Pyotr Maçyonjek
Defence24 (Polşa), 03.08.2016
Getdikcə daha da sabitsizləşən, açar tranzit ölkə Türkiyədəki hadisələr AB-nin energetik təhlükəsizliyi üçün daha da dərinə gedən nəticələrə dönüşə bilər. Buna görə də Brüsselin öz strategiyasını yenidən nəzərdən keçirməyi və STQ-ın (sıxılmış təbii qaz-tərc.) idxalı üçün infrastrukturun inkişafına böyük diqqət ayırmağı lazımdır: Avropa Komissiyasının irəli sürdüyü Cənub qaz dəhlizi layihəsindənsə bu, tədarüklərin böyük çevikliyini təmin etməyə imkan verər.
Ankaradakı rəsmilər birinci il deyil ki, Türkiyə ərazisini Cənubi Avropanın mühüm nəqliyyat dəhlizlərini inteqrasiya edən qovşağa çevirmək istəyirlər. Ən parlaq nümunələr:
–bəzən “Neft Nabukkosu” adlandırılan Bakı-Tiflis-Ceyhan neft kəməridir, çünki o, Xəzər neftini Rusiyadan yan keçməklə Avropa bazarlarına tədaerük etməyə imkan verir;
–inşa edilən və Cənub dəhlizinin tərkib hissəsi olacaq Transdanadolu qaz kəməri (TANAR). Söhbət mavi yanacağın Xəzər dənizindən Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya əraziləri ilə İtaliyaya və sonra qonşu ölkələrə ixrac imkanından gedir. Ola bilsin, layihəyə İraq, İran (hər iki ölkə Türkiyə vasitəsilə) və (layihələşdirilən Transxəzər qaz kəməri vasitəsilə) Türkmənistan da daxil ediləcək;
–Transanadolu qaz kəmərinə paralel şəkildə getməli olan və Türkiyəni Gürcüstan və Azərbaycanla birləşdirən şəbəklələrin inkişafı üçün elektroenergetik xətlər. İnvestisiyanın məqsədi AB-yə enerji satışıdır. Həmçinin Kipr və İsrail bölgələrindəki çox böyük yataqların Türkiyə qaz kəmərləri ilə inteqrasiyası layihəsi mövcuddur.
Ankara tranzit rolunu gücləndirərək yeni layihələri böyük uğurla həyata keçirir ki, bu da ona maliyyə və siyasi durumu möhkəmləndirmək imkanı verir. Bu layihələrin əhəmiyyətindən bu fakt xəbər verir ki, Cənub qaz dəhlizi Energetik ittifaq çərçivəsində enerji daşıyıcıları tədarükünün şaxələndirilməsi üzrə ən mühüm konsepsiyalardan biri olub.
Lakin nəzərə alınsa ki, Türkiyədə əslində hökumət qüvvələri ilə kürdlər arasında terrorçuluq aksiyaları ilə müşayiət edilən vətəndaş müharibəsi gedir, istisna etmək olmaz ki, xammal tədarükü hiss ediləcək dərəcədə qəlizləşəcək. Bu yaxınlarda iflasa uğramış qiyamın da energetika üçün nəticələri ola bilər. Prezident Ərdoğanın Rusiyayönlü dönüşü getdikcə daha da aydın olur. Xüsusən də Rusiya xammalının Türkiyənin Avropa hissəsinə, sonra isə Yunanıstana və AB-nin digər ölkələrinə tədarükü üçün Qara dənizdən “Türk axını” qaz kəmərinin salınması haqda danışıqlara qayıdış bundan xəbər verir.
Türkiyə iqtisadiyyat naziri Nihad Zeybəkçi iyulun sonunda “Türk axını”nın güney qanadının çəkilişinə Ankaranın hazır olduğu haqda məlumat verib, lakin əlavə edib ki, bu mövzunun müzakirəsi hələ davam edir. İnvestisiyaların gerçəkləşməsi şansı böyük deyil, təkcə gərəkli kapitalın tapılması deyil, rusiyalılara öz xammalı ilə Yunanıstan bazarına girməyə imkan verməyən Avropa energetika qaninvericiliyi də problem yaradır (söhbət “Qazprom”un qaz kəmərinin sahibi və eyni zamanda qaz tədarükçüsü olacağı durumdan gedi). Lakin layihənin həyata keçəcəyini 100 % istisna etmək olmaz.
Bundan savayı, Moskva-Ankara xəttində münasibətlərin yeni keyfiyyəti AB-yə tədarüklərin şaxələndirilməsi üçün mənfi nəticələrə dönüşə bilər. Rusiyanın sədəqəsi ilə Türkiyə hökumətinin Azərbaycan və İrana basqısı nəzərəi olaraq Rusiya xammalının Cənub dəhlizinə və yaxud İran xammalının “Türk axını”na daxil edilməsinə səbəb ola bilər (hər iki imkan vaxtında yerli KİV müzakirə edib). Qazprom hər iki halda AB-də öz mövqeyini xeyli illər boyu möhkəmlədə bilər.
Bu cür ssenari hələ bu yaxınlara qədər mümkünsüz görünürdü. Lakin indi aydın şəkildə görürük ki, getdikcə daha çox antiamerika və antiavropa yolu salan Ərdoğanın Rusiyaya ehtiyacı var. Həm də təkcə siyasi sahədə deyil. Rusiya sanksiyaları (məsələn, Türkiyəyə turist putyovkalarının satışına qadağa) Türkiyə iqtisadiyyatına güclü zərbə vurub. Aydındır ki, Türkiyə ilə durumla bağlı problem qarşısında AB-nin öz energetik strategiyasını kökündən dəyişməyi və STQ ilə bağlı layihələrə böyük vurğu etməyi lazımdır. Çünki bu, tədarüklərin çevikliyini təmin etməyə və deməli, siyasi gərginlikdən azad olmağa imkan verəcək.
Tərcümə Strateq.az-ındır.