XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 19:36

Rus ekspert:“ABŞ-ın Qərbi Avropadakı bütün orduları işğalçı qoşun statusundadır” – Təhlil

ordu

Discussio.ru,  26.07.2016

 

Avropaya öz ordusu lazımdır, çünki NATO blokunun qüvvələri indiki görkəmdə qitədə sülhün təminatı üçün daha yetərli deyil. Macarıstan hökumətinin mətbuat xidməti xəbər verir ki, Macarıstan baş naziri Viktor Orban şənbə günü Rumıniyanın Beile-Tuşnad şəhərində çıxış edərkən belə deyib.

Orbanın sözlərinə görə, NATO-ya üzvlük mühüm və yaxşıdır. Həm də alyansın müdafiə “çətiri”nin Mərkəzi Avropa üçün böyük əhəmiyyəti var. Lakin Britaniyanın AB-dən çıxmağı qitənin hərbi gücünün xeyli azalmasına səbəb olacaq.

Aydındır ki, NATO-ya bundan sonra da ehtiyacımız olacaq və alyansın fəal üzvü kimi qalmalıyıq, – baş nazir deyib. – Lakin Böyük Britaniya – beşinci iqtisadiyyat və nüvə dövləti AB strukturlarından çıxıb. Və bu kontekstdə Avropa məkanında vahid ordu yaratmaq barədə ciddi düşünməyimiz lazımdır”.

Orbanın hesab etdiyi kimi, bu ordu “qitəni iki tərəfdən – şərq və cənubdan qorumalıdır. Terrorizm və mühacirətdən müdafiə etməlidir”.

Diqqət çəkəndir ki, Çexiya hökumətinin başçısı Boquslav Sobotka da faktiki olaraq eyni vaxtda bu haqda bəyanat verib. Onun sözlərinə görə, birgə müdafiə fikri Avropada getdikcə daha çox dəstək qazanır. Çexiya da AB-nin sentyabrdakı Bratislava sammitində vahid Avropa ordusunun yaradılması məsələsini qaldırmağı planlaşdırır.

Avropa birləşmiş silahlı qüvvələrinin yaradılması ideyası, prinsipcə, çoxdan ortalıqda dolaşır. Onu bir vaxtlar Avropa Birliyinin keçmiş sədri Havyer Solana, Avropa Komissiyasının rəhbəri Jan Klod-Yunker, Almaniya kansleri Angela Merkel, Çexiya prezidenti Miloş Zeman səsləndiriblər. Lakin Avropa diplomatiyasının başçısı Federika Moqerini 2016-cı ilin mayında mövzunu yetərincə sərt şəkildə “qapayıb” bildirdi ki, Brüssel öz silahlı qüvvələrini yaratmaq üzrə planlar fikriylə yaşamır. Və bu haqda şayiələr tam uydurmadır.

Bununla belə, Orban və Sobotkanın açıqlamalarından göründüyü kimi, Avropa liderlərinin düşüncələri təhlükəli istiqamətdə işləməkdədir. Lakin dərhal xeyli sual doğur: bu silahlı qüvvələrin strateji təyinatı nə olacaq? Bütün bunlar NATO-nun varlığı ilə necə uzlaşacaq? Və pulunu kim ödəyəcək?

– Vahid Avropa ordusunun yaradılması tamamilə ölü ideyadır. – Rusiya siyasi təhlil üsulları İnstitutunun direktoru Aleksandr Şpunt durumu şərh edir. – Lakin qətiyyən deyilən səbəblərə görə yox. Unutmaq lazım deyil ki, Avropa işğal edilmiş ərazidir. Məsələ burasındadır ki, II dünya savaşınadək Avropa ərazisində ABŞ-ın qoşunları olmayıb. ABŞ-ın Qərbi Avropa ərazisindəki bütün orduları işğalçı qoşun statusundadır. Burada dəhşətli heç nə yoxdur. İşğalçı ordu – tam legitim anlayışdır. Onun Şimali Atlantika müqaviləsi ilə sənədləşdirilməsi heç nəyi dəyişmir. Sovet İttifaqı 90-cı illərdə öz işğalçı qoşunlarını Avropadan çıxartdı. Birləşmiş Ştatlar isə buradakı qoşunlarını ancaq gücləndirir. Yəni Avropanın müstəqil silahlı qüvvələri haqda heç bir söhbət ola da bilməz.

