Son illərdə İslam adına yüz minlərlə adam öldürülüb
Parisdəki yəhudi qidası hipermarketindəki qırğının nəticələri məlum olan kimi Fransa prezidenti Fransua Olland etiraf etdi ki, söhbət “antisemit” hücumdan gedir. Lakin Fransa respublikasının başçısı eyni zamanda qeyd etdi: “Fanatiklərin İslama və yaxud istənilən başqa bir dinə dəxli yoxdur”.
Əlbəttə, terakt İslama görə deyil, südə qarşı allergiyadan törədilmişdi. Sonra İslamdan bütün dünya üçün qaynaqlanan təhlükənin ölçülərini azaltmaq cəhdi ilə Obama bu lətifəvari xətti tutdu.
Obama Qahirə nitqindən başlayaraq bu günə qədər İslam fanatiklərinə yarınmaq cəhdi ilə siyasi nəzakətliliyin üfunətli bartaqlığına yuvarlanıb həmişə əsil həqiqəti təhrif edib, cihadçı yürüşlərində radikal İslama söykənən “mütərəqqi” idiotlara göz yumub.
Bu cür “tərəqqiçilər” İsraildə də var. Radikal İslamın guya sülhə can atan “əsil” İslam etiqadının bədənində nə isə yad bir cisim kimi qələmə vermək cəhdləri nə qədər davam edəcəksə, müsəlman dünyası indiki faciəvi gerçəkliyi üstələyə bilməyəcək.
Knessetin deputatı İnon Maqal İslamın dünya sivilizasiyasına verdiyi paya şübhə etməklə sol siyasətçiləri hiddətləndirdi.
İslam, doğrudan da, vaxtında əzəmətli bir mədəniyyət yaradıb. Cəbr, həndəsə, fəlsəfə. İslam qızıl dövrdən keçib. Lakin bu, çoxdan olub. Mənə İslamın son 200 ildəki bir nailiyyətini sadalayın. Ərəb milləti son bir neçə əsrdə hansı elmi-texniki və mədəni kəşflə fəxr edə bilər? çağdaş ərəb dünyası geriləmə və primitiv cəhalət, depressiya və kütləvi qətllərə yuvarlanıb.
Yeri gəlmişkən, təkcə Maqal belə hesab etmir. Böyük ərəb publisisti Əhməd Maharın bu yaxınlarda Misirin “əl-Ərəbi əl-Cadir” qəzetində dərc edilmiş məqaləsində müəllif, bax, bunu yazır: “Bəzən adamlar heyrətlənirlər ki, niyə avropalılar bu cür inkişafa nail olublar, biz isə əsrlərlə geridə qalmışıq. Onlar niyə bizi bu qədər qabaqladılar? Niyə bu gün istifadə etdiyimiz bütün texnologiyaları onlar yaradıblar? Doğrudanmı, biz Qərbin hansısa bir şər qərəzinə görə bu qədər dalda qalmışıq?”
Suallara Maharın özü cavab verir. Ərəb cəmiyyəti başqasının fikrini dinləməyi bacarmır və istəmir. “Psixi xəstəlik, dini faşizm” – Mahar ərəb dünyasında özgəyə dözümsüzlüyün tam yoxluğunu bu cür təyin edir. Müşahidə etdiyimiz dəhşətli zorakılığın da səbəbi budur.
Sinaydakı qatillər Amerikanın çarlz Menson təriqətindən daha “ruhsal” adamlar idilər? Bu gün Suriyada qətliamı kim təşkil edir? İordaniyada, Türkiyədə, Livanda iki milyondan çox qaçqın var. Onları öz evlərindən İsrail və yadplanetlilər qovmayıblar. Bütün bu sərsəm, dərkedilməz olaylar (yezidlərin qətli, İraqda qul bazarları, koptların vəhşi qətliamı, Suriya druzlarının məhv edilməsi təhlükəsi) ümumi məxrəcə malikdir. Söhbət mötədil İslamın təslim olduğu radikal İslamdan gedir.
İsrail solçularının sülhniyyətli cəhdlərində kimə güvəndiklərinə diqqət yetirin – ailə xəyanətinə görə boyun vuran, insanları daş-qalaq edən, qadınlara maşın sürməyi yasaqlayan və “Əl-Qaidə”ni maliyyələşdirən “mötədil” Səudiyə Ərəbistanına. Bu ölkə “mötədil” sayılır.
Son illərdə İslam adına yüz minlərlə adam öldürülüb – onların əksəriyyəti müsəlmanlardır. Müsəlman dünyası qara deşiyə yuvarlanıb. Lakin bunu ucadan demək olmaz. çünki siyasi nəzakətsizlikdir.
Arel Seqal
“NRG” (İsrail), 06.07.2015