XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

25 İyul 2016 - 20:31

İspaniyanın “Qaya” iddiası:“Brexit” iki dövlətin "anklav" davasını qızışdırdı

cebultariq-anklav

Böyük Britaniya parlamenti İcmalar Palatasının bir qrup deputatı NATO-nun baş katibi Yens Stoltenberqə məktub yazaraq Cəbəllütariqə (yaxud britaniyalıların “Qaya” adlandırdığı Gibraltar) münasibətdə İspaniyanın “getdikcə daha müntəzəm şəkildə təxribatlar törətməsi”nə diqqəti çəkib.

İngilis deputatların fikrincə, yüz illərin mübahisə mövzusu olan kiçik anklavda Dumanlı Albionun suveren hüquqları tapdanır. Belə ki, ispan gəmiləri Cəbəllütariqdə Britaniya sularına “daimi qanunsuz müdaxilə edir”, rəsmi Madrid ABŞ gəmilərinin XVIII əsrin əvvəlindən Birləşmiş Krallığının ərazisi sayılan sularda lövbər atmasını qadağan edir.

Şimali Atlantika Alyansının baş katibinə şikayət edən parlamentarilər bunu da diqqətə çatdırırlar ki, Böyük Britaniya təyyarələri nin anklava eniş etməsi də çətinləşib, çünki İspaniya öz hava sahəsinin pozulmasına yol vermir.

Məktubda, həmçinin İspaniya hakimiyyət orqanlarının rus döyüş gəmilərinə Cəbəllütariqdən cəmi 19 mil uzaqlıqda yanacaqla təchiz olunmağa icazə verdiyi halda, rəsmi Madridin bu Britaniya ərazisinə qarşı davamlı olaraq şifahi təhdid söyləməsi qabardılır. Məktub müəllifləri Yens Stoltenberqi xəbərdar edirlər ki, “bu sayaq hərəkətlər NATO-nun üzvü olan İspaniyaya heç bir etibar saxlamır”.

Bu qısa şikayətnamənin məhz indi peyda olması təsadüfi deyil. Birləşmiş Krallığın Avropa Birliyi üzvlüyü ilə bağlı son referendumdan sonra rəsmi Madrid Cəbəllütariqə olan iddialarını daha qəti şəkildə bildirməyə başlayıb.

Bünövrəsi hələ üç əsr əvvəl qoyulan bu münaqişənin çözüm vədəsinin yetişdiyini güman edən İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsia-Marqall “brexit”, yəni referendumun nəticələrinin açıqlanmasının ardınca bəyan edib ki, Cəbəllütariqin geri qaytarılması üçün “yeni imkanlar” açılıb.

Hələ heç zaman Cəbəllütariq İspaniyaya birləşməyə bu qədər yaxın olmayıb”, – deyən xarici işlər naziri bu günlərdə rəsmi Londonun əsəbləri ilə bir daha oynayıb. Joze Manuel Qarsia-Marqall deyib ki, Brüssellə danışıqlara Cəbəllütariq məsələsini də daxil olduğu təqdirdə İspaniya veto hüququndan istifadə edəcək. O, bir daha İspaniyanın Cəbəllütariq üzərində Böyük Britaniyanın suverenliyini tanımadığını xatırladıb.

Birləşmiş Krallığı çətin mövqedə qoyan bir səbəb var. Anklav əhalisi referendum zamanı Avropa Birliyində qalmanın lehinə səs verib. İspaniya xarici işlər naziri də bu durumdan faydalanaraq “əhalinin rəyinə hörmət etməyə” çağırıb.

Cəbəllütariq qubernatoru Fabian Pikardoda AB-də qalmaq üçün rəsmi Brüssellə danışıqlara hazır olduqlarını bildirib. Bununla belə, Gibraltar sakinləri Böyük Britaniya təbəəliyini İspaniya təbəəliyindən üstün tutur.

Təxminən 7 kvadrat kilometr ərazisi və 30 min əhalisi olan anklavdan Böyük Britaniyanın asanlıqla imtina etməsini düşünməyə dəyməz. Lakin İspaniya da yarımadanın bu strateji cəhətdən çox mühüm məntəqəsinə iddialarından heç zaman vaz keçməyəcək. İndiki halda rəsmi Madridin əl-ayağa düşməsini həm də Cəbəllütariqdən  təzyiq aləti kimi istifadə etməklə, Böyük Britaniyanı AB-də saxlamaq cəhdi də sayanlar da var. Amma bu inandırıcı səslənmir. Üstəlik, digər müttəfiqlər üçün “brexit” sanki göydən düşmə fürsətdir. Məsələn, baş nazir T.Mey ilə görüşdə Fransua Olland bildirib ki, Dumanlı Albion AB-dən çıxışını tezləşdirməlidir…

M.Rzasoy

cebultariq-adddd