Xatırladıram ki, Qərbi Avropa İttfaqı deyilən birlik var idi (və məncə, indiyədək formal şəkildə mövcuddur) və Birləşmiş Ştatlarsız Avropa muxtar silahlı qüvvələrinin yaradılmasını nəzərdə tuturdu. Lakin amerikalılar ideyanı “qurutmaq” və boş dağarcığa çevirmək üçün əllərindən gələni etdilər. Bu gün hətta Almaniya nüvə dövləti olub-olmadığını bilmir.

– Düzdür, o, nüvə klubunun üzvü deyil.

– Mən o mənada deyirəm ki, qitədə ən böyük ordulu Almaniyanın başçısına heç kim rəsmən hesabat vermir ki, onun ərazisində nüvə qüvvəsi var, ya yoxdur? Biz niyəsə unuduruq ki, hazırda, deyək ki, hətta Rumıniyada yeləşən və tezliklə Polşada da olası RƏM ünsürləri Birləşmiş Ştatların milli müdafiəsinin elementləridir. Bu ünsürlər, ümumiyyətlə, NATO-ya aid deyil. Bu qayda ilə adı çəkilən dövlətlərin bütün milli müdafiəsi “birdəfəlik” Birləşmiş Ştatların komandanlığına tabedir. Buna görə də Brüsselin planlarının olmadığı xüsusda hər cür söz-söhbət… Brüsselin ümumiyyətlə heç bir planı yoxdur. O, heç kimdir. Və onun adı yoxdur. Yəni, əlbəttə, Amerikanın hərbi-siyasi basqısından qurtulmağa Avropanın çox böyük arzusu var və bu arzu daim təzahür edir. Başqa məsələdir ki, bunu gerçəkləşdirməyə heç bir şans yoxdur. Ən azı, indiki siyasi durumda. Amerika, sadəcə, imkan verməz. Hətta son zamanlar NATO qoşunlarının Baltikyanında gücləndirilməsini, Amerika qüvvələrinin daim çoxaldığını müşahidə edirik. Həmişə hansısa hərbi təlimlər keçirilir və s. Bütün bunlar yalnız bir şey üçün nəzərdə tutulub – Avropa ərazisində Amerikanın hərbi-siyasi üstünlüyünü gücləndirmək. Bəli, NATO-nun başçısı həmişə formal olaraq avropalı olub. Bəs orada ən başlıca general kimdir? Yəni tankları hərəkətə gətirən adam kimdir?

– Təbii ki, Pentaqonun adamı.

– Həmişə belə olub və belə də olacaq. Çünki bu, işğalçı ordudur. Onun bu gün formal olaraq NATO kimi sənədləşdirilməsi heç nəyi dəyişmir. Rusiya işğalı da Varşava müqaviləsi kimi sənədləşdirilmişdi. Ancaq Rusiya 90-cı illərdə işğaldan imtina etdi. Amerika isə yalnız güclənir. Onu ora heç kim dəvət etməyib. Xatırladıram, Amerika ordusunu Avropaya heç kim çağırmayıb. Onlar II dünya savaşından sonra orada qalib qismində göründülər. Buna görə də Avropanın müstəqil silahlı qüvvələri haqda söhbətlər məhz söhbətdən uzağa getmir. Buna görə də AB xarici siyasətinin  okeanın o tayından nə qədər idarə edildiyini görürük. Təəssüf. Lakin bu faktdır. Təkcə Birləşmiş Ştatların Avropaya sırıdığı antirusiya sanksiyaları ilə bağlı durumu yada salmaq kifayətdir. Amerikanın özü qətiyyən ziyan çəkmir. Avropa isə milyardlarla dollar itirir.

