XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2016 - 13:11

Gürcüstandakı türk məktəbləri Ərdoğan-Gülən qovğasından keçə biləcəkmi? –Təhlil

EG

İrakli Çxeidze

EAdaily.com, 29.07.2016

 

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı hadisələr bir çox ölkələrdə rezonans verməyə başlayıb. Bu dalğalar, məlum olduğu kimi, Türkiyə və Azərbaycanla siyasi və iqtisadi şəbəkə ilə sıx bağlı olan Gürcüstana da çox tezliklə çatıb. Türkiyənin Gürcüstan rəhbərliyi üçün nə qədər əhəmiyyətli olduğundan bu fakt da xəbər verir ki, baş nazir Georgi Kvirikaşvili çevrilişdən sonra ən qaynar günlərdə qonşu ölkədə olub.

Türkiyədə bu gün baş verənlər bütün dünyada narahatlıq doğurur. Ərdoğanın repressiyaları həbs edilən, işgəncələrə və zorakılığın mümkün hər cür növünə məruz qalan, təkcə şübhə əsasında işdən azad edilən on minlərlə xeyli insanın taleyinə toxunur. Külli miqdarda KİV bağlanır, jurnalistlər isə hansısa cinayətə görə deyil, sadəcə, peşə işinin icrasına görə həbsə düşə bilər.

Gürcüstan hökuməti tərəfdən bu xüsusda hansısa demarş gəlməyib, hətta baş nazir Kvirikaşvili müttəfiqlik ruhunda ifadələr işlədib. Bununla belə, Türkiyə hadisələri tamamilə gözlənilməz yöndən Gürcüstana da toxunub.

Məsələ burasındadr ki, ölkədə hələ 90-cı illərdən bir sıra türk məktəbləri açılıb. Bu məktəblər Tiflis, Kutaisi, Marneuli və Batumidə uzun illər fəaliyyət göstərib. Dəmirəl adına kollec həmişə nüfuzlu təhsil müəssisəsi sayılıb və altı məktəblə tərəfdaşlıq münasibəti var.

Dərhal deməliyik ki, ölkədə bu təhsil müəssisələrinə münasibət son dərəcə çoxmənalıdır. Məktəblər türklərin olsa da, onların coğrafiyası Azərbaycan mənşəli Gürcüstan vətəndaşlarının və müsəlmanların sıx şəkildə yaşadığı ərazilərlə şübhəli şəkildə üst-üstə düşür. Ekspert və siyastçilər dəfələrlə təşvişlərini ifadə ediblər ki, bu fakt bu bölgələrdə separatçı əvhali-ruhiyyənin artmas;na səbəb ola bilər.

Türk məktəbləri tərəqqi edirdi və bu, külli miqdarda rus məktəbləri və rus dilində təhsil verən ali məktəb fakültələrinin və s.-nin bağlanması fonunda baş verirdi.

Türkiyədə hərbi çevriliş cəhdi bu məktəblərin mövcudluğunu gözlənilməz şəkildə təhlükə altında qoyub. Məsələ burasındadır ki, onlar bütün dünyaca məşhur vaiz, artıq çoxdan Birləşmiş Ştatlarda yaşayan  Fətulla Gülən tərəfindən maliyyələşdirilir. Ola bilsin, onun təhsil müəssisələrinin bütün dünyaya səpələnməyinə görə onu tez-tez “Türkiyənin Sorosu” adlandırırlar. Lakin məlum olduğu kimi, Gülənlə onun keçmiş şagirdi arasındakı münasibət xeyli korlanıb. Osmanlının yeni sultanı roluna namizəd məhz vaiz Güləni özünü ən şər və ən təhlükəli düşməni sayır. Çevriliş cəhdində məhz onu ittiham edir və Birləşmiş Ştatlardan təcili ekstradisiyasını tələb edir.

Rəcəb Ərdoğan öz ölkəsində heç kimlə hesablaşmadan Gülənin tərəfdarlarını təmizləyir, nifrət etdiyi ada, heç olmasa, cüzi şəkildə bağlı olanları məhv etmək istəyir. İndi Gürcüstandakı türk məktəbləri hökumət üçün başağrısına çevrilir. Türkiyəyə müttəfiq Azərbaycanda bu problemi tez və asan həll ediblər – hamısını qətiyyətlə bağlayıblar.

