çin özünü fövqəldövlət sayır və yeni münasibətlər modeli tələb edir
çin Şərqi çin dənizində yapon-çin sərhəd xətti boyunca qaz yataqlarının tədqiqini sürətləndirir. Məndə dəqiq məlumat var ki, çin orada xeyli sayda platformalar inşa edir.
çXR Şərqi çin dənizində ümumi sahəsi səkkiz kvadrat kilometr təşkil edən yeddi süni ada quraşdırıb. Bu barədə videosüjet bütün dünyanı sarsıtdı. Pekin bununla kifayətlənmədi: hazırda qaz yataqları fəal şəkildə öyrənilir.
1998-ci ilin noyabrında bölgədə qaz kəşfiyyatı dörd yerdə həyata keçirilirdi: Sirakaba, Kasi, Hanako və Hakkakuteydə.
Keçən ilin iyununda artıq altı yataqda iş gedirdi, lakin son bir ildə platformaların sayı 12-yə qalxdı. Birbaşa sərhəd xəttinin yaxınlığında “Huanyan 14-1” və “Huanyan 2-2” platformaları, Hanakodan güney-şərqə sarı “Huanyan1-1”, güney-qərbdə “Syoko 36-5”, Hakakuteydən quzey-şərqdə “Danketsutey” və “Hountey” inşa olunub. Daha dörd platformanın inşası gedir.
Artıq istismara hazır olan platfortmalar çox gözəl təchiz olunub: bu cür platformada fəhlələr üçün üçmərtəbəli yataqxana, təmizlik qurğuları, helikopter meydançası və hasilat üçün avadanlıq yerləşir.
çin sərt beynəlxalq tənqidi sanki dəmir dişləri ilə didərək ondan yayınır. Ona nə deyilir-deyilsin, süni adaların inşasını davam etdirir. Hər şeydən göründüyü kimi, Pekin prezident Barak Obamanın fəaliyyətsizliyndən istifadə edir. çin yapon hökuməti tərəfdən heç bir cavab tədbiri görülməyəcəyini yaxşı bilərək sərhəd xəttinə bitişik bir neçə platforma inşa edib.
Bəzi mütəxəssislər ehtimal edirlər ki, platformalar çXR-in ərazi sularında tikilib, buna görə də yapon tərəfinin heç bir iddiası ola bilməz. Bununla belə, bu mütəxəssislər yanılırlar. çinin fəaliyyətini diqqətlə izləmək lazımdır.
Dənizin dibində qaz hasilatı zamanı Yaponiya ərazisində də iş aparılacağı ehtimalı çox böyükdür. çinin ölkəmizin təbii sərvətlərini oğurlayıb-oğurlamadığını aydınlaşdırmaq tamamilə təbiidir. Eyni zamanda yapon şirkətlərinin Yaponiya ərazisində geoloji kəşfiyyat işləri aparması üçün şərait yaratmaq lazımdır.
Bununla belə, çoxları qorxur ki, çinin fəaliyyət fəallığı hərbi sahəyə də toxunar. Ekspertlər qeyd edirlər ki, Şərqi çin dənizindəki qaz platformalarını hərbi məqsədlər üçün də istifadə etmək olar. Artıq iki il əvvəl çin hərbi helikopteri qaz platformasına enib. Onlardan pilotsuzlar və yaxud helikopterlər üçün hərbi baza kimi istifadə etmək mümkündür. Deyirlər ki, çin ordusu Şərqi çin dənizində patrul keşiyi çəkmək və məlumat toplamaq üçün yetərincə potensiala malik deyil, lakin bu platformalar çin Xalq-Azadlıq ordusu üçün gözəl baza ola bilər. Platformaların xəritədəki yerləşiminə nəzər salınsa, aydın olur ki, onlar birbaşa sərhəd xəttinin üzərində yerləşir. Platformalar 29 dərəcə quzey en dairəsi və 125 dərəcə güney uzunluğu coğrafi koordinatlar nöqtəsində 60 kilometr radiuslu dairə üzrə yerləşir. Bu nöqtədə radar qurulsa, özünümüdafiə və Amerikanın Okinavadakı, Ryukko adasındakı qoşunlarının fəaliyyətini təqib edib 500 kilometr radiusunda məkanı izləmək mümkündür.
