XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 İyul 2016 - 18:02

15 iyul qiyamının astar üzü:Çevriliş baş tutsaydı, Türkiyəni nələr gözləyirdi? – Təhlil

Is

Oxucularımıza təqdim etdiyimiz proqnoz xarakterli qeydlərdə çağdaş Türkiyənin bir çox acı və potensial həqiqətləri əks olunub. Müəllif 15 iyul çevriliş cəhdinin gerçəkləşəcəyi halda Türkiyəni gözləyə biləsi faciələri modelləşdirməyə cəhd edir və həqiqtən də, qorxunc mənzərə alınır… Lakin bu maraqlı yazını oxuyandan sonra istər-istəməz sual doğur: Türkiyə yazıda təsvir edilən mümkün təhlükələrdən tam sovuşa bilibmi?

  

Demokraik yolla seçilən vəzifəli şəxslərin hamısı öz postlarını əlisilahlılara tərk etməyə məcbur olacaqdı. Bu zaman xalq üsyana qalxar və daha çox qan axardı. Söhbət müvəqqəti fövqəladə durumdan deyil, bir neçə il hökm sürən hərbi vəziyyətdən gedərdi. Lakin bu səbəbdən ki, cəmiyyət bu cür mövcudluğu istəməzdi, nə qayda-qanun olardı, nə də həyat.

Müəyyən dairələr bu çevriliş cəhdini qiyam üçün legitim bəhanə sayardı. Hərbi hökumətə qarşı çıxmaq dünyanın bütün guşələrində qəhrəmanlıq sayılır, buna görə də kürd siyasi hərəkatı, ehtimal ki, dərhal “muxtariyyət” elan edərdi. Ordu onunla mübarizəyə yönələrdi və PKK-ya qarşı gedən terrorizmlə mübarizə kürd xalqına qarşı müharibəyə dönərdi. Nəticə etibarilə, ölkənin bütövlüyü naminə keçirilməsi nəzərdə tutulan çevriliş dövlətin çöküşünə və xalqların müharibəsinə səbəb olardı.

Qiyamçıların siyasi eyhamlarının sırasında sünni İslamının da olduğu üzrə fikir yürüdülsə, ölkədəki hərc-mərcliyə ələvilər və güman ki, bir müddətdən sonra solçu dairələr də qoşulardı.

Bundan savayı, ölkəni qiyamçılar idarə edəcəyindən heç kimin heç kimə güvənmədiyi şübhəli bir dövlət meydana çıxacaqdı. Suriya, Əfqanıstan və hətta İraq kimi və ola bilsin, Gürcüstan və Ukrayna kimi…

 

Düşmənlər çox, dostlar az olardı

 

Çevriliş baş tutsaydı və bunların hamısı baş versəydi, onda ola bilsin, hadisələrə BMT-nin sülhməramlı gücləri və yaxud NATO orduları qarışardı; hər halda ABŞ yubanmadan koalisiya yaradar və İraqdakı kimi “kömək etməyə” başlardı. Nəticədə ölkə ya vətəndaş müharibəsinə, ya da bu və ya başqa formada işğala məruz qalardı.

İş bura qədər gəlib çıxsaydı, Rusiya da Əsəd rejiminə köməyə tələsdiyi kimi duruma qarışa bilərdi, lakin bu dəfə antiqiyamçılara dəstəyə cəhd edərdi.

Rusiya bu cür dəstəyi İskəndərun limanından göstərsəydi, onda, ehtimal ki, Türkiyə boğazlarında da fəallıq yüksələrdi: dost və müttəfiq ölkələr ancaq öz qüvvələrinə güvənməyə başlayar və güman edərdi ki, öz təhlükəsizliyini təmin etməyə iqtidarsız Türkiyə Rusiya, İran və terrorun qaynaqlandığı bölgələr qarşısında acizdir. Hansısa bir anda haradan gəldiyi bilinməyən hərbi libaslı əcnəbiləri görəcək və maraqlanacaqdıq ki, hansı bazada dislokasiya olunublar.

Əlbəttə, durum Kiprə də keçəcəkdi. Ola bilsin, orada da kişik bir çevriliş baş verərdi, bu bəs etməsəydi, qiyamçılaırn fikrincə, legitim parlamentin qərarı ilə Şimali Kipr Türk Cümhuriyyətini Anadoluya birləşdirərdilər. Beləliklə, Diyarbəkirə qarşı (Türkiyə Kürdüstanının qeyri-rəsmi paytaxtı-tərc.) Nikosiya meydana çıxar və bu, “Qərbə yönəlmə” adlanardı.

 

İmzaya şantajla nail olardılar

 

Bu ssenarinin nə qədər gerçəkçi olduğu haqda mübahisə etmək olar. Lakin istənilən halda Türkiyə-AB münasibətləri dondurulacaq, Türkiyənin Avropa Şurası və NATO-ya üzvlüyünə son qoyulacaqdı; demokratikləşmə prosesləri dayanacaq və o zaman avtoritar, Şərqə doğru yerini dəyişmiş Türkiyə meydana çıxacaqdı. Lakin Türkiyə hara axınır-axınsın, Qərbdən uzaqlaşmış bu “Şərq” Yaxın Şərq olmayacaqdı. Çünki qiyamçılar özlərini ərəb xalqları ilə bir sırada göstərməyə meylli deyildilər. Onlar sanki istəyirdilər ki, Türkiyə Qərbdən qoparkən Rusiyanın təsirinə keçmək üçün daha çox Ukraynanın şərqinə oxşasın.

Bu arada “Qərb” birliyi bu cür risklərə göz yuma bilməz və Türkiyəni bu ehtimaldan xilas etmək üçün irimiqyaslı əməliyyata başlardı. Və Türkiyə bu gün razılaşmadığı hər şeyi öz “qurtuluş”u naminə qəbul etməli olardı. Başqa sözlə, çevriliş baş tutsaydı, bizdə deyildiyi kimi, Türkiyəni ölümün gözünün içinə baxmağa və qızdırmaya razılaşmağa məcbur edərdilər.

Bu zaman sual doğur: kim və nə Türkiyəni imza etməyə məcburiyyətə cəhd edib? Qiyamçıların arxasında Türkiyənin oyundan çıxarmağa çalışdığı və təkliflərini rədd etdiyi qüvvələr dura bilərdi… Və ehtimal ki, onların sayı çoxdur…

 

Beril Dədəoğlu

"Star gazete" (Türkiyə), 28.07.2016

Tərcümə Strateq.az-ındır.