyul çevrilişində ittiham edilənlərə ölüm hökmü çıxartmaq olarmı?

 

Ölüm cəzası necə ləğv edildi?

 

Ən başlıcası budur ki, AB ölkələrində və daha geniş götürsək, Avropa Şurasında ölüm cəzası yoxdur və hüquqi baxımdan mümkün deyil. Bizim də imza etdiyimiz altı nömərli əlavə protokolda – insan haqları üzrə Avropa konvensiyasının bir hissəsində – ölüm cəzası qadağan edilib.

Türkiyə bu yöndə ilk addımı 2002-ci il avqustun 3-də Ecevit hökumətinin dönəmində ədliyyə naziri Hikmət Sami Türkün təşəbbüsü ilə atıb; “qaçımaz müharibə təhlükəsi və hərbi dövr” halında ölüm cəzası saxlanılırdı.

Türkiyə ölüm cəzasını tamamailə ləğv etmiş “Altı nömrəli protokolu” 2003-cü il yanvarın 13-də baş nazir Tayib Ərdoğan hökumətinin dönəmində imzalayıb. Ö dövrün ədliyyə naziri Cəmil Çiçək “ölüm cəzası” termininin bütün qanunlardan və konstitusiyadan uzaqlaşdırılacağını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu həm də müxalifətin dəstəyi ilə qanuna çevrildi. Konstitusiyaya əsasən, bu gün “ölüm cəzası və əmlakın tam müsadirəsi cəza qismində nəzərdən keçirilə bilməz” (38-ci maddə).

Hətta 2004-cü ildə 90-cı maddəyə edilmiş düzəlişə əsasən, beynəlxalq hüquq milli hüquq üzərində proritet təşkil edir.

 

Qərb hüququ

 

Bütün bunlar parlamentdə yetərincə səs zamanı dəyişilə bilər. Altı saylı protokolun altındakı imzamızı geri götürə bilərik. Lakin bu, insan haqları üzrə Avropa konvensiyasından imzamızın götürülməsi, Avropa Şurasından ayrılmaq, Avropa İnsan Haqları Məhkəməsindən imtina demək olacaq. Başqa sözlə, Türkiyə öz həyatını radikal şəkildə dəyişəcək və Qərb hüququndan və insan haqları dünyasından üz çevirəcək.

Güman edirəm ki, terrorizmlə mübarizə aparmalı, demokratik hüququi dövləti möhkəmlətməli, xarici siyasət kimi vacib həyati sahədə “dostların sayını artırmalı” olan Türkiyə özünü bu cür təcridə sürükləməyəcək. Bizim Qərb hüququnu qəbul etmək tariximizdə Əbdülməcid, Əbdüləziz, Əbdülhəmidin möhürləri, Atatürkün, İnönünün, Menderesin, Özalın imzaları var. Bu, şıltaqlıq deyil, məna zərurəti idi.

Və “qoy ölüm hökmü gəlsin” şüarını mən şəxsən çevriliş cəhdinə münasibətdə haqlı qəzəbin ifadəsi hesab edirəm. Uzunmüddətli perspektivdə isə Türkiyənin gücü və sakitliyi onun demokratiyası və hüquqi dövlətindən asılıdır.

 

Tərcümə Strateq.az-ındır.