XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2016 - 17:19

Rus nəşri: “Azərbaycanın ŞƏT-ə üzv olmasına dəyərmi?”  –Təhlil

ŞƏT

Dmitri Narkevski

politrussia.com, 02.08.2016


Azərbaycan iyunda ŞƏT baş katibi və Azərbaycan xarici işlər nazirinin 2016-cı ilin martında imzaladığı memorandumu ratifikasiya edərək ŞƏT-lə dialoq üzrə tərəfdaşlıq statusunu qəti şəkildə sənədləşdirib. Dialoq üzrə tərəfdaşlıq statusuna müşahidəçi statusu ilə təşkilata bərabərhüquqlu üzv arasında aralıq halqa kimi yanaşılır. Xarici işlər naziri Elmar Məmmədyarov artıq o zaman bildirmişdi ki, onun ölkəsinin iddiaları dialoq üzrə tərəfdaşlıq statusunun çərçivəsindən kənara çıxır.

Kamboca, Nepal və Ermənistan Azərbaycanla paralel olaraq dialoq üzrə tərəfdaşlıq statusunu mənimsəmə prosedurundan keçib. Bakı ŞƏT-lə yaxınlaşaraq bölgədə əsas rəqibindən geri qalmamağa və Ernmınistanın Avrasiya dövlətləri ilə inteqrasiyada mümkün üstünlüklərini aradan qaldırmağa cəhd edir.

 

İqtisadiyyat

 

2014-2015-ci illərdə neft qiymətlərinin kəskin şəkildə düşməyi ixracata yönəlik Azərbaycan iqtisadiyyatına ciddi zərbə vurub. Büdcəyə daxilolmalar azalıb, manatın devalvasiyası isə təkcə ölkənin maliyyə sektorunu təhlükə altında qoymayıb, həm də sıravi azərbaycanlılaırn sosial-iqtisadi vəziyyətinin pisləşməsinə səbəb olub.

Azərbaycan rəhbərliyinin fikrincə, karbohidrogen ixracatından gəlirləri müvazinətləşdirməyə qabil olan istiqamətlərdən biri Azərbaycanın dünya əhəmiyyətli nəqliyyat qovşağına çevrilməsidir. Azərbaycan əvvəllər də nəqliyyat dəhlizləri yaratmağa cəhd edib. Lakin azərbaycanlıların əvvəllər əsas vəzifəsi boru kəmərləri marşrutlarını şaxələndirməklə karbohidrogen ixracatını Rusiyanın nəzarətindən çıxartmaq cəhdi adlandırmaq mümkün idisə, hazırda bu vəzifəyə başqaları əlavə olunub.

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin yaradılmasında əsas məqsəd Çin və Hindistandan Avropaya tranzit daşıqlarının təşkilində görülür. “Şərq-Qərb” dəhlizi çərçivəsində “Bakı-Tiflis-Qars” və “Şimal-Cənub” dəhlizi çərçivəsində “Astara-Rəşt” dəmiryol magistrallarının inşasını 2016-cı ilin sonuna başa çatdırmaq planlaşdırılır.

ŞƏT-lə yaxınlaşma Azərbaycana qurumun üzvlərini bu cür layihələrə daha fəal şəkildə cəlb etmək imkanı verir. Bakı Xəzər bölgəsində ŞƏT üzvləri arasındakı inteqrasiya proseslərindən kənarda qalmaq istəmir. Azərbaycan böyük limana malik olub onu dəmiryol şaxələrinin gücü ilə möhkəmlətməklə beynəlxalq tranzitdə önəmli rola iddialı olacaq.

Çinin cəlb edilməsi perspektivini ayrıca qeyd etməyinə dəyər. Azərbaycanda beynəlxalq nəqliyyat qovşağının inkişafı siyasəti Səmalar ölkəsini maraqlandırmalıdır. Nəqliyyat infrastrukturunun inkişafı “Yeni ipək yolu” layihəsinə yaxşı sığışır. Azərbaycanlılar təkcə Çin mallarının nəqlinə deyil, həm də Çin yatırımlarına ümid bəsləyirlər.

