XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

22 İyul 2016 - 16:00

Rusyalı ekspertlər:“Türkiyə iki yerə bölünüb və bu, çox təhlükəli durumdur” – Təhlil

bayraq

Aleksandr Jelenin

Rosbalt.ru, 22.07.2016

 

Hərbi çevrilişə uğursuz cəhddən sonra prezident Ərdoğanın sağ mühafizəkar rejimi vintləri fəal şəkildə bərkidir. Ölkədə üçaylıq fövqəladə durum elan edilib. Təkcə rəsmi məlumatlara görə, 7500-dən çox adam həbs edilib, türk ordusunun rəhbərliyi – ölkənin dünyəvi inkişaf kursunun ənənəvi müdafiəçisi darmadağın edilib. Son xəbərlərdən biri – Türkiyə alimlərinə xaricə getmək qadağan edilib, müəllimlər arasında kütləvi şəkildə işdən çıxarılmalar davam edir. Türkiyə ölüm cəzasını bərpa etməyə ciddi hazırlıq görür.

Eyni zamanda repressiyalar hətta kürd separatçıları və islamçılar dəstəsinə qarşı əməliyyatlarda iştirak etmiş zabit və generallara da toxunur. Və hər şeyə görə fikir yürütsək, bu, hələ başlanğıcdır.

“Rosbalt” şəxsi hakimiyyətin möhkəmləndirilməsi üzrə Ərdoğanın fəaliyyətinin ölkədəki siyasi rejimdə və o cümlədən ölkə üçün ən ağrılı məsələdə – kürd problemində necə əks olunacağı haqda ekspertlərin fikrini soruşub.

Moskva Karnegi mərkzinin elmi şurasının üzvü Aleksey Malaşenkonun fikrincə, “olduqca çox məsələ prezident Ərdoğanın emosional əhvalından və həmçinin Suriyada durumun, kürdlərlə amerikalılar arasında qarşılıqlı fəaliyyətin necə biçimlənəcəyindən asılıdır”.

Ekspert eyni zamanda hesab edir ki, “Türkiyə prezidenti hələlik durumu kəskinləşdirməkdə maraqlı deyil. O, indi qalib olsa da, kürdlərlə münasibəti kəskinləşdirmək ona qətiyyən gərək deyil. Xüsusən də ona görə ki, vaxtilə onlarla ümumi dil axtarırdı və razılığa gəlmək təcrübəsi var”.

Malaşenko xatırladır ki, bundan savayı, “kürdlər Türkiyədə son dərəcə önəmli amildir”, çünki ölkə əhalisinin, ən azı, 20%-i təşkil edirlər.

Malaşenko hesab edir: həmçinin nəzərə almağına dəyər ki, “Ərdoğan ordu rəhbərliyini darmadağın etdikdən sonra onlarla kimin vuruşacağı o qədər də aydın deyil”.

Analitik deyir: “Digər tərəfdən, Ərdoğandan tam məntiqi davranış göləməzdim”.

Yaxın Şərq üzrə mütəxəssis Mixail Maqid diqqəti buna yönəldir ki, Ərdoğan hərbi çevriliş cəhdindən sonra “öz rəqibləri və yaxud orduda, məhkəmə sistemində, təhsil sahəsindəki qeyri-loyal ünsürlərlə haqq-hesab çürütməyi qət edib”.

Ekspert qeyd edir: “Minlərlə adam həbs edilib, minlərlə digərləri işdən çıxarılıb. Bu, dövlətin və ictimai sistemin çox böyük miqyasda təmizlənməsidir və tələbələrin və təhsl sistemi işçilərinin etirazları başlasa, münaqişələrin kəskinləşməsinə səbəb ola bilər”.

Mütəxəssis sual edir: “Ərdoğan bu kəskinləşmə fonunda kürdlərlə barışığa başlayacaqmı?”.

Onun fikrincə, “hələlik buna heç bir işarə yoxdur. Yeganə hal budur ki, türk ordusu bu gün qeyri-müəyyən durumdadır və həm Türkiyə daxilində, həm də hüdudlarından kənarda irimiqyaslı hərbi əməliyyatlar Ərdoğana çox da sərfəli deyil. Lakin kürdlərlə barışığa hələlik eyham da yoxdur”.

Maqidin sözlərinə görə, “Ərdoğan və partiyasına Türkiyənin, təxminən, yarısı səs verir. Bu, əsasən, ucqar əyalətlərdir – Türkiyənin mühafizəkar, yoxsul kəndləri və kiçik şəhərlərdir. Lakin ƏİP seçkilərdə İstanbul və Ankarada da səslərin əksəriyyətini qazanıb”.

