XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 Avqust 2016 - 16:27

Fransa İŞİD-in tam məğlubiyyətini istəmir? –Təhlil

karada

Kamikadzenin Karada şəhərində həyata keçirdiyi teraktın nəticələri

© AP Photo, Hadi Mizban

 

Risalət (İran), 04.08.2016


Suriya və İraqda bir-birinmi ardınca həyata keçirilən və miqyası,  qurbanların sayı üzrə dəhşət doğuran teraktlar haqda xəbərlər Qərbin bir sıra ölkələrində tamamilə adi və növbəti reaksiya ilə qarşılanır. Əgər partlayış və teraktlar Fransada baş verirsə, son dərəcə geniş və hərtərəfli işqılandırmaya rast olur, halbuki İraq və Suriyada hər gün yüzlərlə dinc vətəndaş, qadın, uşaq, kişi həlak olur, lakin nə BMT baş katibi, nə də Qərb liderləri tərəfdən ümumiyyətlə heç bir reaksiya eşitmirik.

Lakin indi terrorçuların özləri də çətin duruma düşüblər. Qərbin, ABŞ və Səudiyyə Ərəbistanının dəstəyindən faydalanan terrorçu və ekstremist qrupların sərəncamında olan qüvvələr sürətlə sıradan çıxır, lakin bununla belə, onların Suriya və İraqda fəallıqlarının gücləndiyini görürük. Daha doğrusu, onların son hərəkətlərinə Suriya və İraqda hər gün məruz qaldıqları uğursuzluq və məğlubiyyət silsiləsinə qisas və hiddət aktı kimi yanaşmaq lazım gəlir.

Bununla bağlı bir sıra mühüm məqamlara diqqət yetirmək gərəkir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, ABŞ-ın bölgədə gündəlik strategiyası həm Suriyada, həm də İraqda bütün təhlükəsizlik sistemini həmişə sabitsizləşdirməkdir. Lakin bölgədəki Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr də sabitsizliyə öz payını verir. Yerli münaqişələrdə həlak olmuş günahsız vətəndaşların qanı da Vaşinqtonun bu tərəfdaşlarının vicdanına aididr. Bağdadda 200-dən çox ölü və yaralının qurban getdiyi son partlayışların təşkilində ancaq ABŞ və İsrailin sərəncamında olan bu cür zərbə və istilik güclü bombalardan istifadə edilib. Ölümcül təhlükəli texniki vasitələr və partladıcı maddələr Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə terrorçu, fanatik və ekstremistlərin əlinə düşür. Tamamilə aydındır ki, Suriya və İraqda durumun daim sabitsizləşdirilməyi ABŞ və Səudiyyə Ərəbistanının bölgədə güddüyü qara niyyətlərə tam uyğun gəlir. Və ABŞ indi yenidən Suriyada atəşkəs probleminin qayğısına qalmağa başlayıb! Terrorçu qruplaşmalar bu cür “atəşkəs”in kölgəsində sakitcə qüvvə toplayar və yeni döyüş sursatı və silah əldə edə bilər. ABŞ bütün bunlar barədə Rusiya ilə razılığa gəlmək istəyir. Və əslində, əvvəlki barışığın kədərli təcrübəsinin təkrar edilib-edilməyəcəyi indi məhz Rusiyadan asılıdır. Barışığın gedişatında terrorçuların sıraları yeni tərəfdarlarla  tamamlandı, onlar döyüş surastı və yeni silahlar qismində əlavə möhkəmlənmə qazandılar. Bunların hamısı ABŞ və Səudiyyə Ərəbistanının ya birbaşa nəzarəti, ya da təqdiri ilə baş verirdi.  Və ABŞ indi “keçilmiş yolun təkrarı”nı istəyir!

Digər mühüm məqam – Qərb siyasətçiləri hazırda bunun qayğısına qalırlar ki, terrorçular Suriya və İraqda qalsın, orada öz cinayətlərini həyata keçirməyi davam etdirsinlər. Laki elə etsinlər ki, onların fəaliyyətinin miqyası Qərb və Avropanın sərhədlərinə yaxınlaşmasın. Qərb ölkələri rəsmiləri və siyasətçilərinin fikrincə, terrorçu və ekstremist qruplar müsəlman dünyasında fəaliyyətini davam etdirməli və Yaxın Şərqin bütün müsəlmanlarına qarşı cinayətlər etməlidir – amma elə ki, bu problem terrorizm və ekstremizimin əsas hamilərinin gizləndiyi Qərb ölkələrinin probleminə çevrilməsin. Başqa sözlə, Avropada terrorizmə qarşı mübarizənin əsas bədəlini Suriya və İraq xalqları ödəməlidir. Fransa prezidenti Fransua Olland bu günlərdə açıqca bildirib ki, onun ölkəsi qəti şəkildə İŞİD-in tam şəkildə məğlub (!) edilməsinə qarşı çıxış edir, çünki onun fikrincə, İŞİD-in darmadağını digər terrorçu dəstələrin güclənməsinə şərait yaradacaq. Qərb ölkələrinin bölgə problemlərinə əsil münasibəti və yanaşması, bax, bu baxış nöqtəsini də gizlədir. Onlar qətiyyən maraqlı deyillər ki, orada fəaliyyət göstərən İŞİD və “Cəbhət ən-Nusra” kimi terrorçu dəstələr məhv edilsin. Ancaq onları elə idarə etmək istəyirlər ki, onların maraqlarına uyğun hərəkət etsinlər. Və onlar üçün heç bir əhəmiyyəti yoxdur ki, terrorçuların vəhşi əməlləri nəticəsində hər gün heç bir günahı olmayan yüzlərlə insan həlak olur. Terrorçuların “yaxşı” və “pis”ə bölünməsi də elə budur. Bölgə ölkələrində cinayət edən və günahsız müəslmanları qıran terrorçular “yaxşı” olur, Avropa ölkələrində zorakılıq və terror törədənlər isə “pis”ə çevrilir.

 

Tərcümə Strateq.az-ındır.