Bununla bərabər, Azərbaycanın ŞƏT-dən kənar müttəfiqlərinin olduğu ənənəvi neft-qaz ixracatı sahəsinə də diqqət ayrılması davam edir. Bu, Rusiya qazından asılılığı azaltmaq arzusunu uzun müddət bəyan edən Avropa, Avropaya yolda energetik qovşaq olmağa cəhd edən Türkiyə və Azərbaycanla, Avropa ilə energetikada etibarlı bağları müdafiə edən, lakin əslində, Azərbaycanı Moskvanın təsirindən çıxarmaq istəyini gizlətməyən ABŞ-dır. Bu ölkələr 25 il ərzində faktiki olaraq bir irimiqyaslı layihəni – “Bakı-Tiflis-Ceyhan” boru kəmərini gerçəkləşdirə bilib. Ən güclüsü “Nabukko” olmalı olan qalan layihələr isə kağız üzərində də qalıb.

Lakin Qərb ölkələri Azərbahycan uğrunda mübarizəni davam etdirir. Bu gün gündəlikdə TANAR – Azərbaycanın “Şahdəniz” yataqlarını Türkiyənin qərb sahilləri ilə birləşdirməli və qazın Avropa sərhədlərinə nəqlini təmin etməli olan Transanadolu layihəsidir. AB hətta TANAR layihəsinin işlənməsinə 10,3 milyon avro həcmində qrant ayırıb.

 

Təhlükəsizlik

 

Təhlükəsizlik sahəsində Azərbaycanın əsas problemi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Yaz kəskinləşməsi Moskvanın əsas rol oynadığı fəal danışıqlar prosesi ilə əvəzlənib. Azərbaycan başa düşür ki, indiki şəraitdə qoşunların təmas xəttində münasibətlərin normallaşması planında Ermənistan tərəfinə Qərb təzyiqi son dərəcə məhdudlaşıb. Amerikalı və avropalı tərəfdaşlar xüsusən də İrəvanı Bakının xeyrinə gerçək addımlara meylləndirməyi bacarmırlar.

Azərbaycanlın mövqeyini Türkiyə qeydsiz-şərtsiz dəstəkləyir, lakin Moskva ilə gərgin münasibətlər fonunda Bakı Ankaranın önəmli siyasi, xüsusən də hərbi dəstəyinə bel bağlaya bilməz. Türkiyə-Rusiya münasibətləri hazırda qaydaya düşür, deməli, Bakının şansı var ki, Türkiyənin Azərbaycanı müdafiə səsi Moskvada eşidiləcək.

Digər tərəfdən, Ermənistan Rusiyanın Qafqazda əsas mütfəfiqi olaraq qalır və KTMT çərçivəsində Moskva ilə bağlıdır ki, bu da Qarabağı hərbi yolla öz nəzarətlərinə qaytarmağa cəhd edən Azərbaycan  hərbçiləri tərəfindən nəzərə alınmaya bilməz.

Ermənistanı qeyri-rəsmən dəstəkləyən İranın ŞƏT-ə daxil olmaq perspektivləri haqda fəal söhbətlər Azərbaycan üçün daha bir poptensialca təhlükəli ittifaqın formalaşması təhlükəsini yaradır. Bəli, ŞƏT bu gün hərbi blok deyil, iştirakçı ölkələrin təhülkəsizlik sahəsində əməkdaşlığını əlaqələndirməyə cəh dedir. Lakin dəyişən geopolitik durum sonralar daha sıx hərbi əməkdaşlığa səbəb ola bilər. Axı indi ABŞ-ın Cənubi Koreyada THAAD RƏM sistemi yerləşdirmək qərarından sonra ekspertlər ŞƏT çərçivəsində vahid RƏM yaratmaq imkanından danışmağa başlayıblar. Buna görə də Azərbaycan ŞƏT-in hərbi bloka çevrilmək ehtimalını hesabdan tam ata bilməz. Xəzər respublikasının ərazisi bu halda, demək olar, hərbi sahədə bir-biri ilə öhdəliklərə bağlı olan dövlətlərin mühasirəsində görünə bilər. Və bu zaman Türkiyə və Azərbaycan Ermənistanın blokadasını təşkil etməyəcək, Ermənistanın ŞƏT və KTMT sırasındakı müttəfiqləri Azərbaycanı blokadaya ala bilər. Əlbəttə, bu, ən bədbin ssenaridir, lakin Bakı bunu nəzərə almaya bilməz.

