XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2016 - 15:34

“İpək yolu”:Qazaxıstan üçün “imkanlar pəncərəsi” - TƏHLİL

Nazarbayev-neqliyyat

www.kazakh-zerno.kz

04 avqust 2016-cı il

 

““İpək yolu”nun bərpa olunması dövlət başçısı tərəfindən 2011-ci ildə  Qazaxıstan üçün imkanlar pəncərəsini reallaşdırmağı hədəf götürən qarşıya qoyulmuş strateji vəzifədir. Qazaxıstan üçün bu "imkanlar pəncərəsi" qloballaşmanın, dünya istehsalının coğrafiyasının dəyişməsi,  yüksək əlavə dəyərin olduğu malların istehlak həcminin artması ilə şərtlənən mürəkkəb proseslərin nəticəsində yaranıb.

Çinin qərb və mərkəzi regionlarının intensiv inkişafı, buradan daşınan yüklərin yüksək texnologiya əsasında hazırlanması və az müddətli istehlak üçün nəzərdə tutulması Qazaxıstan ərazisindən keçən transkontinental marşrutların cəlbediciliyini artırır. Belə ki, bu marşrutlarla yüklərin daşınması qiyməti, Çinin şərqində yerləşən dəniz limanlarına qədər olan məsafə nəzərə alınarsa, dəniz yolu ilə tranzitə bərabərdir.  Çatdırılma müddəti isə 3 dəfə azdır”.

Bu barədə “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin prezidenti Asker Maminin “Kazpravda” saytında dərc olunan məqaləsində bildirilir: “Qazaxıstan Çindən yüklərin ölkə ərazisi üzərindən Rusiyadan keçməklə Avropaya, Xorqosdan Aktauya, sonra Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Gürcüstana, Türkiyə üzərindən Avropaya, İrandan-Yaxın Şərq ölkələrinə, Hindistan və Pakistana, Şimal-Cənub istiqamətində Rusiya, Qazaxıstan, Türkmənistana və Fars körfəzi ölkələrinə daşınması üçün multimodal  nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı təşəbbüsləri reallaşdırır”.

Şirkət prezidentinin sözlərinə görə, dövlət başçısının Qazaxıstanın logistik xaba çevrilməsi strategiyasının ilk addımı “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin bazasında beynəlxalq səviyyəli nəqliyyat-logistik operatorun yaradılması oldu. Nəticədə "Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti (АО «НК «КТЖ») vertikal inteqrasiya olunmuş, çoxsəviyyəli nəqliyyat-logistik holdinqə çevrildi. Holdinq  logistika, daşıma şirkətlərini və bütün nəqliyyat növlərinin terminal-magistral infrastrukturunu birləşdirir. Şirkət zəruri bacarıqları və aktivləri inkişaf etdirməklə, bazarda yeni multimodal xidmətlər təklif etməklə, qeyd edilən strategiyanı uğurla reallaşdırır. Bu isə öz növbəsində tranzit-multimodal yük daşımalarının həcmində özünü göstərir: "Belə ki, Çin, Qazaxıstan, Rusiya, Belarus və Avropa ərazisindən keçən marşrut üzrə konteyner daşımaları seqmentində son 5 il ərzində hər il iki dəfə artım qeydə alınıb. 2016-cı ildə Asiya-Avropa istiqamətində konteyner daşımaları 2011-ci ildəki göstəricidən 100 dəfə artıq olacaq. 2020-ci ildə isə biz konteynerlərin daşınmasını 20 funtluq ekvivalentdə (TEU) 800 minə çatdırmağı planlaşdırırıq”.

Qeyd edək ki, bundan əvvəl “Kazax-zerno” İnformasiya Agentliyi tranzit daşımalarından əldə olunan gəlirlərin 35%-ə çatdığı barədə məlumat yaymışdı.  

