XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 11:53

Rus nəşri: Türkiyə AB ilə qarşıdurmada Rusiyaya söykənməyə cəhd edir –Təhlil

PE

İvan Preobrajenski

Rosbalt.ru, 27.07.2016

 

Türkiyədə hərbi çevriliş cəhdinin iflası onun Rusiya ilə münasibətlərinin inkişafına şərait yaratdı. Bəlkə də, o, heç vaxt bu qədər səmimi olmayıb. Və bu indiki halda güman etmirəm ki, bu, Türkiyə prezidenti Ərdoğanı qiyamın başlanması haqda məhz Rusiya xüsusi xidmətlərinin xəbərdarlıq etdiyi haqda şayiələrlə bağlı olsun.

Əsas səbəb başqadır – Türkiyə sürətlə dünyəvi dövlətdən islam dövlətinə çevrilir. Lap deyək ki, köhnə düşməni və rəqibi İranla müqayisədə nisbətən mötədil olsa da. Həm də görünür, bu dövlətin tam başqa cür xarici siyasəti və xaricdə özgə cür müttəfiqləri olacaq.

Rusiya və Türkiyə çevriliş cəhdindən sonra bir neçə gün ərzində ikitərəfli münasibətlərdəki problemləri, ən azı, sözdə həll edib və irəli doğru sıçrayışa başlayıb. Rusiyanın vurulmuş təyyarəsi və həlak olmuş pilot xüsusunda Ərdoğanın üzrxahlığı anlaşılmaz olsa da, Kreml tərəfindən hələ qiyama qədər qəbul edilmişdi. İndi isə aydın olur ki, Türkiyə qırıcısının pilotu guya beyənlxalq hərbi münaqişə törətməyə cəhd edib və yuxarıdan əmr olmadan Su-24-ü öz təşəbbüsü ilə vurub.

Tərəflər bu problemi araşdırıb son yarım ildə dağılmış iqtisadi əməkdaşlığı sürətlə bərpa etməyə başlayıb. Xüsusən də Rusiyanın nizamlayıcı qurumlarının təmsilçiləri artıq avqustin ilk günlərində Türkiyəyə gedəcəklər. Bu barədə “Россельхознадзор”un Rusiya istehsalçılarının, xüsusən də ət və quş əti istehsal edənlərin xaricdəki maraqlarına lobbiçilik edən başçısı Sergey Dankvert məlumat verib. Onun sözlərinə görə, Türkiyə nümayəndə heyəti də cavab səfəri edəcək. Rusiyalılar Türkiyənin  tərəvəz və meyvəsini öz bazarlarına necə buraxacaqlarını həll edəcək,  türklərdən isə süd məhsulları və toyuq ətinin tədarükünə icazə almaq istəyirlər.

Bunu iki ölkənin iqtisadiyyat nazirlərinin görüşəcəyi 5-6 avqustadək sürətlə etmək lazımdır. Onlar öz növbələrində avqustun 9-da Sankt-Peterburqda görüşəcək iki prezidentin görüşü üçün sənədlər hazırlayacaqlar.

Əlbəttə, Türkiyədə indiyədək bütün həlledici qərarları baş nazir Binəli Yıldırım qəbul edir, lakin hamı, o cümlədən xaricdə başa düşürlər ki, o, Türkiyəni Rusiya kimi prezident respublikasına çevirəcək və Ərdoğana iki dəfə, bəlkə də, daha çox başçı seçilməyə imkan verən və demək olar, hazır konstitusiyaya aparan yolda keçid simadır. Ona görə də iqtisadi danışıqları prezidentlərin aparacağında qəribə heç nə yoxdur.

Əlbəttə, danışıqlar təkcə meyvə və “Putinin budları” ilə (toyuq budu nəzərdə tutulur-tərc.) məhdudlaşmayacaq. Türkiyə tərəfi artıq bildirib ki (Rusiya isə təsdiqləyib), Moskva və Ankaraya bu bir neçə ay ərzində ümumi düşmənə dönmüş Avropa Birliyinin xirtdəyindən yapışmağa imkan verəsi “Türk axını” qaz kəməri layihəsi bərpa ediləcək. Rusiyanın iştirakı ilə Türkiyənin “Akkuyu” AES-nin inşası da heç hara yox olmayıb.