Maqid hesab edir ki, “Ərdoğanın uğurları Türkiyənin iqtisadi sıçrayışı ilə bağlıdır. Onun solçu və solçu libearal rəqibləri bundan danışmağı xoşlamır, lakin bu – faktdır. İqtisadi partlayış on ilədək davam edib və iqtisadiyyatın liberallaşdırılmasına əsaslanıb. O, (Rusiya və Ukraynadan fərli olaraq) həm Türkiyədə maraq və hüquqları pis müdafiə olunmayan yerli biznesin inkişafı, həm də xarici yatrırımlar axınının kəskin şəkildə çoxalması ilə bağlıdır. Belə ki, Türkiyə Avropada beşinci avtomobil istehsalçısına çevrilib. İqtisadi yüksəliş buna səbəb oldu ki, ucqar əyalətlərin əhalisinin əksəriyyəti iqtisadiyyatın coşqun şəkildə inkişaf etdiyi böyük şəhərlərə köçdü. Amma bu adamlar (əksərən müvəqqəti fəhlələr, xırda alverçi və baqqallar) olduqca yoxsul yaşayırlar. Onlar dindardır və Ərdoğana, məsələn, ona görə səs verirlər ki, dünyəvi partiyalardan fərqli olaraq onlar üçün “özümüzünkü”dür.  Daha ona görə ki, Ərdoğan və ƏİP-lə bağlı dini qurumların kanalları ilə  müəyyən qədər sosial yardım alırlar”.

Mütəxəssis qeyd edir: “Unutmaq lazım deyil ki, Ərdoğan “yaşıl kapitalistlər” deyilən zümrə, türk biznesnin önəmli hissəsinə nəzarət edən varlı sufi təriqətləri ilə bağlıdır. (Ümumiyyətlə, unikal durumdur – Türkiyə üzrə məşhur Rusiya mütəxəssisi Aleksandr Sotniçenkonun qeydinə görə, bu ona oxşayır ki, Almaniyada xristian demokratları Tampliyerlər Ordeni maliyyələşdirəydi). Ərdoğanın tərəfdarları arasında kiçik, uğurlu müəssisələrin sahibləri və ziyalı peşəsinin müəyyən qismi də var”.

Maqid davam edir: “Digər tərəfdən, səsvermə hökmən həmişə və hər yerdə heç də konkret iqtisadi səmərə ilə bağlı olmur. Əhalinin son dərəcə yoxsul mühafizəkar hissəsinin sosial proqramları azaltmağı təklif edən mühafizəkar yeni liberallara səs verdiyi hallar da var. Bu halda mühafizəkarlıq uduşlu variantdır. Sünni siyasi İslam, ictimai həyatda mühafizəkar islahatlar cəhdi, təhsil sisteminin islamlaşdırılması və yaxud küçədə öpüşməyin yasaqlanması yönünə görə Türkiyənin Ərdoğanı qəbul etməyən başqa bir yarısı da var. Türkiyənin Ərdoğanı dəstəkləməyən yarısı milli və dini azlıqlar, hər şeydən əvvəl kürdlər və ələvilər, həmçinin böyük şəhərlərin dünyəvi təhsilli əhalisi və iri müəssisələrin fəhlə sinfinin önəmli qismidir. Bütün bu sosial qruplar qismən kəsişir. Məsələn, ələvilər ənənə üzrə dünyəvi partiyaları, kamalçıları dəstəkləyirlər. Ərdoğan bir vaxtlar kürdlərlə barışmağa cəhd etdi və danışıqlar apardı, lakin hazırda Türkiyə Kürdüstanında (Bakur) tammiqyaslı müharibə gedir. Bu qayda ilə Türkiyəyə nisbətdə “kreativ sinif şərti Uralvaqonzavod-a qarşı” analogiyası tamamilə səhvdir. Burada durum daha qəliz və maraqlıdır. Taksim meydanında Ərdoğana qarşı yönəlmiş hərəkat öz inkişafının zirvəsində İstanbul hüdularından xeyli kənara çıxdı. O, 600 minə yaxın adamı əhatə etdi və ümumi tətil keçirən fəhlələr tərəfindən dəstəkləndi”.

Mütəxəssis ümumən qeyd edir ki, “bu cür qüvvələrin qarşıdurmasında yaxşı perspektivlər görmür. Türkiyənin yarısı yarısına qarşı: bu, vətəndaş müharibəsinə şərait yaradar və ölkənin Suriyanın gününə salar”.

 

Tərcümə Strateq.az-ındır.