– Nə qədər qəribə olsa da, bu müddətdə ABŞ-la mal dövriyyəmiz hətta artıb…

– Bu, aydındır. Lakin buna baxmayaraq, Avropa sanksiyalardan imtina etmək iqtdarında deyil. Məhz ona görə ki, çox ciddi hərbi-siyasi ağalıq altındadır. Əlbəttə, bu o demək deyil ki, Amerika tankları Berlinin Unter-Den-Linden küçəsindən keçəcək. Və yaxud Fransa parlamentinə necəsə hədə-qorxu gələcək. Əlbəttə, yox. Elitaların hazırlanması sistemi artıq yetərlidir. Qərarların qəbul edilməsi sisteminin biçimi artıq kifayətdir. Kifayətdir ki, yüz faiz Vaşintona mütləq tabe olan və guya ki, Avropanın mərkəzi Brüssel var. Lakin artıq hamıya aydındır ki, Avrtopanın maraqlarına qətiyyən cavab verməyən Brüssel var. Hətta Ştatların Avropadakı əsas müttəfiqi Böyük Britaniya Brüsselin davranışından o qədər hiddətlənib ki, onun təsirindən çıxır. Buna görə də Avropanın hansısa ordusu olacağı haqda söz-söhbətlər maliyyə haqda söhbətlər deyil. Bu, həmin ordunun hərbi-strateji təyinatı haqda söhbətlər deyil. Bu, hətta o söhbət də deyil ki, bu ordunun vəzifəsi varmı? Bu, Amerika işğalının dayandırılması haqda söhbətlərdir. Amerikalılar isə buna heç vaxt getməyəcəklər. Bu, onlar üçün II dünya savaşı yekunlarının yenidən nəzərdən keçirilməsidir.

– Bununla belə, Angela Merkel növbəti əlli ildə bu vəzifəni AB üçün prioritet adlandırıb…

– O, eyni müvəffəqiyyətlə beş yüz il də vaxt qoya bilərdi. Və siyasətdə əlli il bunu bildirir: heç vaxt!

– Onda bu mövzu niyə tam səngimir? Niyə Avropa siyasətçiləri tərəfindən zaman-zaman qaldırılır?

– Çünki avropalıların müstəqilliyə böyük ehtiyatı var. Avropalıların bu əzəmətli tələbi təkcə kütləvi deyil, həm də elitardır – bu və başqa biçimdə üzə çıxır. Ukraynanın Hollandiya ilə assosiativliyi, İngiltərədə Brexit, Almaniyada mühacir siyasətindən hiddət formasında. Və düşünürəm ki, Fransada növbəti prezident seçkilərinə də çox ciddi şəkildə təsir edəcək. Avropanın siyasi müstəqilliyinə çox böyük Avropa tələbatı var. Avropa çox nəhəng sivilizasiyadır. O, okeanın o tayından idarə oluna bilməz. Bu gün isə oradan idarə edilir.

RF SQ Baş Qərargahının keçmiş polkovniki, hərbi ekspert Mixail Xodaryonok sual edir:

– Fərziyyə səviyyəsində təsəvvür etsək ki, belə bir şey mümkündür, onda bu ordu hansı prinsiplər əsasında yaradılacaq? Leninin dediyi kimi, inqilabın əsas məsələsi hakimiyyət məsələsidir. Ümumiyyətlə, silahlı qüvvələrdə rəislərə tabeliyin dörd səviyyəsi var. Məsələn, “birbaşa tabelik” var. Yəni rəis döyüş və əməliyyat tapşırıqları verir və bölmənin daxili həyatı planında tam hakimiyyətə malik olur. O, tabeliyindəkiləri işdən götürə, təyin edə və xidməti vəzifənin icrasından uzaqlaşdıra bilər. Operativ asılı sanki əməliyyat planında komanda verir, lakin daxili həyata heç cür qarışmır. Hələ “əlavə edilmişlər” və “dəstəkləyənlər” kimi formalar var. Avropalılar öz ordularını hansı prinsiplərlə yaratmağa hazırlaşırlar? Və tabeliyin hansı formaları olacaq – əsas məsələ budur. Kimin əmr verəcəyi bundan asılıdır. Direktivləri kim verəcək? Və onun icrasına kim nəzarət edəcək? Lakin düşünmürəm ki, Vaşintonda bu ideyanı dsətəkləyərlər. Əslində, NATO nədir? ABŞ-ın silahlı qüvvələri və cürbəcür “xırdalar”. Orada – NATO-da hər şeyi amerikalılar həll edirlər.  Və əsas məsələ qarşıya çıxır – pul barədə. Avropalıların pulu alyansa deyil, öz ordularına köçürməsi, çətin ki, amerikalılara xoş gələr. Bu zaman ABŞ hərbi-sənaye kompleksinin maraqlarına toxunulacaq. Buna isə heç kim yol verməz.

 

Tərcümə Strateq.az-ındır.