Təhlükəsizlik sahəsində Azərbaycan üçün ikinci mühüm məsələ terrorizm və ekstremizmlə mübarizədir. Həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda müəyyən dairələr polislə qış toqquşmasını şiə icmasına qarşı repressiya kimi təqdim etməyə çalışdı. İrana bu qədər nifrət edən Qərb qəflətən Azərbaycan şiələrinin qayğısına qalmağa başladı. Lakin bununla belə tarixən şiə ölkəsi olan Azərbaycan öz dünyəviliyini qoruyub saxlamağa səy göstərir.

 

Siyasət

 

Azərbaycan rəhvbərliyi qarşısında artıq sözügedən iqtisadi maraqlara bağlı xarici siyasət məsələləri və Dağlıq Qarabağı qaytarmaq cəhdlərindən başqa daha bir başlıca siyasi vəzifə – indiki rejimin saxlanması durur. “Rəngli inqilab” nümunələri Azərbaycan rəhbərliyinə aydın şəkildə sübut edib ki, onun siyasi düşmənləri xüsusən də Qərbin dəstəyindən faydalansa, hakimiyyəti dəyişməkdə bu cür “inqilabi” üsullardan istifadə edə bilər.

Qərbin Azərbaycanı öz təsir dairəsinə çəkmək səyləri hələlik uğurla nəticələnmir. Keçmiş SSRİ-nin digər respublikaları ilə oxşar ssenarilər oynandı, lakin Bakı Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq Avropa assosiasiyası görünüşlü tələnin qabağında duruş gətirdi. Müxalifətin sazişi imzalamaq çağırışlarına baxmayaraq, Azərbaycan rəhbərlriyi bu addıma getmədi, xarici işlər naziri Məmmədyarov isə “Şərq tərəfdaşlığı”nın il Riqada 2015-ci il may sammitinin nəticələrinə görə Azərbaycanın kollektiv sazişlərin deyil, ikitərəfli müqavilələrin tərəfdarı olduğunu təsdiqlədi. Bakının antirusiya sanksiyalarını dəstəkləməklə birlikdə bu cür mövqeyi Qərblə münasibətlərin kəskinləşməyinə səbəb oldu. ABŞ-da və Avropa ölkələrində 2015-ci ilin payızından ölkə rəhbərliyinin, xüsusən də şəxsən prezident İlham Əliyevin nüfuzdan salınması üzrə kampaniya başlandı. Hüquq müdafiəçiləri cəmiyyəti və müxtəlif səviyyəli siyasətçilər avtoritar, qeyri-demokratik rejimlə münasibətləri dondurmağa, Azərbaycan rəhbərlərinə və onların ailə üzvləribnə qarşı sanksiyalar hədəsi gəlməyə çağırdılar. Hansı ki lap yaxınlara qədər dünya informasiya məkanında onların müsbət imicini fəal şəkildə irəli sürürdülər.

2016-cı il qışın sonunda Azərbaycana münasibətdə ABŞ və Avropanın siyasətində növbəti kəskin dəyişiklik baş verdi. Rusiya-Türkiyə münaqişəsinə münasibətdə bitərəf mövqe tutmuş Azərbaycan Qərbə potensial olaraq antirusiyaçı kimi göründü və əməkdaşlığa maraq gözlənilmədən geri döndü. Buna “Türk axını” layihəsinin dondurulması da səbəb oldu.

Azərbaycan bu şəraitdə Dağlıq Qarabağda güc əməliyyatlarına dəstək almağa cəhd etdi, lakin ümidləri hədər getdi. Nə ABŞ, nə də AB liderləri ciddi yardım təklif etdilər.

 

Tərcümə Strateq.az-ındır.