Ərdoğan fərziyyəvi “Böyük Turan” zonasında yeləşən qalan dövlətlərin də bu cür hərəkət edəcəyini güman etməkdə haqlı idi. Lakin qırğızlar böyük qardaşın gpözləmədiyi şəkildə ona qulaq asmayıb və öz problemlərini özlərinin həll edəcəklərinin suveren hüququ barədə qəti şəkildə bildirblər.

Gürcüstanın hansı yolla gedəcəyi hələlik məlum deyil. Türkiyənin Gürcüstan baş konsulu Yasin Temizkan bildirib ki, Gülən fondunun mailəyyələşdirdiyi türk məktəblərini terrorçular idarə edir və buna görə də dərhal bağlanmağa məhkumdur. Konsulun bu cür bəyanatından sonra Türkiyə səfiri Zəka Ləvənd Gömrükçü Gürcüstan XİN-ə dəvət edilib və o, izah edib ki, konsulu düzgün başa düşməyiblər. (Ümumiyyətlə, özümnüzdən əlavə edə bilərik ki, konsul son dərəcə aydın şəkildə danışıb və onu düzgün başa düşməmək yetərincə çətindir).

Gürcü siyasətçilərdən ilkin reaksiya verən müxalif “Demokratik hərəkat – Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze olub. “Gürcüstan hökumətini təcili tədbirlər görməyə və həm Acarıstanda, həm də Gücüsrtanda Gülənin adı ilə bağlı ola biləcək bütün məktəbləri bağlamağa çağırıram. Bu məktəblər bağlanmalı, onlarla bağlı məsələləri araşdırmalı olan xüsusi dövlət komissiyası yaradılmalıdır”, – deyə Burcanadze bildirib.

Condi Baqaturiyaİrakli Qlonti kimi görkəmli siyasətçilər də ona qoşulub.

Düşünürük ki, siyasətçiləri təkcə Ərdoğanın reaksiyası deyil, həm də ölkədə yad təsirin axırına çıxmaq üçün münasib imkanı əldən verməmək narahat edir.

Rəsmilər aydın şəkildə reaksiya veriblər. Təhsil naziri Aleksandr Cecelava bildirib: “Gülən dünyanın çox ölkələrində təhsil fəaliyyətini maliyyələşdirir. Gürcüstanda da bu cür məktəblər şəbəkəsi var. Bu təhsil müəssisələrində təhsil gürcü dilində və bizim proqramlara uyğun şəkildə aparılır. Bizə bu məktəblərin terrorizmlə bağlı olduğu və yaxud başqa qanunsuz əlaqələri haqda hər hansı informasiya daxil olmayıb. Qanun var və akkreditasiyadan məhrum edilmək şərtləri onda təfərrüatı ilə təsvir edilib. Deyə bilərəm ki, qanun pozuntusu sübutu aşkarlansa, mütləq qaydaya inzibati tədbirlər görüləcək. İstisna olunmur ki, pozuntu cinayət işi qaldırılması üçün əsas olacaq”.

Gürcwstandakı türk məktəbləri də kənarda qalmayıb. Onlar Dəmirəl adına özəl kollecin saytında birgə bəyanat verib. “Biz istənilən siyasi, qanunazidd və antidövlət fəaliyyətdən kənar dururuq. Həmçinin məktəblərimizdən siyasi alət kimi istifadə etməyə cəhd edən daxili və xaric siyasi gücləri qınayırıq… Məktəblərin əsas məqsədi təhsilli, sağlam və dövlət təfəkkürlü azad vətəndaşların tərbiyəsidir. Biz hər cür antidövlət fəaliyyətindən uzağıq və iyirmi ildir ki, sədaqətli əməyimizlə ləyaqətli insanların tərbiyəsinə xidmət edirik”, – deyə bəyanatda bildirilir.

Gürcüstan hökuməti bütün bunlarla bağlı yetərincə çətin duruma düşür. O ya Azərbaycanın yoluyla gedib Ankaranın tələbi ilə Gülənin maliyyələşdirdiyi məktəbləri bağlayacaq və bununla da etiraf edəcəck ki, ölkə ərazisində məktəblər on illərlə terrorçular tərəfindən idarə edilib, ya da Qırğızıstan kimi nəzakətlə, lakin qəti şəkildə eyham vuracaq ki, hətta “böyük qardaş”a xoş gəlməsə də, milli suverenlik xeyirxahlıq qonşuluq münsibətlərindən ucada durur.

 

Tərcümə Strateq.az-ındır.