XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 18:46

Rus nəşri:“Serj Sərkisyan Erebuni qiyamçılarının əlində aciz qalıb” – Təhlil

]Clashes between policemen and protesting people took place during the protest action in support of initiators of occupation of the police station in Erebuni district in Yerevan, Armenia 

Vz.ru, 20.07.2016

 

Polis bölməsinin ələ keçirilməsi, çətin ki, Ermənistanda çevrilişin başlanğıcı olsun, lakin hamıya parlaq şəkildə göstərdi ki, xalqda hakim elitaya dəstək səviyyəsi nə dərəcədə aşağıdır. Prezident Sərkisyan hələlik susur, əlidaşlı adamlar isə qəsbçiləri polisdən qoruyurlar. Xeyr, onlar ekstremistlərə rəğbət bəsləmirlər, lakin hakimiyyətə etibarın itməyi öz işini görür.

İrəvanda polis bölməsinin qəsbi ilı bağlı durum çözümdən uzaqdır, lakin qəsbçilərin Xorenatsi küçəsində polis bölməsi binasında saxladığı  girovların əss hissəsi azad edilib. “17 iyulda dan vaxtından bu günədək Ermənistan polisinin patrul-post xidməti alayının ərazisinə hücum və  ələ keçirilməsi ilə bağlı həyata keçirilən antiterror əməliyyatı çərçivəsində 5 nəfər azad edilib”, – deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında bildirirlir.  

Xatırladaq ki, “Sasna tsrer” ("Sasunlu dəliqanlılar") təşkilatının arasında Qarabağ müharbəsinin veteranları olan silahlı üzvləri bazar günü İrəvanın civarındakı Erebuni rayonunda polis bölməsinin binasını ələ keçirdiblər. Silahlı dəstənin əsas tələbi  müxalif “Yeni Ermənistan” ictimai qurtuluş cəbhəsinin həbs edilmiş lideri, silahın qanunsuz şəkildə əldə edilməsi və saxlanmasında ittiham edilən Jirayr Səfilyanın azad edilməsidir. Qiyamçılar “silahlı üsyan” yolu ilə “Ermənistanda durumu dəyişdirmək haqda niyyət”lərini elan ediblər. Səkkiz nəfər onların girovudur – Ermənistan polisinin rəis müavini, genral-mayor Vardan Yeqizaryan girovların içindədir. Sonradan aydınlaşıb ki, girovlardan biri – polkovnik Artur Vanoyan həlak olub.

Polis bölməsi ətrafndakı vəziyyət lokal müharibəni xatırladır – binaya sarı hərbi texnika, suvuranlar dartılır, şəhərlilərlə polis arasında arabir toqquşma baş verir. Lakin hüquq mühafizəçiləri hücuma ehtiyac görmür, qəsbçilər də hələlik təslim olmağa hazırlaşmırlar. Bölmə binasını hüquq mühafizəçilərindən faktiki olaraq ayırmış sadə sakinlər də hücuma mane olur. Sadə adamlarla polis arasındakı qarşıdurmada artıq altı asayiş təmsilçisi ziyan çəkib. Ölkə prezidenti Serj Sərkisyan bu haqda şərhlərdən yayınır.

"Arminfo" xəbər verir ki, qəsbçilərə rəğbət bəsləyənlər polisin bağladığı Xorenatsi küçəsinə gəlməkdədirlər. Adamlar özlərilə boş qutular gətirirlər – ehtimal ki, barrikada qurmaq üçün. Onlar qiyamçılar və onların girovları üçün binaya ərzaq ötürməyə çalışırlar. Polis bölməsinin qəsbi arxasında nə durur, ordakı qiyamçılar kimlərdir, hücumun nəticələri necə olacaq?

 

Naməlum qiyamçılar

 

Lideri Jirayr Səfilyan olan “Yeni Ermənistan” radikal təşkilatı 2015-ci ildə yaradılıb. O, bir neçə kiçik, radikal, müxalif partiyalardan ibarətdir. Bu təşkilatın üzvləri gizlətmirlər ki, Ermənistanın indiki hökumətini zorla devirmək istəyirlər. Təşkilat respublikanın fəaliyyətdə olan hökumətinə, həmçinin Ermənistanın konstitusiya quruluşunun prezidentlikdən parlamentə keçirilməsinə qarşı çıxır.

