XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 13:55

Ankara Bişkekin cavabını udacaqmı?"Qırğızıstanı isti payız gözləyir" - Təhlil

TQ

eadaily.com, 26.07.2016

 

Ankara Bişkekə çevriliş hazırlığı haqda xəbərdarlıq edib. Əvəzində isə respublikada “Fətulla Gülənin terrorçu təşkilatlarını” bağlamaqla qardaşlıq münasibətini təsdiqləməyi tələb edir. Qırğızıstan XİN isə Türkiyənin bəyanatını şantaj adlandıraraq, onun daxili işlərinə qarışmamağa çağırıb.

Ekspertlər hesab edirlər ki, Ankara Bişkekin cavabını udmayacaq və Qırğızıstan, ən azı, Türkiyənin iqtisadi dəstəyindən məhrum ola bilər.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xəbərdarlıq edib ki, “Fətulla Gülənin terrorçu təşkilatı Qırğızıstanda çevriliş təşkil edə bilər”. O, Qırğızıstan hökumətini Gülənə məxsus bütün təhsil müəssisələrini bağlamağa çağırıb. O bu haqda 2016-cı il iyulun 24-də Alanyada demokratiyaya dəstək aksiyasında məlumat verib. Çavuşoğlu deyib: “Mən qardaşıma – Qırğızıstan xarici işlər nazirinə (Erlan Abdıldayevə) dedim ki, onlara münasibətinizi dəyişməsəniz, onda biz sizə münasibətimizi dəyişərik. Biz qardaşlarımızdan dəstək gözləyirik, qardaşdan üz çevirməzsən. Sən bu çətin günlərdə öz qardaşlığını sübut etməlisən”.

Türkiyə XİN başçısının sözlərinə görə, “bu qurum Türkiyədəki kimi Qırğızıstan hakimiyyətinin bütün qanadlarına sızıb”.

Ekspertlərin fikrincə, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Türkiyədə islamçı müxalif vaiz Fətulla Gülənlə bağlı bütün müəssisələrin bağlanması ilə bağlı sərəncamı bu cür açıqlamaya səbəb  olub. Hətta Azərbaycanda və bir sıra başqa ölkələrdə də “Gülən məktəbləri” bağlanmağa başlanıb. Qırğızıstanda 9 ibtidai məktəb, 16 litsey, 2 beynəlxalq məktəb Silk Road və Cambridge“Atatürk – Ala-Too” universiteti bu şəbəkəyə aiddir.

Cavabı çox gözləmək lazım gəlmədi. Qırğızıstan XİN-in cavab bəyanatında deyilir: “Türkiyə respublikası Qırğızıstan üçün qardaş ölkədir, xalqlarımızın tarixən şərtlənmiş qədim, sıx əlaqələri var. Biz Türkiyə rəsmilərinin narahatlığına anlayışla yanaşırıq. Lakin eyni zamanda xatırlatmaq istərdik ki, Qırğızıstan hər şeydən əvvəl suveren dövlətdir və onun üçün nəyin pis, nəyin yaxşı olduğunu anlamaq və qərara gəlmək iqtidarındadır. Hesab edirik ki, hansısa ölkənin xarici işlər naziri başqa bir dövlətə ultimatum və şantaj dilində bu və ya digər fəaliyyətin zəruriliyini göstərməyi, ən azı, nəzakətsizlikdir”.

XİN xəbər verir ki, Türkiyə tərəfinin müraciəti alınıb və “diqqətlə öyrənilir”.

Türkiyə məktəbləri Qırğızıstanda hələ keçən əsrin 90-cı illərində Fətulla Gülənin “Hizmət” hərəkatı tərəfindən yaradılıb və “Səbat” adıyla fəaliyyət göstərir. Əvvəlcə bu məktəblərə 1990-cı il Oş münaqişəsi nəticəsində yetim qalmış uşaqları qəbul edirdilər. Ekspertlərin hesab etdiyi kimi, onların ölkənin təhlükəsizliyi üçün təhdid daşıdığını söylmək səhv olardı.

Qırğız ekspert Zülfiyyə Marat öz facebook səhifəsində yazıb: “Qırğızıstana “Azazel”- effekt xəbəri verirlər? “Azazel”i yazmış Boris Bakunin, yəqin ki, Gülənin təhsil sistemi ilə tanışdır. Yazıçının zəngin fantaziyası dünya sui-qəsdini, teraktları təsvir edib, lakin bundan sonra Türkiyəsayağı sürrealizmin solğun surətinə dönəcək”.

O, qeyd edir ki, Qırğızıstandakı “Səbat” məktəbləri və Türkiyənin digər təhsil təşəbbüsləri mürəkkəb hadisədir – fəaliyyətini sərgiləyir, uşaqları sevmək, onların uğurları ilə fəxr etmək, istedadlıları aramaq və irəli çıxartmaq lazım olduğunu bildirir (bir neçə gün əvvəl xəbər gəldi ki, Kadamcay litseyinin şagirdi fizika üzrə beynəlxalq olimpiadada mükafata layiq yer tutub ).

Zülfiyyə Marat hesab edir: “İndiki vaxtda Gülən məktəblərinin dövlətimizin təhlüksizliyinin təminatına maneə olduğunu və yaxud olacağını söyləmək böyük səhv olardı. Bir şey aydındır. Qırğızıstan Türkiyənin nüfuz dairəsinə o qədərm dərindən və kifayət qədər daxil olub ki, Türkiyənin müxtəlif siyasi qrupları arasında araşdırma obyekti  olub. Bu, Qırğızıstan dövlətinin zəifliyindən xəbər verir. Və bunu XİN-in tək bir bəyanatı ilə qaydaya salmaq olmaz. Dövlətimiz həqiqətən də təhsil sisteminə qayıtmalı və gələcək nəsillər haqda düşünməlidir. Mənim baxışımca, Qırğızıstandakı bütün orta məktəblər ancaq dövlətə məxsus olmalıdır. Gülən məktəbləri dünyanın 140 ölkəsində fəaliyyətdədir. Əgər onlar xüsusi olmaq istəyirsə, onda qoy ümumi qayda da bu statusu alsın, hamilik isə Türkiyə tərəfinə qala bilər”.  

Ekspertin fikrincə, Qırğızıstan ilə Türkiyə arasında münasibətlərin kəsilməyi qaçılması lazım gələn ən pis variantdır. Türkiyə məsələni bu şəkildə qoymamalıdır.

Müxalif qırğız siyasətçisi Ravşan Ceyenbekov hesab edir ki, Qırğızıstan öz milli maraqlarını, müstəqilliyi və demokartik dəyərləri  rəhbər tutmalıdır. Ceyenbekov EADaily-yə deyib: “Türkiyə rəhbərliyinin əhvalının yönünə baxmayaraq, deyə bilərəm ki, Qırğızıstan Gülən məktəblərinə münasibətdə addımlar atmasa, Qırğızıstan-Türkiyə münasibətləri kəskin şəkildə soyuya bilər. Artıq buna qədər Rusiya ilə Türkiyə arasında problemlər meydana çıxarkən soyuqlamaya müəyyən səbəblər olmuşdu. Lakin indi durum başqa cürdür, bu, artıq şəxsən Ərdoğana, onun hakimiyyətinə toxunur. Türkiyə rəhbərliyi sərt, sistemli və ardıcıl şəkildə təkid edəcək ki, Qırğızıstan onun tələblərini yerinə yetirsin. Və yerinə yetirməsə, ikitərəfli münasibətlər kəskin şəkildə pisləşəcək”.

Yuxarı Narın SES kaskadının inşası haqda Rusiya ilə müqavilə qüvvədən düşdükdən sonra Türkiyə Qırğızıstan üçün ən böyük ticari-iqtisadi tərəfdaş olub. Avrasiya İqtisadi Birliyinə daxil olmağın ilkin nəticələrindən peşman olmuş Bişkek Ankara ilə münasibətləri keçən ilin sonundan hiss ediləcək dərəcədə fəallaşdırıb. Qırğız diplomatları, siyasətçiləri və ictimai xadimləri 2015-ci il noyabrın axırından 2016-cı il fevralın əvvəlinə qədərki dövrdə Türkiyə təmsilçiləri ilə müxtəlif xeyli görüşlər və birgə tədbirlər keçirib. Bu müddətdə Ankarada Qırğızıstanın 170 milyon əhalisi olan Avrasiya İqtisadi Biriyinə çıxış yaradan biznes ölkəsi qismində qələmə verdiyi iki birgə biznes-forum baş tutub (2015-ci il dekabrın17-də və 2016-cı il 21-22 yanvarda). Türklər öz növbəsində Bişkekı sənaye-iqtisadiyyat bölgələri inşa etməyi vəd ediblər.

Ravşan Ceyenbekov inanmağa meylli deyil ki, “gülənçilər Qırğızıstanda hansısa bir cəncəl qarışdıra bilərlər. Bu, ciddi söhbət deyil. Lakin hökumətimiz Türkiyə rəbərliyinin tələbini yerinə yetirməsə, bax, onda həm Qırğızıstanda, həm də hökumətimizə münasibətdə hansısa problemlər meydana çıxa bilər. Çevrilişə gəlincə, biz də onsuz da kənar müdaxiləsiz isti payız gözlənilir. Əksər siyasi alyanslar növbəti prezident seçkilərinə hazırlaşmaqla artıq bu gün yenidən qruplaşmağa başlayıb”.

 

Tərcümə Strateq.az-ındır.