A.Mamin qeyd edir ki, qarşıya qoyulan məqsədlərə sürətli konteyner qatarları xidmətinin inkişaf etdirilməsi və nəqliyyat məhsullarının yüksək texnologiya standartlarına cavab verilməsinin təmin olunmasıyla nail olunur. Şirkət qlobal bazarda yeni iri oyunçuları əməkdaşlığa cəlb edib. Hazırda şirkət yüklərin konsentrasiya olunduğu Çinin 11 əsas vilayətindən yükləri daşıyır:

 "İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) nəqliyyat infrastrukturunu kapitalın səmərli istifadəsinə imkan verən 3 əsas faktora aid edir. Almaniyanın müəssisələrinin 56% regional nəqliyyatı istehsala investisiyalar qoyulmasını şərtləndirən 15 faktor sırasında 3-cü yerdə qeyd ediblər.  

Qazaxıstan iqtisadiyyatı üçün dolayı multipikativ səmərədən başqa ölkənin nəqliyyat-logistika kompleksinə qoyulan investisiyalar Avrasiya qitəsinin nəqliyyat marşrutlarını dəyişir və qlobal logistika həlqələrini yenidən istiqamətləndirir. Onların  Qazaxıstan  ərazisindən keçən marşrutlara yönəlməsini təmin edir.

Son 6 ildə Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərini optimallaşdıran 1700 km yeni dəmir yolu xətti çəkilib. Son 22 ayda yeni Jezkazqan-Beynau və Arklıq-Şubarkol  dəmir yolu xətlərindən 15.7 milyon ton yük daşınıb. Yaxud 8 min yük qatarı hərəkət edib.

Bu gün əsas tranzit girişinin buraxılış qabiliyyətinin artırılması üçün Almatı-Şu sahəsi elektrikləşdirilir və ikinci yol çəkilir. “Nurlu yol” dövlət proqramı çərçivəsində “Mərkəz-Cənub”, “Mərkəz-Şərq”, “Mərkəz-Qərb”, “Astana-Petropavlovsk avtomobil yolları layihəsi reallaşdırılır.

Bu il “Qərbi Avropa-Qərbi Çin”  transkontinental avtomagistralının 2787 km-lik Qazaxıstan hissəsində hərəkət başlayacaq. 2020-ci ilə qədər 7 min km avtomobil yolunun rekonstruksiyası nəzərdə tutulur.  

Qazaxıstan daxilində və kənarda Avrasiya qitəsində yükdaşımaların disitrubisasiyası və əsas məntəqələrdə təmərküzləşməsi üçün logistik dayaq şəbəkələri formalaşdırılır.  Ötən il tərəfdaşlarla birlikdə Asatanada tikilən, Mərkəzi Asiyada “A” sinifinə məxsus ən böyük nəqliyyat-logistika mərkəzi uğurla fəaliyyət göstərir. Bu ilin 4-cü kvartalında Şımkənddə analoji mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur.

Hazırda şirkət Çinin Şərq sahlində yerləşən Lyanyuqan limanında terminal infrastrukturuna iştirak edir. Terminalın inkişafı üçün hazırlıq işəri görülür.

Çindən Avropa və Mərkəzi Asiyaya gedən yüklər “Xorqos-Şərq qapıları” Azad İqtisadi Zonada təmərküzləşir. Öz əhəmiyyətinə görə, “Xorqos-Şərq qapıları”  zonası Süveyş kanalı ilə müqayisə oluna bilər.

Hazırda “Xorqos-Şərq qapıları”  Azad İqtisadi Zonasında “yerüstü liman”nın və infrastrukturun tikintisi başa çatıb”.

