XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

27 İyul 2016 - 19:11

“Ayfon” Türkiyədə tanklara qalib gəldi –Sükut edənlər və Ərdoğana birmənalı dəstək verənlər kimlər oldu? - Təhlil

w

 

Devid Herst

Middle East Eye, 26.07.2016

   

Türkiyənin hərbi çevrilişə reaksiyası yetkin demokratiyanın reaksiyası idi. Qərbin reaksiyası korrupsiyalaşmış, avtokratiyaya dəstəklə ləkələnmiş reaksiya idi.

Türkiyənin kommandos bölmələri, quru qoşunları, birinci və dördüncü orduları və hərbi-hava qüvvələrinin yüksəkçinli zabitləri çevrilişi həyata keçirtmək üçün hakimiyyəti ələ keçirməkdən ötrü fövqəladə cəhdlər göstərdilər. Onlar iki aeroprtu ələ keçirdi və üçüncüsünü bağladılar. İstanbulun Avropa hissəsini Asiya hissəsindən ayırmağa cəhd etdilər. Ankarada parlamenti doqquz dəfə atəşə tutdular. Türkiyə MİT-inin mənzil-qərargahının yanında həlledici döyüş baş verdi. Onlar tank, döyüş helikopteri və F-16 təyyarələrindən istifadə etdilər. Türkiyə prezidenti çevrilişi pozmaq üçün öz “ayfon”undan istifadə etdi. Məscidlər səsucaldanlardan yararlanıb işıqlanmağa xeyli qalmış camaatı ibadətə çağırdı. Bəziləri prezidentin ardıcıl əleyhdarı olan bütün əqidələrin siyasi liderləri açıq şəkildə terrora qarşı çıxış etdilər. Polislər əsgərləri həbs etdilər.

Əliyalın adamlar demokratiyanı ölkəyə qaytarmaqdan ötrü atışmadan qorxmayaraq CNN Turk kanalının studiyası və Bosfor körpülərini tutdular.

Bu, birmənalı şəkildə hərbi çevriliş idi. Bununla belə, ABŞ-ın Ankara səfirliyi ABŞ vətəndaşları üçün təcili məlumatında bunu “üsyan” adlandırdı.

"Geopolitical Futures" nəşri təhlil dərc edərək bildirdi ki, çevriliş uğurlu idi. "BBC Arabic", "Sky News Arabic", "El Arabiya" TV telekanalları, ITN-in diplomatik redaktoru, Amerika telekanalları – hamısı şərh edirdi ki, Ərdoğanın axırına çıxılıb və yaxud o, Almaniyaya qaçıb.

"The Guardian" qəzeti ilk başlığı (sonradan dəyişdirilib) müəllifin avtoritar islamçı kimi xarakterizə etdiyi adamın iflasından fərəhini gizlədə bilmədiyini xəbər verən məqalə dərc etdi. “Rəcəb Tayyib Ərdoğan Türkiyədə gərginliyi necə qızışdırdı?”.

Türkiyə xalqı öz gələcəyi uğrunda çarpışınca imici demokratiya olan Qərb liderləri tərəfdən qeyri-adi sükut var idi. Fransa konsulluğu iki gün öncə bağlanmışdı. Onlar Türkiyənin bilmədiyi nəyisə bilirdilər?

ABŞ dövlət katibi Con Kerri ilkin çıxışında dəhşətli “çevriliş” sözündən başqa istənilən kəlməni işlətdi. O, Türkiyədə “sabitlik, sülh və varisliyə” ümidini ifadə etdi. Qanuni seçilmiş prezident və qanunu seçilmiş parlament haqda bircə kəlmə də yox idi. Çevrilişin uğursuz çıxdığı  məlum olanda prezident Obama və Kerri Ərdoğana birmənalı dəstək ifadə edən bəyanat verdilər.

Avropa və ABŞ-ın Yaxın Şərqədəki səylərinin niyə hədər olduğunu, bütün mənəvi nüfuzalarını nə üçün itirdiyini və daha demokratik dəyişikliklərin daşıyıcısı olmadığının səbəbini bilmək istəyirsinizsə, onda sadəcə, üç saatlıq sükuta diqqət yetirin – çünki İstanbul və Ankarada küləyin hara əsəcəyini gözləyirdilər.

Səudlar Ərdoğana dəstək bəyanatı verməzdən əvvəl 15 saat gözlədilər. Əmirliklər və nəzarətindəki KİV məlumat yaydı ki, Ərdoğan ölkədən qaçıb. Lakin həqiqət tam əksinə idi. Ərdoğan havada F-16 təyyarələrinin olduğu və Atatürk aeroportunda uçuş-enmə zolağının bağlı ola biləcəyini bilə-bilə cəsarət göstərib İstanbula yollanan təyyarəyə əyləşdi. Dünyada yalnız üç ölkə – Mərakeş, Sudan və Qətər lap əvvəldən Ərdoğana birmənalı dəstək verdi.

Ərdoğanın gedişinə bütün illəti olan və onun tərəfindən kənarlaşdırılan Türkiyə siyasətçilərinin bəyanatları özəl təəssürat buraxdı. Türkiyənin ən böyük sol-mərkəzçi Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıcdaroğlu dərhal bir sıra tvitlərdə çevrilişə qarşı çıxdı və bildirdi ki, ölkə keçmişdə hərbi çevrilişlərdən gücü şəkildə ziyan çəkib.

ƏİP-in bu yaxınlarda Ərdoğan tərəfindən uzaqlaşdırılmış və yaxud vəzifəsindən azad edilmiş iki lideri onu dəstəklədi. Keçmiş prezident Abdulla Gül CNN Turk kanalına bildirdi ki, “Türkiyə Latın Amerikası ölkəsi deyil… Hökuməti devirməyə çalışanları kazarmalara qayıtmağa çağırıram”.

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu “Əl-Cəzirə”yə dedi: “Türkiyə demokatik dövlətdir… düşünmürəm ki, bu cəhd uğurlu olacaq. Türkiyəni sabitsizləşdirmək cəhdi olmamalıdır. Suriyada və başqa bölgələrdə o qədər böhranlarla üzləşirik ki, türk xalqı ilə həmrəylik vaxtı çatıb… İndiki anda müxtəlif şəhərlərdə adamlar bu dövlət çevrilişi cəhdlərinə qarşı küçələrə, meydanlara çıxıblar”.

Bütün bu adamlar Qərbin vahid fikrinin Ərdoğana münasibətdə görə bilmədiyini görə bildilər. Ki, Ərdoğanın özündənsə, proses vacibdir. Təsəvvür edin ki, hətta əksəriyyət onun müstəsna prtezident səlahiyyətlərinə malik olmasını istəmirsə də, türklər öz prezidentlərini seçmək hüququ uğrunda vuruşacaq və öləcəklər. 

Türkiyənin reaksiyası yetkin demokratiyanın reaksiyası idi. Qərbin reaksiyası korrupsiyalaşmış, avtokratiyaya siyasi və hərbi dəstəyi ilə müalicəolunmaz şəkildə ləkələnmiş reaksiya idi.

Dönüş məqamı sosial şəbəkələrdə Əroğanın öz “ayfon”u ilə danışdığını əks etdirən  videoyazılar yayılarkən baş verdi. Bu anadək hər şey elə görünürdü ki, çevriliş baş tutacaq. O, adamları küçələrə çıxmağa və orada qalmağa çağırdı. Və onlar bəzən öz həyatları bahasına bu çağrışa hay verdilər. “Ayfon” tanklara qalib gəldi…

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə