XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 August 2016 - 16:57

Qazax analitik:“Çindən başqa heç kim Mərkəzi Asiyaya konkret nəsə təklif edə bilmir”

kerri

ABŞ dövlət katibi Con Kerri və Mərkəzi Asiya ölkələrinin XİN başçıları

 

eadaily.com, 03.08.2016


Avqustun 3-də Vaşinqtonda ABŞ dövlət katibui Con Kerrinin Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri ilə görüşü başlanır. Görüş başlanğıcı keçən ilin noyabrında Con Kerrinin Mərkəzi Asiyaya səfəri zamanı Səmərqənddə qoyulmuş “C5+1” formatı çərçivəsində keçirilir.

Xatırladaq ki, Səmərqənddə “C5+1” əməkdaşlığının, yəni bölgə subyektləri Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və üstəgəl ABŞ-ın yeni dialoqu təklif edilmişdi.

Bu format Vaşinqtonun əvvələr hazırladığı “Yeni ipək yolu” strategiyasına əsaslanır və Çinin 2014-cü ildə meydana çıxmış “Yeni ipək yolunun iqtisadi qurşağı” təşəbbüsü kimi eyni vəzifələr daşıyır. Con Kerrinin o zaman dediyi kimi, Amerika strategiyasının məğzi infrastrukturun inkişafı vasitəsilə bölgənin dünya iqtisadiyyatına inteqrasiyasına yardım etmək, iqtisadiyyatların rəqabət qabiliyyətini artırmaq, yatırımlar cəlbi və xüsusən də iqlimin dəyişilməsi və Smart Waters (“Ağıllı su”) kimi yeni proqramların həyata keçirilməsindədir.

ABŞ dövlət katibinin Mərkəzi Asiya ölkələri üzrə köməkçisi Daniel Rozenblyum görüş ərəfəsində deyib ki, “C5+1” formatı "diplomatik dialoqun növüdür, lakin istəyirik ki, ölkələrmiz qarşısında duran bütün çağırışları həll edə bilmək üçün sonrakı inkişafı qazansın”. ABŞ-ın yüksəkçinli diplomatı xatırladıb ki, nazirlər Səmərqənddə diqqəti üç konkret sahəyə cəmləməyi razılaşdırıblar: “Birincisi, iqtisadiyyat və Mərkəzi Asiyanı iqtisadiyyatca daha böyük bölgə və ABŞ-la necə birləşdirə bilməkdir. İkincisi, ətraf mühit və iqlimin dəyişilməsi probleminin həllidir. Üçüncüsü isə terrorizm təhlükəsinə xüsusi vurğu ilə təhlükəsizlik və Əfqanıstanda sabitlik məsələləridir”.

EADaily-nin müxbiri Vaşinqtiondakı görüş mövzusunda Risklərin dəyərləndirilməsi qrupunun (Alma-Ata) direktoru Dosum Satpayevlə söhbət edib.

 

– ABŞ-ın bölgədə fəallaşması nə ilə bağlıdır? Ancaq təhlükəsizliklə?

– Təhlükəsizlik mövzusu Mərkəzi Asiya ölkələri üçün həlledicidir. ABŞ üçün bölgəmizdə iştirak Çinin fəallığını tarazlaşdırmaq istəyindən doğur və Vaşinqton yaxşı başa düşür ki, Rusiyanın bölgədəki mövqeyi xeyli zəifləyib. Bu, Moskva ilə Avrasiya iqtisadi birliyinin (AİB) bəzi üzvləri arasında meydana çıxmış çəkişmələrdən görünür. Misal üçün, bu yaxınlaradək bu inteqrativ birlik uğrunda çıxış edən Qırğızıstan indi təkcə Çinlə deyil, həm də digər ölkələrlə qarşılıqlı fəaliyyəti artırmaqla öz iqtisadi müstəqilliyini sərgiləməyə cəhd edir. Yeri gəlmişkən, bölgənin  başqa ölkələri də hazırda Rusiyaya olduqca ehtiyatla yanaşır. Və Çin indi bu boşluğu – iqtisadi sahədə əsas oyunçu və çox güman ki, gələcəkdə təhlükəsizliyin təminatı sahəsində də  – fəal şəkildə doldurur. Pekin gec, ya tez buna gedəcək, çünki bölgəyə yatırım qoymaqla gələcəkdə sərmayəsini qorumalı olacaq. Ola bilsin, hətta Mərkəzi Asiya ölkələri ilə sıx hərbi əməkdaşlıq çərçivəsində. ABŞ-ın fəallaşmaq cəhdləri bununla izah edilir. Lakin bu zaman bəzən elə görünür ki, onun bölgədəki varlığı heçə enir. Təbii ki, ABŞ üçün Mərkəzi Asiya ölkələrindən hər birinin öz özəlliyi var. Güman etmirəm ki, onlara münasibət üzrə Vaşinqtonun vahid strategiyasının işlənməsindən danışmağına dəyər. Çünki bu bölgə hər birinin müəyyən fərqi olan bir neçə dövlətdən ibarətdir. İqtisadi baxış nöqtəsindən aydındır ki, ABŞ üçün açar oyunçu və tərəfdaş Qazaxıstandır. Çünki ABŞ-ın ən böyük neft-qaz şirkətlərinin maraqları məhz buraya cəmlənib. ABŞ üçün bölgəsəl təhlükəsizlik sahəsində Özbəkistan prioritetdir. Əfqanıstan amili nəzərə alınmaqla. Əfqanıstanla ümumi sərhədləri olan Tacikistan və Türkmənistana da bu qədər diqqət ayrılır. Burada hərbi avadanlıq, silah və Türkmənistan silahlı qüvələrinin, o cümlədən Əfqanıstandan radikal qrupların mümkün təcavüzü halında sərhədçilərin hazırlığı ilə məşğul ola biləcək mütəxəssislər əldə etmək üçün Aşqabadın ABŞ-la qarşılıqlı fəaliyyəti qaydaya salmaq cəhdlərini xatırlatmağına dəyər.

– Bəs onda Vaşinqtonun bölgədə vahid siyasət haqda bəyanatını necə anlamalı?

– Vaşinqton Mərkəzi Asiya ölkələri ilə dialoqun vahid formatının varlığı haqda danışarkən praqmatik oyunçu kimi başa düşür ki, bizim bölgə bütöv və tam bir vahid deyil. Və amerikalılar Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərini ümumi masa arxasına əyləşdirib yaxşı təsəvvür edirlər ki, onların arasında çoxlu ixtilaf var. Və hansısa ümumi bölgə siyasətindən danışmağına dəyməz. Buna görə də “5+1 formatı” daha çox hansısa piara, ABŞ-ın bölgəyə marağını itirmədiyinin nümayişinə, layihələr həyata keçirdiyinə və s.-ə bənzəyir. Yadda saxlamaq olar ki, Bişkeklə Moskva arasında meydana çıxmış ziddiyyət Vaşinqtonu yenidən ölkədə mövqeyini möhkəmləndirməyə ruhlandırıb – əlbəttə, Qırğızıstan elitası Qazaxıstanınkı kimi çoxyönlü siyasətin tərəfini tutsa. Lakin yenə də arzulamaq bir işdir, istəyi gerçəkləşdirmək isə başqa işdir. ABŞ isə bu gün Çindən fərqli olaraq Mərkəzi Asiya ölkələrinə konkret heç nə təklif edə bilmir. Qazaxıstanda edilən istisna olmaqla nə birbaşa yatırım, nə də təhlükəsizlik baxımından. Hamıya aydındır ki, amerikalıların bölgədə hərbi-siyasi sahədə birbaşa varlığı həm Moskvanı, həm də Pekini qıcıqlandıracaq ki, bu da bölgəni qane edə bilməz. Nəticədə ABŞ hər ölkəyə basqı nöqtəsi tapmağa və hər biri ilə münasibətdə prioriteti müəyyən etməyə cəhd etməklə çoxtərəfli münasibətə ümid edir.

– Bununla belə, “C5+1”-i Çinin “Yeni ipək yolunun iqtisadi qurşağı” ilə tutuşdururlar, lakin indi ancaq Çininki işləkdir.

– Burada informasiya dəstəyini də nəzərə almağına dəyər. Məhz bu mövzu informasiya məkanında hit-paradın zirvəsindəydi. Lakin bununla belə çinlilər amerikalılardan fərqli olaraq strateji vəzifələr səviyyəsində bölgəni öz infrastruktur siyasətinə bənd etmək planında artıq çoxdan sözdən işə keçiblər. Eyni zamanda Pekin buna artıq çoxdandır ciddi maliyyə resursları sərf edir, layihə ölkələrinin vətəndaşları üçün müxtəlif, o cümlədən təhsil proqramlarını fəal şəkildə gerçəkləşdirir. Bu isə əhəmiyyəti az olmayan ünsürdür – Çin təhsil sistemi vasitəsilə Mərkəzi Asiya ölkələrində gələcəkdə loyal siyasi elita formalaşdırmağı nəzərdə tutur. ABŞ-ın 1990-cı illərdə, bir qədər sonra Türkiyənin etmək istədiyini indi Çin edir və gəncliyin hiss olunacaq axınını özünə sarı “çəkir”.

 

Tərcümə Strateq.az-ındır.