Növbəti mövzu bütünlükdə Türkiyənin beynəlxalq siyasətinə, daha dəqiqi, onun mümkün yenidən istiqamətlənməyinə toxunur. Geopolitik tərtiblənmənin radikal həvəskarları artıq proqnozlaşdırırlar ki, daxili siyasətin islamlaşdırılması və demək olar, bütün hərbi komandanlığın darmadağın edilməsindən sonra türklər NATO-dan çıxacaqlar. Xüsusən də ona görə ki, ABŞ-la Ərdoğanın münasibətləri həqiqətən də kəskin şəkildə pisləşib – Ankara rəsmən amerikalılarla təmasların inkişafını Türkiyə hökumətinin dövlət çevrilişinə cəhddə ittiham etdiyi İslam vaizi, siyasi xadim və dissident Fətulla Güləni onların təhvil verib-verməyəcyindən asılı şəkildə qoyur.

Əlbəttə, Gülənin amerikalılar tərəfindən ekstradisiya ehtimalı praktik olaraq hətta sıfıra yaxın olsa da, güman etmirəm ki, Kreml Türkiyənin NATO-dan çıxacağına ümid bəsləyir. Ərdoğan hazırda öz mütləq hakimiyyətini möhkəmlətməli və dünyanın ən böyük bütün siyasi oyunçuları tərəfindən bunun qəbul edilməsinə nail olmalı olduğu bir şəraitdə nə dərəcədə Qərblə kəskin davranmağa cəhd edər? Lakin istisna olunmur ki, Putinlə Ərdoğanın şəxsi görüşündə Suriyada birgə əməliyyatlar üzrə hansısa razılaşmalar əldə ediləcək. Amma Ankara və Moskvanın oradakı maraqları qətiyyən üst-üstə düşmür.

Yada salmağına dəyər ki, Ərdoğan bir zamanlar Ermənistanla tarixi barışığa nail olmağa cəhd edib. Millətçilikdən islamçı relslərə keçid bunu xüsusən də Rusiyanın vasitəçiliyi ilə ikinci dəfə etmək imkanı verir. Bu cür addım nəzəri baxımdan Türkiyənin bölgədəki ənənəvi rəqibi İranı zəiflədə bilərdi. Ola bilsin, Sankt-Peteburq sammitində bu xüsusda hansısa siqnallar səslənəcək ki, bu da öz növbəsində Azərbaycanı çətin duruma salacaq.

Tükiyənin AB ilə münasibətlərinin kəskin şəkildə psiləşməsi praktik olaraq qaçılmazdır və Ərdoğan bu qarşıdurmada Rusiyaya söykənməyə cəhd edir. Avropalılar Türkiyə prezidentinin həyata keçirdiyi konstitusion çevrilişi, təkcə qiyamın hazırlanmasında əli olan hərbçilərin deyil, müəllimlərin, professorların, hakim və məmurların kütləvi həbsini hazırda hamıdan daha kəskin şəkildə tənqid edirlər.

Çox güman ki, Brüssel bürokratiyasının təkində doğulmuş Suriya və İraq qaçqınlarının əksər hissəsini Türkiyədə saxlamaq haqda layihə üzrə sazişi hətta onun gerçəkləşəcəyinə inanan avropalı nikbinlərin də tamamilə yaddan çıxartmağının vaxtıdır. Bir qədər ortamüddətli perspektivdə olsa da, potensialda Türkiyə ilə Rusiyanın AB-yə qarşı yeni koalisiyası cizgilənir. Lakin iki il əvvəl, dalaşmağa qədər  olduğundan daha möhkəm koaalisiya. Lakin bu, artıq təkcə iqtisadi deyil, həm də potensialca hərbi ittifaqdır.

Düzdür, burada AB üçün təhlükə o qədər də güclü deyil, çünki Rusiya AB ilə vuruşmağa hələlik hazır deyil və bu niyyəti yoxdur. Türkiyə hökuməti isə öz ordusunu tamamilə başsız qoyub və gücünə görə NATO-nun ikinci ordusu rolunu ən yaxın illərdə çətin ki bərpa edə bilsin.

 

Tərcümə Strateq.az-ındır.