Polis bölməsinin qəsbiylə bağlı ümumi hay-küyə baxmayaraq, təşkilatın əhali içində dəstəyi cüzidir. Polis bölməsini qəsb edənlərin hamısı praktik olaraq Qarabağ müharibəsinin veteranlarıdır. Əksəriyyəti hərbi əməliyyatlar başa çatandan sonra Ermənistanda kapitalizmin yeni şəraitinə uyğunlaşa bilmədi və sadəcə, işsiz qaldı. Qəsbçilərin liderlərindən biri “Döyüş xaçı-2” ordeninin kavaleri, Qarabağ müharibəsini veteranı, mayor (ehtiyatdadır) Pavel Manukyandır. Manukyanın Ermənistanda məşhur müharibə qəhrəmanı olduğuna baxmayaraq, hərbi əməliyyatlardan sonra onun haqqında az-az danışılırdı. O, son zamanlar indiki hökumət haqda kəskin ifadələr işlədərək korrupsiya və səriştəsizlikdə ititham edib. Qəsbin qalan iştirakçıları haqda çox şey məlum deyil. Bilinən yalnız budur ki, hamısı “Təsisçilər məclisi” və yaxud “Yeni Ermənistan” radikal təşkilatın üzvləridir. Onlardan biri – Areq Kürəkyan hadisə yerindən facebook-a video qoyub. Ermənistanın əksər KİV-ləri yaraqlıları sadəcə Səfilyanın tərəfdarları adlandırır.

 

“Xorenatsi küçəsində baş verənlərə görə hökumət məsuldur”

 

Tarix elmləri namziədi, Rusiya Dövlət Humanitar Universitetinin xarici bölgəşünaslıq və xarici siyasət kafedrasının dosenti Sergey Markedonov öz facebook-unda yazır ki, Ermənistandakı durumdan danışarkən birinci növbədə “anlayışları ayırd etmək və siyasi hadisənin məğzini əxlaqi-emosional dəyərləndirmədən ayırmaq” lazımdır. “Hakimiyyət istədiyin qədər ikrah doğuran, fərsiz və səfeh ola bilər, lakin onunla mübarizəyə siyasi baxımdan motivləşdirilmiş zorakılıqla bəraət qazandırmaq olmaz, çünki bu cür zorakılıq nəylə ört-basdır edilir-edilsn, terrorizmdir. 9/11 dönəmindən bəri bizdə nəsə vərdiş ediblər ki, terrorizm, sadəcə, bütün səfeh və axmaq olanın ifadəsidir, sözlərdən istifadə bayağı memə (mədəni informasiya vahidi-təc.) çevrilib, inflyasiyaya məruz qalıb. Bununla belə, bu, hökumətlə və hakimiyyət uğrunda zorakılıqdan siyasətcə motivləşdirilmiş istifadədir. Və ondan istifadə edənlər intellektuallar, ağıllı və gözəl qızlar ola və minlərlə kitabça oxuya bilər və hətta şəxsi hünər sahibi olar. Lakin, təəssüf ki, bundan onların üsulları Mahatma Qandi adına üsullar olmur”, – deyə politoloq izah edir. O, hesab edir: “Ermənistan kontekstində isə bu gün buna xüsusi diqqət yönəldərdim ki, dövlətin zorakılıq monopoliyasının dağıdılması vətəndaş qarşıdurmasına gedən yoldur. Başqa heç cür deyil”.

Markedonov həmçinin yazır ki, “2015-ci ildə Baqramyan meydanında, bu gün isə Xorenatsidə baş verənlərə görə hökumət məsuldur. Lakin o bu məsuliyyəti radikallarla, anlaşılmaz işıqlı xülyalara görə hər şeyi təməlinə qədər dağıtmağa tələsənlərlə bölüşür. Amma dialoqda sadə bir sual çoxlarını karıxdırır. Budur, bu gün bir yoldaş deyir: “Serjə hamı nifrət edir”. Ona cavab verirəm: “Bəs ucdantutma bütün ermənilər Səfilyana və yaxud “dəliqanlı sasunlulara” pərəstiş edir, onlarsız yaşaya bilmirlər?”

 

“Bu cür aksiyalar müntəzəmləşir”

 

Erməni jurnalisti, politoloq Ayk Xalatyan qeyd edir ki, cəmiyyətdə indiki hökumətdən güclü narazılıq var. Adamların əksəri məhz buna görə qəsbçilərin hərəkətini qınamır, hətta kimlərsə onların tələblərini dəstəkləyir. Xalatyan “ВЗГЛЯД” qəzetinə deyir: “Cəmiyyətin böyük əksəriyyəti mübarizənin radikal üsullarını bəyənmir. Xüsusən də polis polkovnikinin qətlə yetirilməsini. Bununla bərabər, adamlar hesab edirlər ki, yaranmış durumun əsas günahkarlarından biri indiki hökumətdir və onun fəaliyyəti üzündən müxaluf qüvvələr qanuni çərçivədə öz hüquqların geçəkləşdirə bilmir və bu cür tədbirlərə əl atmağa məcburdur”.

O, qeyd edir ki, qəsbçilərin içində Ermənistanda sayğı bəslənən adamlar, Qarabağ müharibəsinin veteranları var. Xalatyan vurğulayır ki, dəstə üzvləri özlərini terrorçu hesab etmir, girovların həyatını heç nə təhdid etmir. Beləliklə, girovlara təhlükə hücuma cəhd zamanı meydana çıxa bilər, buna görə də hökumət radikal addımlara getmək və Ermənistan cəmiyyətinin mənfi qəbul edəcəyi qan tökülməsinin mümkün təşəbbüskarı olmaq istəmir.

Jurnalist deyir: “Ermənistanın özəlliyini başa düşmək lazımdır. Bura təkdinli ölkədir. Ölkədə terror təhlükəsi yoxdur, buna görə də adamlar bu cür aksiyalara alışmayıb. Cəmiyyət istəmir ki, həm o, həm də bu tərəfdən adamlar həlak olsunlar. Çoxları ümid edir ki, münaqişəni dinc yolla həll etmək mümkün olacaq. Pat vəziyyətidir. Hər iki tərəf gözləyir ki, kimsə tab gətirməyəcək. Hakimiyyətin məntiqi aydındır: gözləyə bilər, çünki iştirakçıların aksiyanın qığılcım olacağı və bundan hökumətə qarşı kütləvi aksiyaların başlanacağına ümidləri doğrulmadı. Lakin qeyd etmək lazımdır ki, hökumət önləyici hərəkətlərə başlayıb. Bir çox fəallar səbəbi izah edilmədən həbs edilir”.

Digər tərəfdən, hökumət qəsbçilərin tələblərini yeinə yetirməyə və hətta prezidenti istefaya göndərməyə hazırlaşmır. Xalatyan proqnozlaşdırır: “Hökumət yalnız ən ifrat halda və yalnız qan tökülməyəcəyinə əmin olsa, hücuma keçəcək. Hələlik isə tərəflər bir-birini üzməyə, heç bir radikal addımlarsız sonadək durmağa davam edir”.

Lakin hətta hökumət girovları azad etsə də, cəmiyyətdəki durumu yumşalada bilməyəcək: insanlar sosial problemlərin həllini görmürlər.  Politoloq xəbərdarlıq edir: “Adamlar hökumətin problemləri həll etmək istəyini görmürlər. Ermənistanda müşahidə etdiyimiz tendensiya təkrar olunacaq. Əhali hakimiyyətin əlindən dilxor olub, siyasi proseslərə laqeydləşib. Buna görə də cəmiyyətin radikal bölümü zorakılıq aksiyalarına daha tez-tez əl ata bilər. Tendensiya artıq var. Keçən ilin noyabrında heç bir addım atmağa müvəffəq olmamış silahlı dəstə həbs edilib. Mən elə gəlir ki, ölkədə köklü islahatlar olmasa, hakimiyyət heç bir ibrət götürməsə, bu cür aksiyalar müntəzəmləşəcək”.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə