XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2015 - 04:49

Erməni nəşri: “Pol Qobbl bizə ölüm zəmanəti verir”

Qərbin zəmanəti – ölüm hökmüdür

Ermənistanda elə adamlar da var ki, Pol Qobblun artıq öldüyünü düşünürdülər. Amma yox, diridir, gümrahdır, işləyir, Vaşinqton Dünya siyasəti institutunun professorudur və bütün bunlarla yanaşı Qarabağın dərdini çəkməyi unutmur.

Onun qayğıkeşliyinin dəyər və hüdudlarına hələ 90-cı illərdən bələdik. Qobbl “qayğıkeşliklə” Mehrini Ermənistandan “kəsib ayırmaq”la əraziləri dəyişməyi təklif etmişdi. Əlbəttə, Mehrini ona heç kim vermədi, lakin “Qobbl” adı ən cəfəng və əxlaqsız planın müəllifi kimi insanların yadddaşına pərçimləndi.

Bu cənab indi öz “rekord”unu təkrar etməyi qət edib və elə fərqlənir ki, hamının tükləri biz-biz olur. Birincisi, o deyir ki, Qarabağ probleminin əsas günahkarları yüksək dərəcədə gərginliyi saxlamaqda maraqlı olan Rusiya və İrandır. Sonra etiraf edir ki, tərəflərin nizamlanmaya nail ola bilməyəcəyindən qorxur. çünki xarici güclər problemlər yaradır. Ona görə də dövri şəkildə qığılcımlar və zorakılıq davam edəcək. Sonra xəlvətcə ruslara yaxınlaşmaq üçün bir xeyli və üzgün-üzgün dövrə vurur və qeyd edir ki, Moskva münaqişə qazanının sakit qaynama rejimində – hər şeyi əvvəlki kimi saxlamaq üçün münaqişənin sülhlə nizamlamasında mənfi rol oynayır.

Pol Qobbl – münaqişələr üzrə bu böyük mütəxəssis bütün bunları deyib bizi onun cəhdləri olmadan da sezilməsi mümkün olan, lakin onun ağzında misilsiz dərəcədə parlaq səslənən bu nəticəyə gətirir. Onun yeni hesablamasına əsasən, Ermənistan “işğal edilmiş” əraziləri qaytarsa, Qərb ona təhlükəsizlik zəmanəti verər…

Bütün dünya bu cür nadan professorlarla doludur. Ona görə də Vaşinqtondakı Dünya siyasəti institutu bu məsələdə tək deyil. Lakin hamı Qobbl ola bilməz, çünki ancaq onun beynində bu fikir yarana bilər ki, azad edilmiş ərazilər qaytarılandan sonra Ermənistanın Qərbin köməyinə ehtiyacı olacaq. Zira intihara bərabər bu cür addımı atmağa qərar vermiş ölkəyə daha heç kim kömək etməz, dəstək verməz.

İndi isə təhlükəsizlik zəmanəti haqda. Pol Qobbl elə bir halı yadına sala bilərmi ki, Qərb hansısa ölkəyə belə bir vəd verib və sözünün üstündə durub? Minlərlə vəd verilib və beləcə də davam edəcək. Xatlırlatmağına dəyərmi ki, batono Mişiko (Gürcüstanın keçmiş prezienti Mixail Saakaşvili-red.) Qərbin vədlərinə ümidvar olub məhz mister Geytsin göstərişi ilə dahiyanə əməliyyata başlayarakən Gürcüstanın başına nələr gəldi? Qız sadəlövhlüyü ilə Qərbə və onun vədlərinə aldanıb batmaqda olan Ukraynanı göstərməyinə dəyərmi? Dünyanın bütün guşələrində ölüm və dağıntını tam şəkildə dadmağa macal tapmış dövlətlərin hamısını yada salsaq ki, onlar da “təhlükəsizlik zəmanəti”ndən ayıldıcı zərbə almışdı və həm də elə bir zəmanət ki indiyə qədər özlərinə gələ bilmir.

Qərbin zəmanəti – ölüm hökmüdür. Həm də bu gün Pol Qobbl Ermənistanın Moskvanın girovu və casusu olduğunu deyərkən ona beləcə də demək istəyirsən: Hobbl, sən gəl, su, ya da arağını iç və özünə gəl. Ermənistan girov deyil. O, sadəcə, yaşamaq istəyir – sənsiz və Qərbin zəmanətləri olmadan.

ümidvarıq ki, tezliklə göylərdən İlahinin səs hamıya səslənəcək ki, Amerikadan uzaq durun və nə qədər uzaq olsanız, bir o qədər yaxşıdır.

“Shame” (Ermənistan), 08.07.2015