XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 18:24

Çin rəqiblərinə meydan oxuyur:"Dostlar üçün yaxşı şərab, canavarlar üçün karabinimiz var" - Təhlil

Cin

Çjunqo qofan bao (Çin), 23.07.2016

 

Hamı Filippin və ayrı-ayrı ölkələrin qərarlaşdıraraq həyata keçirdiyi Cənubi Çin dənizi (CÇD) üzrə arbitrajın nəticələrini gözləməyə başlayandan bəri, bu məzhəkə həmişə sabit, lakin narahat dənizi beynəlxalq diqqətin mərkəzinə çəkdi. Arbitrajın həcmi 501 səhifə təşkil edən qanunsz qərarı acgöz baxışlarını CÇD-ki adalarmıza dikən bəzi ölkələr üçün yeni “əsas” olub. Praktik olaraq bununla eyni vaxtda Koreya yarımadasında, bir neçə min kilometr məsafədə Cənubi Koreya Şimaldan nüvə təhlükəsini önləmək üçün ABŞ-la birlikdə THAAD raketdən müdafiə kompleksini yerləşdirmək planları haqda rəsmən məlumat yaydı. İki bölgədə – Cənubda və Şimalda durum “təsadüf” üzrə gərginləşməyə davam edir və Çinin qətiyyətini sınamaqla dəyişimlərə məruz qalır.

Birincisi, Çinin strateji qətiyyəti sınaqdan keçirilir. Sədr Si Szinpin dəfələrlə vurğulayıb ki, “strateji qətiyyəti dəstəkləmək” zəruridir və nəzərə alınmalıdr ki, mürəkkəb beynəlxalq şərait fonunda iğtişaşıar halında təmkini saxlamaq, dəyişimlər vaxtı xoflanmamaq, təhlükə qarşısında qorxmamaq vacibdir. CÇD üzrə arbitrajın bütün cəfəngliyinə baxmayaraq, bu azğınlığın mənfi nəticələrini hesabdan silmək olmaz. ABŞ və Cənubi Koreyanın (CK) birgə yerləşdirməyə hazırlaşdığı THAAD-a gəlincə, bu, xüsusən Çinin maraqlarına geçək təhdid yaradır.

Vəziyyətin dəyişilməsi ilə üzləşmiş Çin çarəsizmi qalacaq, siyasi kursunu gözlənilmədən dəyişəcəkmi? Şübhəsiz, cavab mənfidir. Çin dəfələrlə bəyanat verib ki, Filippinin əvvəlki hökuməti birtərəfli qaydada arbitraj məhkəmsində iddia qaldırıb və beynəlxalq hququ pozub. Arbitraj məhkəməsi bu məsələ üzrə hökm hüququna malik deyil. Bununla bağlı olaraq arbitraj təhqiqatı qanunsuzdur və effektsizdir. Çin bunu qəbul etmir və tanımır.

ABŞ və Cənubi Koreyanın CK ərazisində THAAD yerləşdirmək üzrə planlarına gəlincə, Çinin yanaşma və siyasəti dəyişilməz qalır: O, THAAD-ın yerləşdirilməsinə qarşı qətiyyətlə çıxış edir, həmçinin ABŞ və Cənubui Koreyanı təkidlə bu prosesi dayandırmağa çağırır. Çin yuxarıda göstərilən yanaşma ilə bərabər suverenlik və bölgə böhranının dialoq yolu ilə nizamlamaqda təkidə davam edir və onun mövqeyi son dövrdə ətraf mühitdə baş vermiş dəyişikliklərlə bağlı cüzi də olsa, dəyişimə məruz qalmayıb. Bununla Çinin siyasi kursuna dolaşıqlıq gətirməyə ümid edən bütün ölkələr yanılıb.

İkincisi, Çinin fəaliyyət qətiyyəti sınanılır. İki hadisə baş verdikdən sonra böhranın nizamlaması üçün Çinin hansı addım və tədbirlər görə biləcyi haqda məsələ beynəlxalq diqqətin fokusuna düşüb. Deməli, Cənubda və Şimalda durumun dəyişməsi Çinin strategiyasına təsir edəcəkmi? Əvvəlkitək, cavab mənfidir.

Arbitrajın qərarı elan edilən gün Çin hökuməti Cessna CE-680 təyyarəsində əvvəlcədən müəyyən edilmiş plan üzrə yeni aerodromların inşa edildiyi Nanşa (Spartli) arxipelaqının tərkibinə daxil olan Meytszi (Misçif) və Çjubi (Subi) rifləri arasında uğurlu sınaq uçuşları keçirtdi. CÇD-nin suveren sularında sahil mühafizəsi patrulu da adi rejimdə keçir. Filippin balıqçıları qanunsuz arbitrajın nəticəsindn istifadə edərək Huanyan (Skarboro) adasına qayıtmağa cəhd etdilər, lakin Çinin sahil mühafizəsi onları yaxaladı.

Çin hərbi-dəniz qüvvələrinin üç gəmisi bunadək CÇD-də illik hərbi təlimlər planına əsasən irimiqyaslı təlimlər keçirdib və Çinin milli suverenliyi, təhlükəsizliyi, dəniz hüquqları və maraqları qorumaqda sarsılmaz əzmini nümayiş etdirib.

Bəzi hərbi ekspertlərin fikrincə, CÇD üzrə arbitraj durumu yalnız kağız üzərində dəyişirsə, Şimalda THAAD-ın yerləşdirilməsi bölgədə strateji tarazlığı gerçək şəkildə pozur, Çin də daxil olmaqla bölgə ölkələrinin strateji təhlükəsizlik maraqlarına ağır ziyan vurur. ÇXR müdafiə nazirliyinin mətbuat katibi Yan Yuyszyun bu barədə deyib: “Biz ABŞ və Cənubui Koreyanın uyğun hərəkətlərini diqqətlə izləyəcəyik. Çin dövlətin stratej təhlükəsizliyi və bölgədə strateji tarazlıq üçün tədbirlər düşünür. Dostlar üçün həmişə yaxşı şərabımız, canavarlar üçün isə karabinimiz var – bax, Çinin fəaliyyəti bundan ibarətdir!”

Üçüncüsü, Çin cəmiyyətinin qətiyyəti sınanılır. Şimal və Cənubda durumun dəyişməyi Çin periferiyasındakı strateji vəziyyətə təsadüf ünsürü əlavə edir. Bu, Çindəki ictimai düzənə böyük təsir göstərərmi? Cavab yenə də mənfidir. Çin xalqı milli suverenlik, təhlükəsizlik və maraqlar üçün təhülkə meydana çıxdığı anda öz vətəninə sədaqət və coşqun sevgi nümayiş etdirib, həmçinin  milli müdafiəni və ordunu dəstəkləyib. Hətta bəzi veteranlar çağırış ediblər: “Müharibə başlansa, çağırın və biz qayıdarıq”.

Çinin iqtisadi göstəricilərinin ikinci rübdə sabitləşməyə davam etdiyi durumda ölkə ətrafında qatışıqlıq vasitəsilə Çindəki ictmai nizamı pozmaq niyyəti bürkülü yayda soyuq haqda lətifəyə oxşamış olur.

Şimal və Cənubda durumun dəyişilməsinə gəlincə, aydındır ki, ayrı-ayrı ölkələr münaqişəyə vadar edir, suyu bulandırır, Çinin inkişafına hədər yerə mane olmağa çalışaraq onun qonşuluğuna iğtişaş gətirir. Faktların təsdiq etdiyi kimi: nə qədər ki bizdə nizam hökm sürür, heç kim bizdə nizamsızlıq sala bilməz. Cənub və Şimalda “təsadüfi” dəyişikliklər baiskarlarına nisbətdə ayıq-sayıq olmağımız lazımdır. Əslində, Çin CÇD sahillərində ən böyük dövlətdir və su yolunun təhlükəsizliyi və fasiləsiz işini Çindən başqa heç kim müdafiə etməməlidir. Könüllü ordunun saysız-hesabsız qəhrəmanları 60 il öncə öz həyatları bahasına milli təhlükəsizliyin maraqlarını eynilə beləcə qoruyublar. Biz bunun  sayəsində çox yaxşı anlayırıq ki, Koreya yarımadasında sülh və sabitlik Çinin, Asiyanın və bütün dünyanın inkişaf maraqlarına cavab verir. Yenə də Çinin qətiyyəti təkcə onun ümumi durumunu müəyyən etmir, daha çox bütünlükdə bütün dünyadakı  ümumi vəziyyətə dəxli var.

 

Tərcümə Strateq.az-ındır.