XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 10:05

Türkiyədə çevriliş cəhdinin arxasında hansı ölkələr dururdu? –Təhlil

ccc

Abdülkadir Özkan

Milli Gazete (Türkiyə), 29.07.2016

 

15 iyul çevriliş cəhdindən iki həftəyə yaxın vaxt ötdüyünə baxmayaraq, hansı ölkə və təşkilatların çevrilişə bu və ya digər formada cəlb edilməsiylə bağlı mübahisələr davam edir. Bu mübahisələrin hamısı və daxil olan məlumatlar tamamilə dəqiq göstərir ki, çevrilişin arxasında ABŞ dururdu. Buna AB-nin terrorçu təşkilatlara uzun illər ərzində öz ərazilərində gizlənmək imkanı verən Fransa və Almaniya kimi ölkələrini də əlavə edə bilərik.

Çevriliş cəhdi gecəsində BBC (Böyük Britaniya) və NBC (ABŞ) telekanallarının yayımı nəzərə alınsa, qiyamın arxasında kimin və yaxud hansı ölkələrin durduğu sualına cavab aydın olur: Qərb.

Bu sual üzərində heş baş sındırmağına da dəyməz: yada salsaq ki, çevrilişə aparan yolda qyamçılaırn terrorçu təşkilatı Rusiya təyyarəsini məhv edərək bu qayda ilə Türkiyəni faktiki olaraq ABŞ və AB-yə məhkum edərək Rusiya ilə münasibətlərini məhv etməyə cəhd edib.

Çevriliş tərəfdarları müəyyən edilib. Güman edirəm ki, Rusiya ilə münasibətləri tənzimləmək və bu yöndə səyləri atırmaq zərurətinin ümumi dərki indi meydana çıxır. Ölkəmizdə Qərbin bəzi zəhlətökən pərəstişkarları ABŞ-ın maraqlarına qeyrət göstərərək Türkiyənin İran və Rusiya ilə münasibətlərini zəiflətməyə hesablanmış kampaniyalara əl atsalar da, bu yaxınlardakı çevriliş cəhdi onların işini hiss ediləcək dərəcədə xeyli qəlizləşdirib. Axı Türkiyə üçün bölgədə müəyyənedici rol ABŞ və AB ölkələri ilə münasibətləri gücləndirməkdən keçmir.

Qərb dövlətləri ilə münasibətlərimiz inkişaf etdikcə ölkəmiz bundan ancaq ziyan çəkib. Mən hazırda ondan danışmıram ki, Qərbə düşmən olmalıyıq. Lakin Əfqanlstan, İraq və Suriyadakı hadisələri nəzərə alarkən görürürk ki, ABŞ və koalisiya üzrə tərəfdaşları ilə münasibətlər Türkiyəni tədricən olduqca dar bir məkana qovur. Başqa sözlə, ABŞ və koalisiya üzrə tərəfdaşlarının planında bölgəmizə münasibətdə Türkiyəyə heç də ən yaxşı yer ayrılmayıb. ABŞ və koalisiya üzrə tərəfdaşları indi isə buna hədəflənib ki, İraq və Surya kimi Türkiyə və İranın da tsirini azaltsın və hətta ərazilərini kiçiltsin. Biz bu faktı görməliyik. Məgər çevriliş cəhdinə dəstəkdə hansısa başqa bir məna ola bilərmi?

Bu arada iki məlumatı qısa şəkildə yada salmaq istərdim. Onun birində bildirilir ki, çevriliş cəhdindən on gün əvvəl Türkiyəyə gəlmiş və Böyükadada yeləşmiş MKİ əməkdaşı Henri Berkinin ordumuzdakı agentləri 2014-cü ildən müşahidə aparıb və hətta çevrilişin uğur ehtimalı haqda hesabat hazırlayıblar.

Başqa bir xəbər Əfqanıstandan gəlib. Onda qeyd olunur ki, Türkiyənin Əfqanıstandakı əməliyyat qrupunun komandanı və hərbçilərin təliminə və Kabildə tibbi yardıma sorumlu general Dubaya qaçmağa cəhd edərkən saxlanılıb; bu generallar 15 iyul dövlət çevrilişi cəhdini təşkil etmiş amerikalı Con F. Kempbellə əməkdaşlıq ediblər. Başqa sözlə, Amerika izi hər yerdə aşkarlanır. Həmçinin Avropa Komissiyasının sədri Yunkerin ölüm cəzası haqda verdiyi və Türkiyənin ünvanına təhdid kimi səslənən bəyanat nəzərə alınsa, düşünürəm ki, yuxarıda sadalananların hamısı daha böyük aydınlıq kəsb edir.

Türkiyənin bu şəraitdə Rusiya ilə korlanmış münasibətlərin nizamlanması üzrə fəal hərəkətə keçməyi və Rusiyanın buna müsbət reaksiyası müsbət hadisə idi. Bununla belə, bu sütunda zaman-zaman xatırlatdığımız bir faktı bir daha yada salmaq faydalı olardı. Məsələ burasındadır ki, Rusiya ABŞ-a alternativ deyil, ABŞ da Rusiyaya. Rusiya bizim qonşumuzdur və onunla xeyirxah münasibətlərdə olmalıyıq. Lakin ABŞ Suriyada Rusiya ilə birgə hərəkət edərək Türkiyəni bir kənara qoyub. Başqa sözlə, ABŞ narahat deyil ki, Suriyanın gələcəyinin müəyyən edilməsində Rusiyanın səs hüququ olsun, lakin istəmir ki, Türkiyə müəyyənedici rol oynasın. Bu faktı nəzərə almaqla unutmaq lazım deyil ki, ABŞ və Rusiya dünyanı yenidən bölmək məsələsində bir-birinə dəstək verir. Bu şəraitdə yeni dünyanın yaradılması islam dövlətləri ittifaqının qurulmasından keçir. Ola bilsin, vəziyyəti hələlik bununla xilas edirik ki, ABŞ-a yaxınlaşmaqla Rusiyanı hürküdürük və Rusiya ilə yaxınlaşmaqla ABŞ-ı qorxuduruq, lakin müstəmləkəçilərin taxtını laxladacaq hansısa bir dayanıqlı tarazlıq yaratmaq bizə müyəssər olmur.

 

Tərcümə Strateq.az-ındır.