Şirkət prezidentinin sözlərinə görə, Çinin potensial investorları Azad İqtisadi Zonada logistik layihələrin və sənaye istehsalının təşkilinə böyük maraq göstərirlər: “İlkin hesbalamara görə, investisiyalar 1 mlrd ABŞ dolları təşkil edəcək. Hazırda yük vaqonları üçün detalların hazırlanması, tibb avadanlığı və preparatları, qida maddələri, tekstil məhsulları,  tikinti texnikası istehsalçıları, logistika, anbar xidmətləri göstərən   Çinin Şzyansu vilayətinin 15 şirkəti seçilib. Onlar 690 milyon dollar investisiya qoymağı nəzərdə tuturlar.

 

Qazaxistan-xab

 

Çinlə sərhəddə “Xorqos” beynəlxalq sərhəd əməkdaşlıq mərkəzi fəaliyyət göstərir. Bu zonada Çin və Qazaxıstan vətəndaşları sərbəst şəkildə sərhədi keçə bilirlər. Üçüncü ölkələrin vətəndaşlarının isə viza almadan 30 gün müddətində qalmaq və rüsumsuz ticarətlə məşğul olmaq imkanı var. Konsepsiyaya uyğun olaraq,  "Xorqos” beynəlxalq sərhəd əməkdaşlıq mərkəzi beynəlxalq ticarət, igüzar əməkdaşlıq, mədəniyyət və elmi mübadilə mərkəzi olacaq. Bu mərkəzin Qazaxıstan hissəsinin inkişafı üçün 56 investisiya layihəsi reallaşdırılır. Hazırda 30 obyektin tikintisi aparılır, 26 obyektdə ilkin hazırlıq işləri görülür.

“Xorqos” mərkəzinin, “Xorqos-Şərq qapıları”  Azad İqtisadi Zonasının inkişafı ətraf ərazilər üçün də sinergetik səmərə verib. 2016-cı ildə hökumət tərəfindən 100 min nəfər əhalisi olan “Nurkənd” şəhərinin Baş Planı təsdiqlənəcək. Yeni şəhər zonaya bitişik eyniadlı qəsəbənin bazasında tikiləcək. “Xorqos” mərkəzinin, “Xorqos-Şərq qapıları”  Azad İqtisadi Zonasına investisiyaların ümumi məbləği 1.3 mlrd tenge təşkil edəcək.

Qazaxıstanın nəqliyyat-logistika sisteminin Qərb qapıları və eyni zamanda Avrasiya multimodal nəqliyyat dəhlizinin strateji həlqəsi Xəzər dənizində Aktau və Kurık limanlarıdır.

Aktau limanının genişləndirilməsi və yüklərin daşınması üçün imkanlar yaradılması başa çatmaq üzrədir. Kurık limanında Borjaktı-Ersay magistral dəmir yolu xətti ilə biləşən bərə kompleksi tikilir. Bu işlərin nəticəsində Xəzərdə yüklərin dəniz yolu ilə daşınması üçün Qazaxıstanın imkanları 16 milyon ton yükdən 2018-ci ilə qədər 25 milyon ton yükə çatacaq.

Xəzər “Şərq-Qərb” transkontinental nəqliyyat dəhlizinin əsas həlqəsi kimi regionun tranzit potensialının artması, multimodal daşımaların intensivləşməsi üçün strateji rola malikdir.

Xəzərdə multiomodal daşımalarına xidmət etmək üçün bu il iki  bərənin tikintisi üçün müqavilə bağlanıb. Xəzərdə şirkətin donanması isə 2020-ci ilə qədər 20 gəmiyə çatdırılacaq”.

“Qazaxıstanın tranzit potensialının tam reallaşdırılması üçün biz Çindən Qafqaza-Türkiyə və Avropaya  doğru Transxəzər marşrutunu inkişaf etdiririk. Eləcə də, Çindən Qazaxıstan və Türkmənistandan keçməklə Fars körfəzi ölkələrinə, Rusiya, Qazaxıstan, Türkmənistan, İranı əhatə edən Şimal-Cənub dəhlizi üzərində işləyirik”, – deyə Mamin qeyd edib.

Tərcümə Strateq.az-ındır.