XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2015 - 07:49

Avropanı “Avropa baharı” gözləyir – Baxış bucağı

Dünya hökumətinin manipulyasiyaları

Yunanıstanın borcu ətrafındakı durum aysberqin sualtı hissəsi ola bilər. Gerçək iqtisadiyyat maliyyə iqtisadiyyatının məharətlə istifadə etdiyi virtual iqtisadiyyat tərəfindən qarət olunur.

Qeyd etməyinə dəyər ki, gerçək iqtisadiyyat, yəni istehsal və xidmət yaradan sektor dünya miqyasında 73 trilyon avro hesablanır. Lakin söhbət dünya iqtisadiyyatının yalnız 2%-dən gedir, qalan 98% isə 2008-ci ildə başlanmış və indiyədək hesablar üzrə pul ödəməyimizə məcbur edən maliyyə böhranından savayı heç nə yaratmır.

Başqa sözlə desək, iki müxtəlif iqtisadiyyat var. Biri xalqın zəhmətinə və axıtdığı tərə söykənir. İkincisinə isə süni, virtual, maşınların biçimlədiyi, robotların maliyyə alqoritmləri ilə dolu iqtisadiyyat demək olar.

Düşünürəm ki, Bronyar sarayının bu gün artıq Paris birjasının binası deyil, bahalı geyimlərin bərq vurduğu və mənasız əyləncə məclislərinin təşkil edldiyi sərgi zalı olduğunu desəm, əksəriyyətiniz təəcüüblənəcəksiniz. Əsil Paris birjası (Brüssel və Lüksemburq birjaları kimi) bu gün London yaxınlığında Bazildon adlı şəhərcikdə yerləşir. Bütün dünya iqtisadiyyatının taleyi dördmetrlik qalın divarlı, gözəçarpmaz bir binada həll olunur: orada avtonom rejimdə çalışan və bütün planet üzrə 0,005 saniyə sürətlə göstərişlər göndərən kompüterlər yerləşir. Bu, maliyə dilində “yüksəktezlikli treydinq” adlanır. Həm də günlərin birində sistem “sönsə”, bütün birja sistemi çökəcək. Biz də onula bərabər.

Məsələ burasındadır ki, siz gerçək pulu səhmə qoyarkən informasiya sisteminin tərkib hissəsinə çevrilir və maliyyə mafiyası sizi qarət etmək qərarına gəlsə, ona ancaq Leviafana əmr etmək lazımdır və sizin zəhmətlə qazanılmış pulunuz heç bir iz buraxmadan buxarlanacaq. Burada sıradakı sual doğur: “Mənim pullarım haradadır?” Cavab sadədir: böyük maliyyənin nizamlanması üçün qətiyyən heç nə etməyən siyasətçiləri fırladan kəslərin cibində. Lakin bu strateqlər hansı məqsədi güdürlər? Məqsəd xalqın borc yükünün o dərəcədə atması ola bilər ki, onu idarə etmək, yeni Babilistan qülləsi ucaltmaq asan olsun. Bir dili və bir rəqəmsal valyutası olan xalq. Liderlərin sanki Allahın seçkinləri olduğu dünya hökuməti utopiyası!

Yekunda isə qeyd edim ki, Yunanıstan vətəndaş müharibəsi riskinədək ondan getdikcə daha çox qənaət tələb edən “üçlüyün” əmrinə tabe olmasa, bizdə (İspaniya, İtaliya, Fransada) özümüzün “Avropa baharı”mız başlanacaq.

Jan-Pol Munye

“Boulevard Voltaire” (Fransa), 09.07.2015