Hazırda çin sahilində yerləşmiş radarların təsir dairəsi Senkaku adasının hüdudlarından kənara çıxmır, lakin radarların sərhəd xətti boyunca yerləşdirilməsi sayəsində çinin Yaponiyanı izləmək imkanları dəfələrlə artır.
Suyun altında sonarlar quraşdırılsa, platformalar həmçinin sualtı qayıqların hərəkətini izləyə bilər.
Yaponlar sərhəd xəttinin birbaşa yanında həm sənaye, həm də hərbi məqsədlər üçün istifadə oluna biləsi platformaların inşa edilməsi haqda praktik olaraq heç nə bilmirlər. Məgər bu, normal haldır?
Bu, Yaponiya Təhlükəsizlik Şurasının diqqətini çəkməli olan ciddi bir məsələdir.
Yeddi süni adada möhkəm binalar və üç min metr uzunluğunda beton enmə-uçuş zolağı salınıb. Həmçinin böyük hərbi gəmilərin daxil olması üçün dərin su yolları hazırlanıb. çin bu süni adalar sayəsində özünün dəniz suverenliyini genişləndirəcək.
Yaponiya ilə çin arasında dəyər baxımından qarşılıqlı münasibətlər Şərqi çin dənizindəki qaz yataqları, Senkaku adası və çXR-in Güney çin dənizindəki fəaliyyəti ilə bağlı ayrı-ayrı problemlərdən yüksəkdə durur. ölkələrimizin sıx iqtisadi əlaqələri var, lakin bir-birimizə gərək olduğumuza baxmayaraq, aramızda dəyərcə keçilməz fərqlər divarı durur.
ABŞ qərargah rəisləri Komitəsi dörd il keçəndən sonra dövlətin hərbi doktrinasını yenidən nəzərdən keçirtdi. Rusiya, İran və KXDR ilə yanaşı çin də beynəlxalq hüquq və düzəni pozan ölkələr sırasına düşdü. ABŞ müdafiə nazirliyi və Dövlət Departamenti çinin burada süni adalar inşa etməsi ilə bağlı narazılığını bildirməkdən ötrü bölgəyə hərbi gəmilər və təyyarələr göndərmək niyyətini ifadə etdi. Lakin prezident Obama indiyədək bu məsələ üzrə qəti qərar qəbul edə bilmir.
İyunun axırında Vaşinqtonda Amerika-çin strateji danışıqları keçdi və tərəflər ölkələrdən hansının dünyada daha böyük nüfuza malik olacağı haqda bəhsə girişdilər. Dünya ictimayyəti Si Szinpin administrasiyasının iddialarını və Obama administrasiyasının qətiyyətsizliyini görməyə bilməzdi. çXR Dövlət Şurası baş nazirinin müavini Lyu Yandun da daxil olmaqla çin təmsilçiləri fövqəldövlətlər arasında yeni münasibətlər modeli yaratmağın önəmini qeyd etdilər. Onlar sanki çinin maraqlarını və üslubunu qəbul etməyi tələb edirdilər.
ABŞ-ın vitse-prezidenti Co Bayden və Amerika siyasi dairələrinin digər təmsilçiləri öz növbəsində Pekinin bu təklifinə aydın şəkildə “yox” deyə bilmədilər.
çin əzir, ABŞ əyilir. Bu, müharibəsonrası Yaponiya üçün ağır böhrandır. İndi müstəqil dövlət kimi öz maraqlarımızı özümüz qorumalıyıq. Parlamentdə yalnız kollektiv müdafiə haqda söhbətlər aparmaqla və heç bir gerçək addım atmadan Şərqi çin dənizindəki qaz yataqlarını çin təhlükəsindən necə qorumaq olar? Bu, Yaponiyanın və Senkaku adalarının bütün sakinlərinə aiddir.
İstərdik ki, siyasətçilər hərəkətə keçsinlər.
Yosiko Sakurai
“Sankei Shimbun” (Yaponiya), 06.07.2015