Böyük savaşın ssenarisi cızılır
Hələ biz XX yüzilliyin düşüncəsi ilə XIX yüzilliyin nümunəsi olan sərhədləri necə cızmağın üstündə baş sındırınca, bu dünyanın qüdrətliləri böyük savaşa hazırlaşır ki, biz sadəcə çarəsizcəsinə onu seyr edə və nəticələri ilə barışa bilərik.
çin Xalq Respublikasının bütün dövlət institutları (bu haqda Türkiyədə bu gün ümumiyyətlə danışılmır) üçüncü dünya savaşına hazırlıq aparır. çin son bir neçə il ərzində dünyada hamıdan çox və sürətlə silahlanır. Amerika tarazlığın bərpası üçün yüksəktexnologiyalı silah növlərinə yönəlməyə cəhd edir. Rusiyanın ən müasir qırıcıları Avropa Birliyinin sərhədləri boyunca daim dövrə vurur.
üçüncü dünya savaşı məhz bu üç ölkə arasında baş verəcək. Keçən iki dünya savaşı bizə tarixi ibrət olsa da, güman etməyə alışmışıq ki, bu cür münaqişə bir daha təkrar olunmaz, lakin çin, Rusiya və ABŞ yeni böyük müharibənin ssenarisini hazırlayır.
Bütün baş verənlərin təhlilindən sıradakı mənzərə yaranır. Böyük savaş qızışaırkən ABŞ-la çin dənizdə vuruşacaq. Bu, ən yeni avadanlıqlarla təchiz edilmiş gəmilərin müharibəsi olacaq. Hücum zamanı qeyri-ənənəvi silah növlərindən, o cümlədən lazer silahından istifadə olunacaq.
Bu arada səmada Rusiya və Amerika təyyarələrinin, birinci növbədə, pilotsuz uçuş aparatlarının savaşı başlanacaq.
Quruda toqquşma məhdud xarakterdə olacaq və burada robotlaşdırılmış hərbçilər və qurğular ön plana çıxacaq.
Əsil üçünücü dünya savaşı isə kosmosda baş verəcək. Axı bu savaşda başlıca hədəf düşmən sistemlərinin sıradan çıxarılması olacaq. Buna görə də çinin ABŞ-a rəqəmsal hücumunu adi haker sındırması saymağına dəyməz. Bu hücumun, əslində, üçünücü dünya savaşına hazırlıq olduğunu Pentaqon da bilir.
çinlilərin 74%-i güman etməyə meyllidir ki, ABŞ-la müharibədə qələbə çalacaqlar.
Keçən il Pentaqonun “silahın testdən keçirilməsi proqramı” göstərdi ki, bu gün ABŞ-ın sərəncamında olan silah növlərinin hamısı kiberhücum qarşısında dözümsüzdür. Bunu ABŞ müdafiə nazirliyi aparatındakı Əməliyyat sınaqları və qiymətləndirmə şöbəsinin direktoru Maykl Gilmor açıqlayıb. Buna görə də Amerika üçüncü dünya savaşına hazırlaşarkən kibermüdafiə sisteminin möhkəmləndirilməsini prioritet götürür. Hazırda bu onların başlıca və yeganə məqsədidir.
çin bu xərclərdə AB-ni çoxdan geridə qoyub, beş ildən sonra isə Amerikaya çatacaq. çXR dünyada ən sürətli kompüterlərin istehsalında son mərhələyə yaxınlaşıb. Bundan başqa, çin uzaqmənzilli pilotsuz hücum təyyarələrinin hazırlanması ilə məşğuldur.
Ola bilsin ki, ABŞ döyüşün aparılmasında robotlaşdırılmış sistemlər bazarında da qalan ölkələri qabaqlayır, lakin bu cür silahların sınağını tez-tez Amerikanın hansısa bir şirkəti deyil, Cüney Koreyanın mühəndislər qrupu aparır. Güney koreyalı mühəndislər qrupu isə çinlə münasibətdə axırıncı yerdə durmurlar.
Bu gün hakerlikdə heç kim çinə tay ola bilməz. Buna görə də kibertəhlükəsizlik ABŞ Hərbi-dəniz akademiyasının tədris proqramına daxil edilib.
Bizə məlum klassik döyüş mənzərələri, çox güman ki, Tayvan və Balkanlarda meydana çıxsa da, “dünya hegemoniyasının müəyyən edilməsi”nə yönələcək bu yeni müharibədə dünya indiyə qədər görünməmiş fəlakətli nəticələrlə üzləşə bilər. Məsələn, kiberhücum nəticəsində insanların gündəlik həyatını təmin edən sistemlər sıradan çıxa bilər.
Sərdar Turqut
“Haberturk” (Türkiyə), 04.07.2015